Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-142/2023 28.03.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X3 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1995-ci il tarixdə İsmayıllı rayonu Qubaxəlilli kəndində olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, İİ qrup əlil olmaqla sosial müavinət alan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 28 mart 2023-cü il tarixdə İsmayıllı şəhərində, İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 28 mart 2023-cü il tarixdə Qaraməryam-İsmayıllı-Şəki yolunda xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşları ilə mübahisə zamanı ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanın pozması faktı üzrə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 28 mart 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X3 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Elşən Bədəlov izahatında göstərdi ki, Şəxs 28 mart 2023-cü il tarixdə Qaraməryam-İsmayıllı-Şəki yolunda xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşları ilə mübahisə zamanı ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanın pozmuşdur. Bununla bağlı araşdırma aparılmış və Şəxs polis şöbəsinə dəvət olunmuşdur. Polis şöbəsində izahatı alınmış və barəsində inzibati xəta haqında protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, 28 mart 2023-cü il tarixdə idarə etdiyi “VAZ-2106” markalı ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraməryam-İsmayıllı-Şəki yolunda hərəkətdə olarkən yol patrul xidməti avtomobili qəflətən onun idarə etdiyi avtomobili ötmə əməliyyatı aparmış və qəza şəraiti yaratmışdır. Həmin vaxt yol patrul xidməti əməkdaşı onun idarə etdiyi avtomobili ötərkən qəflətən sayrışan işıqlardan və səs siqnalından istifadə etdiyi üçün o və avtomobildə olan atası Mirzağa narahat olmuşdur. Yol patrul xidməti əməkdaşı onun idarə etdiyi avtomobili ötdükdən sonra digər avtomobili saxlamışdır. Həmin vaxt atası Mirzağa ondan avtomobili saxlamasını istəmişdir. O. avtomobili saxlamış və atası polis əməkdaşlarına yaxınlaşaraq niyə qəza şəraiti yaratdığını soruşmuşdur. Bu zaman polis əməkdaşı atasına yaxşı edirəm dedikdə o, cavabında ona “qələt” edirsən deyə cavab vermiş və aralarında mübahisə yaranmışdır. O, İİ qrup əlildir və həmin vaxt əsəbi olduğundan uca səslə danışmışdır. Həmin vaxt polis əməkdaşı onunla kobud danışmış və onu təhqir etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilmiş İsmayıllı rayon X4 X7 yol patrul xidməti inspektoru X2 izahat verərək göstərdi ki, 28 mart 2023-cü il tarixdə yol patrul xidməti inspektoru Cəlal Hüseynli və Bəhram Bəhramlı ilə Qaraməryam-İsmayıllı- Şəki yolunda xidmətdə olan zaman “Kia Sportage” markalı avtomobil yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılmışdır. Həmin avtomobilin sürücüsü ilə söhbət edən zaman, “VAZ-2106” markalı ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobili yolun kənarında saxlamış və yanındakı sərnişinlə birlikdə ona yaxınlaşmışdır. Sonradan şəxsiyyəti məlum olan sərnişin Mirzağa və sürücü Şəxs onun işinə mane olmuş və onunla mübahisə etmişlər. Həmin vaxt Novruz əsəbi halda onun ünvanına ucadan nalayiq ifadələr işlətmiş və onunla əl-qol hərəkətləri ilə danışmışdır. Həmin vaxt yolu keçən digər avtomobilin sürücüləri avtomobili saxlayaraq nə baş verdiyini maraqlanmışlar. Digər polis əməkdaşları ilə birlikdə Şəxs sakitləşdirilmiş və sonradan polis şöbəsinə dəvət olunmuşdur. İş materiallarına əlavə edilmiş sosial arayış barədə məlumatdan görünür ki, Şəxs İİ qrup əlil olmaqla 220 (iki yüz iyirmi) manat məbləğində sosial müavinət alır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 28 mart 2023-cü il tarixdə Qaraməryam-İsmayıllı-Şəki yolunda xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşları ilə mübahisə zamanı ucadan nalayiq ifadələr işlətmiş və bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri törətmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını, şahid ifadəsini dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61- 80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, İİ qrup əlil olmasını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsini, cərimənin 100 (yüz) manat miqdarında müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 (yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-142/2023
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-142/2023
28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver