Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-143/2022 27.05.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi X2 katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş Zərərçəkmiş şəxs Abdulhəsən oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1972-ci il tarixdə İsmayıllı rayonu İsmayıllı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsi, ev 15 A-da yaşayan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 27 may 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli 2 (037) – 592 / 2021 saylı nömrəli qətnaməsinə əsasən Şəxs 5530 (beş min beş yüz otuz) manat məbləği alınaraq Zərərçəkmiş şəxs Abdulhəsən oğluna verilməsi qət edilmişdir. İş üzrə icra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və hazırda tələbkara ödənilməli olan cəmi 5530 (beş min beş yüz otuz) manat məbləğ ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 30 mart 2022-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 3(037)-143/2022 saylı qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan Zərərçəkmiş şəxs tərəfindən apelyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin 06 may 2022-ci il tarixli, 3(107)-120/2022 saylı qərarı ilə apelyasiya şikayəti qismən təmin olunaraq, İsmayıllı Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, 3(037)-143/2022 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin qərarında göstərilmişdir ki, işə baxan birinci instansiya məhkəməsi qərar qəbul edərkən Şəxs icra məmurunun çağırışlarına məhəl qoymamasını və məhkəmə prosesinə qədər sözügedən icra sənədi üzrə ödənilməli olan məbləğdən ödəniş etməməsini nəzərə almamışdır. İcra məmuru Emin Bağırov izahat verərək göstərdi ki, icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi barədə borcluya bildiriş göndərilmiş, lakin borclu icra sənədini vaxtında və tam icra etməmişdir. Məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən “Elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılmış, borclunun adına daşınmaz əmlaklar, avtomobil, banklarda əmanəti, qızıl-zinət əşyaları və ya tələbin yönəldilə biləcəyi pul vəsaiti və hər hansı başqa əmlakın olması müəyyən edilməmişdir. Borclu ötən müddət ərzində tələbkara olan borcundan heç bir məbləğdə ödəniş etməmiş, yalnız barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra məhkəmə iclasında tələbkara 500 (beş yüz) manatını ödəmişdir. Hazırda Şəxs tələbkara 5030 (beş min otuz) manat borcu vardır. İş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, onun Zərərçəkmiş şəxs 5530 (beş min beş yüz otuz) manat borcu olmuşdur. 06 aprel 2022-ci il tarixdə məhkəmə iclasında borcundan 500 (beş yüz) manatını tələbkara ödəmiş və 5030 (beş min otuz) manat borcu qalmışdır. Həmin borcu tam şəkildə ödəmək imkanı yoxdur. Qalan borcunu hər ay maddi imkanı daxilində hissə-hissə ödəyə bilər. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Zərəçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Şəxs ona 5530 (beş min beş yüz otuz) manat borcu olmuşdur. Həmin borcundan ötən məhkəmə iclasında 500 (beş yüz) manatını ödəmiş və 5030 (beş min otuz) manat qəpik borcu qalmışdır. Ruslan məhkəmə iclasından çıxdıqdan sonra, məhkəmənin həyətində bundan sonra ona heç bir məbləğdə dəniş etməyəcəyini bildirmişdir. Borcun tam şəkildə ödənilməsini tələb edir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini mhkəmədən xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə və digər sübutlarla müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli 2 (037) – 592 / 2021 saylı nömrəli qətnaməsinə əsasən Şəxs 5530 (beş min beş yüz otuz) manat məbləği alınaraq Zərərçəkmiş şəxs Abdulhəsən oğluna verilməsi qət edilmişdir. İcra vərəqəsi icra olunması üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra məmuru tərəfindən icraata başlamaq haqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən “Elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılmış, borclunun adına daşınmaz əmlaklar, avtomobil, banklarda əmanəti, qızıl-zinət əşyaları və ya tələbin yönəldilə biləcəyi pul vəsaiti və hər hansı başqa əmlakın olması müəyyən edilməmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilənədək icra sənədi üzrə ödəməli məbləğdən heç bir məbləğdə ödəniş etməmiş və protokol tərtib edildikdən sonra, 06 aprel 2022-ci il tarixdə məhkəmə iclası zamanı tələbkara 500 (beş yüz) manat ödəniş etmişdir. Bu da Şəxs həmin vaxt tətbiq ediləcək inzibati tənbeh tədbirindən yayınması məqsədi daşımışdır. Göründüyü kimi zəruri icra tədbirləri həyata keçirilməsinə baxmayaraq hazırda tələbkar Zərərçəkmiş şəxs ödənilməli olan 5030 (beş min otuz) manat məbləğində borc ödənilməmiş qalmışdır. Bununla da, Şəxs qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gəlir və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 10 (on) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – 27 may 2022-ci il tarixdə saat 15:15-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - 27 may 2022-ci il tarixdən saat 15:15-dən hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-143/2022
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-143/2022
27.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver