Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-142/2021 23.04.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru: X1 Tələbkar: Zərərçəkmiş şəxs İcra sənədi üzrə borclu: Şəxs iştirakı ilə xx.xx.1990-cı ildə İsmayıllı rayonu, Bizlan kəndində anadan olmuş,Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, İsmayıllı rayonu, Bizlan kəndində qeydiyyatda olan və Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi ev 17, mənzil 59-da yaşayan xxxxxxx Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Borclu Şəxs, 2016-cı il təvəllüdlü Zəhra adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra vərəqəsi əsasında ondan tutulmalı olan hər ay üçün 100 manat sabit pul məbləğində alimentin verilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymayaraq alimentin ödənilməsindən boyun qaçırmış, bununla da aliment borcunu ödəməkdən yayınmışdır. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra vərəqəsi ilə cavabdeh Şəxs 2016-cı il təvəllüdlü Zəhra adlı uşağın yetkinlik yaşına çatanadək saxlanmasına görə hər ay üçün 100 manat sabit pul məbləğində alimentin alınıb tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Lakin, Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o borclu olduğu aliment məbləğini ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırkı vaxtadək borclu aliment borcunu ödəməmişdir. Hazırda Şəxs tələbkara olan aliment borcu 800 manat təşkil edir. Şəxs davranışı o nəticəyə gəlməyə əsas verir ki, o borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırkı protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra vərəqəsi ilə Şəxs 2016-cı il təvəllüdlü Zəhra adlı uşağın yetkinlik yaşına çatanadək saxlanmasına görə hər ay üçün 100 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi qət edilmişdir. Lakin borclu aliment borcunu ödəməmiş və onun 800 manat borcu yaranmışdır. Bununla belə borclu ona hazırda yığılmış aliment borcundan 250 manat ödəyəcəyini, qalan aliment borcunu isə hər ay üçün 100 manat əvəzinə 150 manat olmaqla ödəyəcəyinə söz vermişdir. Bu səbəbdən hazırda Vüsal Sərdarovla aralarında aliment borcunun hər ay üçün 150 manat ödənilməsinə dair qarşılıqlı razılaşma olduğundan ona qarşı heç bir şikayəti yoxdur.Odur ki,Şəxs barəsində olan inzibati materialın icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən İsmayıllı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra vərəqəsi ilə ondan 2016-cı il təvəllüdlü Zəhra adlı uşağın yetkinlik yaşına çatanadək saxlanmasına görə hər ay üçün 100 manat sabit pul məbləğində alimentin alınıb tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Lakin, maddi imkanı olmadığından borcunu bir dəfəyə ödəyə bilmir. Belə ki, özü hazırda pandemiya ilə əlaqədar olaraq heç bir yerdə işləmir və maddi cəhətdən çətinlik çəkir. Hazırda tələbkara aliment borcundan 250 manat pul ödəyə bilər. Əgər vaxt verilərsə ödənilməmiş qalan aliment borcuna görə hər ay üçün ödənilməli olan 100 manat sabit pul məbləğinin əvəzinə 150 manat ödəməklə qalan borcunu da ödəyəcəkdir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. İşdə olan İsmayıllı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 2016-cı il təvəllüdlü Zəhra adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay üçün 100 manat sabit pul məbləğində alimentin alınıb tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İşdə olan tələbkar Zərərçəkmiş şəxs tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, borclu Şəxsla tələbkar Zərərçəkmiş şəxs arasında yığılmış aliment borcunun hər ay üçün 100 manat əvəzinə 150 manat olmaqla ödənilməsinə dair qarşılıqlı razılaşma olmuş və borclu ödənilməmiş aliment borcuna görə tələbkara 150 manat ödəyəcəyinə söz vermişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları, habelə tələbkarın və borclunun izahatı ilə müəyyən edilir ki, borclu aliment borcunu ödəməkdən qəsdən boyun qaçırmamış, əksinə yığılmış aliment borcundan 250 manat pul ödəyəcəyi, qalan borcunu isə hər ay üçün ödənilməli olan 100 manat sabit pul məbləğinin əvəzinə hər ay üçün 150 manat ödəməklə qalan borcunun ödənilməsi barədə tələbkarla aralarında qarşılıqlı razılaşma olmuşdur. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırkı vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırkı inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan 10 (on) gün müddətində İsmayıllı rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-142/2021
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-142/2021
23.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver