Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-131/2024 14.03.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1989-cu il tarixdə İsmayıllı rayonu İvanovka kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində ismayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 14 mart 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 10 fevral 2024-cü il tarixdə saat 09:00 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ əsasında idarə etdiyi “VAZ-21074” markalı ** OV *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı rayonu İvanovka kəndində hərəkətdə olarkən piyada Zərərçəkmiş şəxs vurması, nəticədə sonuncunun yüngül dərəcəli bədən xəsarəti alması faktı üzrə təhqiqatçı Nurlan Atakişiyevin 26 fevral 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin DYPB-nə göndərilmişdir. İsmayıllı rayon X3 X4 kiçik leytenantı Asif Dəmirov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsi ilə 05 mart 2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir İsmayıllı rayon Polis Şöbəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəməyə gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, 10 fevral 2024-cü il tarixdə yaşadığı İsmayıllı rayonu İvanovka kəndində idarə etdiyi avtomobillə hərəkətdə olarkən, həmkəndlisi Viktorun yaşadığı evin qarşısından keçərkən, Viktorun yolun kənarında olmuşdur. Viktorun yanından keçməyə az qalmış, Viktor avtomobilin üstünə gəlmiş və əl ilə onu dayandırmağa çalışmışdır. Avtomobili saxlamamış və onun yanından keçəcəyini güman etsə də, Viktor avtomobilə çox yaxınlaşdığından, avtomobilin sol tərəfi Viktorun ayağından dəymişdir. Viktorun nəsə edəcəyindən qorxub oradan uzaqlaşmışdır. Viktorla münasibətləri olmamışdır. Buna səbəb Viktorun arvadı ilə bir neçə dəfə telefon əlaqəsi saxlamağı olmuşdur. Hazırda Viktorla barışmağa razıdır. Hadisəni qəsdən törətməsə də, əməlindən peşmandır. Ona qanun çərçivəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verək göstərdi ki, Matvey bir neçə dəfə onun evinin qarşısından avtomobillə keçərkən siqnal səsləri vermişdir. Sonuncu dəfə 10 fevral 2024-cü il tarixdə saat 09:00 radələrində küçədə olarkən, Matveyin avtomobillə gəldiyini görmüş və onu saxlayaraq öz iradını bildirmək istəmişdir. Matveyin idarə etdiyi avtomobilin üzərinə gedərək onu saxlamağa çalışmışdır. Lakin Matvey onu vuraraq oradan uzaqlaşmışdır. Hazırda Matveylə barışmamışdır. İş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-Tibbi Ekspertiza və X1 77 №-li xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət –sağ bazu, sağ dirsək, sağ milbilək və sağ diz oynaq bağlarının gərilməsi ilə müşayiət edilən sağ dirsək oynağı nahiyyəsinin, sağ bilək nahiyyəsinin və sağ budun sıyrıqları bərk küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 10 fevral 2024-cü il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aiddir. İsmayıllı rayon X2 Bölməsinin təhqiqatçısı Nurlan Atakişiyevin 26 fevral 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs Viktoroviçin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib oluması qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 10 fevral 2024cü il tarixdə saat 09:00 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ əsasında idarə etdiyi “VAZ-21074” markalı ** OV *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı rayonu İvanovka kəndində hərəkətdə olarkən piyada Zərərçəkmiş şəxs vurmuşdur. Hadisə nəticəsində Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti almışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və zərərçəkmiş şəxsin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanunamüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 32, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-131/2024
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-131/2024
14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver