Məhkəmə qərarları › İş №3(037)-128/2023

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-128/2023

27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-128/2023 27.03.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X2 katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş Zərərçəkmiş şəxs1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1972-ci il tarixdə İsmayıllı rayonu İsmayıllı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsi, ev 15 A-da yaşayan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 27 mart 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2(037)-234/2021 saylı qətnaməsinə əsasən Şəxs 6680 (altı min altı yüz səksən) manat məbləği alınaraq Zərərçəkmiş şəxs2 MMC-yə və 08 sentyabr 2021-ci il tarixli 2 (037) – 592 / 2021 saylı nömrəli qətnaməsinə əsasən Şəxs 5530 (beş min beş yüz otuz) manat məbləği alınaraq Zərərçəkmiş şəxs1 verilməsi və qət edilmişdir. İş üzrə icra sənədləri İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu bir il ərzində eyni icra sənədinə münasibətdə icra məmurunun qanuni tələblərini təkrarən qərəzli şəkildə yerinə yetirmədiyinə və hazırda tələbkar Zərərçəkmiş şəxs2 MMC-yə ödənilməli olan 6680 (altı min altı yüz səksən) manat və tələbkar Zərərçəkmiş şəxs1 5030 (beş min otuz) manat məbləğ ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə 15 mart 2022-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İcra məmuru Rahim Mustafayev izahat verərək göstərdi ki, Şəxs icra sənədləri üzrə tələbin könüllü olaraq ödənilməsi barədə bildiriş göndərilmiş, lakin borclu icra sənədini vaxtında və tam icra etməmişdir. Məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən “Elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılmış, borclunun adına daşınmaz əmlaklar, avtomobil, banklarda əmanəti, qızıl-zinət əşyaları və ya tələbin yönəldilə biləcəyi pul vəsaiti və hər hansı başqa əmlakın olması müəyyən edilməmişdir. Şəxs ötən müddət ərzində Zərərçəkmiş şəxs1 olan borcundan 500 (beş yüz) manat məbləğində ödəniş etmişdir. Şəxs 27 may 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək İsmayıllı Rayon Məhkəməsinin qərarı ilə 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. Şəxs eyni icra sənədinə münasibətdə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və tələbkar Zərərçəkmiş şəxs2 MMC-yə ödənilməli olan 6680 (altı min altı yüz səksən) manat və tələbkar Zərərçəkmiş şəxs1 5030 (beş min otuz) manat məbləği ödəməkdən qərəzli olaraq yayınmışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, Zərərçəkmiş şəxs1 olan borcundan hazırki günədək 500 (beş yüz) manat məbləğində ödəniş etmişdir. Lakin sonradan ürəyində olan narahatlıqla bağlı mütəmadi olaraq müalicə almışdı. Bu səbəbdən heç yerdə işləməmiş və borcundan ödəniş edə bilməmişdir. Ötən müddət ərzində tələbkar Zərərçəkmiş şəxs2 MMC-yə heç bir məbləğdə ödəniş etməmişdir. Yaşar Mirxzəxanova olan borcundan hazırda 500 (beş yüz) manatını ödəmək istəyir. Bundan sonra hər ay maddi imkanı daxilində ödənişlər edəcəyini öhdəsinə götürür. Qeyd etdikləri nəzərə alınmaqla barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərəçəkmiş Zərərçəkmiş şəxs1 izahat verərək göstərdi ki, Şəxs 2022-ci il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra məhkəmə iclasında 500 (beş yüz) manat məbləğində ödəniş etmişdir. Şəxs həmin borcu qaytarmağa maddi imkanı vardır. Ruslan həmin borcu qərəzəli olaraq ödəməkdən yayınır. Ruslanın ödəmək istədiyi 500 (beş yüz) manat məbləğini qəbul etmir və borcunu tam şəkildə tələb edir. Qeyd etdikləri nəzərə alınmaqla Şəxs inzibati qaydada tənbeh edilməsini xahiş edir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(037)-143/2022 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə və digər sübutlarla müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2(037)-234/2021 saylı qətnaməsinə əsasən Şəxs 6680 (altı min altı yüz səksən) manat məbləği alınaraq Zərərçəkmiş şəxs2 MMC-yə və 08 sentyabr 2021-ci il tarixli 2 (037) – 592 / 2021 saylı nömrəli qətnaməsinə əsasən Şəxs 5530 (beş min beş yüz otuz) manat məbləği alınaraq Zərərçəkmiş şəxs1 verilməsi və qət edilmişdir. İcra vərəqələri icra olunması üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra məmuru tərəfindən icraata başlamaq haqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Məhkəmə qətnamələrinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən “Elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılmış, borclunun adına daşınmaz əmlaklar, avtomobil, banklarda əmanəti, qızıl-zinət əşyaları və ya tələbin yönəldilə biləcəyi pul vəsaiti və hər hansı başqa əmlakın olması müəyyən edilməmişdir. Şəxs 30 mart 2022-ci il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilənədək icra sənədi üzrə ödəməli məbləğdən heç bir məbləğdə ödəniş etməmiş və protokol tərtib edildikdən sonra, 06 aprel 2022-ci il tarixdə məhkəmə iclası zamanı tələbkara 500 (beş yüz) manat ödəniş etmişdir. Hazırda Şəxs məhkəmə iclasında borcundan 500 (beş yüz) manatını Zərərçəkmiş şəxs1 ödəmək istədiyini bildirmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra borcundan ödəniş etmək istəməsi, barəsində tətbiq ediləcək inzibati tənbeh tədbirindən yayınması məqsədi daşıdığını göstərir. Bundan başqa Şəxs inzibati qaydada tənbeh edildikdən sonra hər iki icra sənədi üzrə borcundan heç bir məbləğdə ödəniş etməmişdir. Göründüyü kimi zəruri icra tədbirləri həyata keçirilməsinə baxmayaraq hazırda tələbkar Zərərçəkmiş şəxs2 MMC-yə ödənilməli olan 6680 (altı min altı yüz səksən) manat və tələbkar Zərərçəkmiş şəxs1 5030 (beş min otuz) manat məbləğində borc ödənilməmiş qalmışdır. Bununla da, Şəxs qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1- 1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gəlir və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 15 (on beş) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – 27 mart 2023-cü il tarixdən saat 17:05-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - 27 mart 2023-cü il tarixdən saat 17:05-dən hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surətitəqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar