Məhkəmə qərarları › İş №3(037)-13/2023

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-13/2023

27.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-13/2023 27.01.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxxxx 1992-ci il tarixdə İsmayıllı rayonu Ruşan kəndində anadan olmuş, həmin kənddə kəndində yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 27 yanvar 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 21 avqust 2022-ci il tarixdə saat 17:00 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ əsasında idarə etdiyi “Hyundai Sonata” markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı rayonu Balik kəndi yolunda hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan X4 idarə etdiyi “VAZ-2103” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili vurması, nəticədə “VAZ-2103” markalı, ** BC *** avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti alması faktı üzrə təhqiqatçı Şəhriyar Fərəcovun 05 yanvar 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün şöbənin DYPB-nə göndərilmişdir. İsmayıllı rayon X8 X11 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsi ilə 12 yanvar 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İsmayıllı rayon Polis Şöbəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin İsmayıllı rayon Polis Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, “Hyundai Sonata” markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobil qohumu İsmayıla məxsusdur. 21 avqust 2022-ci il tarixdə saat 17 radələrində Ruşan kəndinə gedərkən İsmayıl sərxoş vəziyyətdə olduğundan avtomobili o idarə etmişdir. İsmayıllı rayonu Balik kəndi yolunda hərəkətdə olarkən qarşıda eyni istiqamətdə hərəkətdə olan “VAZ-2103” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili ötmək istəmişdir. Bu zaman əks istiqamətdə avtomobilin gəldiyini görmüş və öz yoluna qayıtmışdır. Bu zaman idarəetməni itirmiş və “VAZ-2103” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurmuşdur. Hadisə nəticəsində digər avtomobilin sürücüsü Seymur Kərimov ağır, həmin avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs isə yüngül bədən xəsarəti almışdır. Seymur onunla barışdığından cinayət işinə xitam verilmişdir. Zərərçəkmiş şəxs müalicə xərclərinə köməklik göstərərək 200 (iki yüz) manat məbləğində ona pul vermişdir. Bundan başqa Zərərçəkmiş şəxs sığorta şirkəti əlavə olaraq aldığı xəsarətə görə pul ödəyəcəkdir. Hazırda Zərərçəkmiş şəxs ondan hər hansı şikayət və ya tələbləri yoxdur. Yol hərəkəti qaydalarını pozduğuna görə səmimi peşmançılıq hissləri keçirir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Əməlindən səmimi peşman olması, zərərçəkmiş şəxslərlə barışıb razılıq əldə etməsi nəzərə alınmaqla ona qanun çərçivəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verək göstərdi ki, aldığı xəsarətlərə görə müalicə almışdır. Şəxs ötən müddət ərzində ona 200 (iki yüz) manat məbləğində müalicəsi üçün pul vermişdir. Hazırda ağrıları olduğu üçün müalicəsi davam edir. Sığorta şirkəti ona müalicə xərcləri üçün pul ödəyəcəkdir. Belə olan halda Şəxs qarşı tələb və şikayəti yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 24 dekabr 2020ci il tarixdə verilmiş sürücülük vəsiqəsindən görünür ki, onun BC kateqoriyalı sürücülük hüququ vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 340 və 342 nömrəli tibbi müayinə aktlarından müəyyən edilir ki, X6 və Şəxs Əliyəddin oğlu xx.xx.2022-ci il tarixdə tibbi müayinədən keçirilərkən onların sərxoş olmadıqları müəyyən edilmişdir. Məhkəmə-Tibbi Ekspertiza və X3 478 №-li xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət –sağ dirsək və sağ diz oynağında hematomaların direnajlanması əməliyyatı ilə nəticələnmiş sağ bazunun, sağ dirsək oynağının və sağ saidin qançırları, hə iki diz oynağının sıyrıqları küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 21 avqust 2022-ci il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli 8/2868-6/6001 nömrəli rəyindən müəyyən edilir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Hyundai Sonata” markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs Əliyəddin oğlunun hərəkətlərində “Yоl hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir). İsmayıllı rayon X7 Bölməsinin təhqiqatçısı Şəhriyar Fərəcovun 05 yanvar 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan qərar şöbənin Dövlət X11nə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 17 radələrində nəqliyyat vasitəsini idarəetmə hüququ əsasında idarə etdiyi “Hyundai Sonata” markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı rayonu Balik kəndi yolunda hərəkətdə olan zaman idarəetməni itirərək eyni istiqamətdə hərəkətdə olan X4 idarə etdiyi “VAZ-2103” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili vurması, nəticədə X1 uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli, Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri almışlar. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs zərərçəkmiş şəxslərlə razılıq əldə etməklə törədilmiş inzibati xətanın zərərli nəticələrini aradan qaldırması və əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alınmalıdr. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, habelə baş vermiş inzibati xəta hadisəsinin törətdiyi nəticələrin həddini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 56-cı maddəsinə əsasən məhkəmə 200 (iki yüz) manat ekspertiza xərcinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 tutulmasını qanunauyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 27, 43, 56, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Xıdırov X2 rayon Polis Şöbəsinin DYPB tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat miqdarında inzibati cərimə edilsin. İş üzrə ekspertiza xərci olan cəmi 200 (iki yüz) manat Şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar