Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-130/2022 28.03.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxx 1985-ci il tarixdə İsmayıllı rayonu Kürdmaşı kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, eyni inzibati xətaya görə il ərzində inzibati məsuliyyətə cəlb edilmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 28 mart 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2 (037) – 10/ 2021 saylı qətnaməsinə əsasən 21 sentyabr 2020-ci il tarixdən başlayaraq Şəxs 10 sentyabr 2010-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 70 (yetmiş) manat və İsmayıllı Rayon Məhkəməsinin 24 dekabr 2021ci il tarixli 2 (037) – 992/ 2021 saylı qətnaməsinə əsasən 21 sentyabr 2021-ci il tarixdən başlayaraq Şəxs 26 noyabr 2006-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 130 (bir yüz otuz) manat məbləğində aliment tutularaq Nuriyeva (Məmmədova) Günay Pənah qızına ödənilməsi qət edilmişdir. İş üzrə icra sənədləri İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu həmin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və hazırda tələbkara ödənilməli olan 1230 (min iki yüz otuz) manat aliment borcu ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 14 mart 2022-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İcra məmuru Rahim Mustafayev izahat verərək göstərdi ki, Şəxs icra sənədləri üzrə tələbin könüllü olaraq ödənilməsi barədə bildiriş göndərilmiş, lakin borclu icra sənədini vaxtında və tam icra etməmişdir. Məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən “Elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılmış, borclunun adına daşınmaz əmlaklar, avtomobil, banklarda əmanəti, qızıl-zinət əşyaları və ya tələbin yönəldilə biləcəyi pul vəsaiti və hər hansı başqa əmlakın olması müəyyən edilməmişdir. Borclu İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə dəvət edilsə də icra məmurunun çağırışlarına da gəlməmişdir. Borclunun yerini müəyyən etmək mümkün olmamış, bu səbəbdən də onun barəsində axtarış qərarı qəbul edilmişdir. Həmin qərar əsasında borclu polis əməkdaşları vasitəsilə 14 mart 2022-ci il tarixdə İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Şəxs ötən müddət ərzində aliment məbləğindən bir hissəsini ödəsə də, izahat verərkən bundan sonra təyin olunmuş aliment məbləğini ödəməyəcəyini, lakin uşaqlarının hər ehtiyacını özü qarşılayacağını bildirmişdir. Bununla da borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və tələbkar Zərərçəkmiş şəxs ödənilməli olan 1230 (min iki yüz otuz) manat aliment borcu ödöməkdən qərəzli olaraq yayınmışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan borclu Şəxs izahat verərək göstərdi ki, təyin olunmuş aliment məbləğindən hazırki günədək 610 (altı yüz on) manat məbləğində ödəniş etmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, həmin ödədiyi pullar uşaqların maddi təminatı üçün ödənilmir. O, uşaqları ilə görüşərək onların ehtiyaclarını ödəyir. Bundan sonra da, təyin olunmuş aliment məbləğini rəsmi olaraq ödəməyəcək. Lakin uşaqları ilə mütəmadi olaraq görüşərək onların ehtiyaclarını ödəyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş Zərərçəkmiş şəxs (Nuriyeva) izahat verərək göstərdi ki, borclu təyin olunmuş aliment məbləğini ödənilməsindən müxtəlif bəhanələrlə boyun qaçırır. O, uşaqları ilə birlikdə Bakı şəhərində kirayədə yaşayır və heç yerdə işləmir. Uşaqlarını çox çətinliklə saxlayır. Şəxs aliment borcunun ödənilməsindən qərəzli olaraq yayınması nəzərə alınaraq onun qanuna müvafiq qaydada tənbeh edilməsini məhkəmədən xahiş edir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 14 mart 2021-ci il tarixli arayışdan görünür ki, Şəxs 1230 (min iki yüz otuz) manat məbləğində aliment borcunu Nuriyeva (Məmmədova) Günay Pənah qızına ödəməkdən yayınır. Məhkəmə araşdırma zamanı müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2 (037) – 10/ 2021 saylı qətnaməsinə əsasən 21 sentyabr 2020-ci il tarixdən başlayaraq Şəxs 10 sentyabr 2010-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 70 (yetmiş) manat və İsmayıllı Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 2 (037) – 992/ 2021 saylı qətnaməsinə əsasən 21 sentyabr 2021-ci il tarixdən başlayaraq Şəxs 26 noyabr 2006-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 130 (bir yüz otuz) manat məbləğində aliment tutularaq Nuriyeva (Məmmədova) Günay Pənah qızına ödənilməsi qət edilmişdir. İcra vərəqələri icra olunması üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra məmuru tərəfindən icraata başlamaq haqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. İcra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən “Elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılmış, borclunun adına daşınmaz əmlaklar, avtomobil, banklarda əmanəti, qızıl-zinət əşyaları və ya tələbin yönəldilə biləcəyi pul vəsaiti və hər hansı başqa əmlakın olması müəyyən edilməmişdir. Zəruri icra tədbirləri həyata keçirilməsinə baxmayaraq hazırda Zərərçəkmiş şəxs (Nuriyeva) ödənilməli olan 1230 (min iki yüz otuz) manat aliment borcu ödənilməmiş qalmışdır. Bununla da Şəxs qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs inzibati xətanı il ərzində təkrar törətməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən hal aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran halı nəzərə alaraq ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gəlir və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 10 (on) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – 28 mart 2022-ci il tarixdə saat 15:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 33, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - 28 mart 2022-ci il tarixdə saat 15:00-dan hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-130/2022
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-130/2022
28.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver