Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-144/2022 15.04.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X2, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X8 Xidməti İsmayıllı regional ərazi şöbəsinin baş məsləhətçisi baş əmək müfəttişi X9 iştirakı ilə X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X8 Xidməti İsmayıllı regional ərazi şöbəsinin rəisi X1 10 mart 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: X7 onun barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X8 Xidməti İsmayıllı regional ərazi şöbəsinin rəisi X4 tərəfindən qəbul olunmuş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 700 (yeddi yüz) manat miqdarında inzibati cərimə edilməsinə dair 10 mart 2022-ci il tarixli MN ******* nömrəli qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Əjdər Şəfizadə şikayətin məzmununa uyğun izahat verərək göstərdi ki, o, "xxxx" MMC-nin direktoru işləyir. X8 Xidməti İsmayıllı regional ərazi şöbəsi 02 fevral 2022-ci il tarixli məktublu müraciət edərək "xxxx" MMC-də 16 avqust 2021-ci il tarixədək fəhlə işləmiş Şahid1 son haqq-hesabının ödənilməsi ilə əlaqədar Şahid1 oğlu Şahid4 şikayətinə baxılması üçün həmin işlə bağlı sənədlərin surətlərinin göndərilməsi xahiş olunmuşdur. Müraciətə əsasən müvafiq sənədlərin bir hissəsi müfəttişliyə göndərilmişdir. Həmin sənədlər əsasında barəsində İXM-nin 192.4-cü maddəsi ilə 25 fevral 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş, həmin protokol əsasında 10 mart 2022-ci il tarixli qərarla 700 (yeddi yüz) manat miqdarında inzibati cərimə edilmişdir. O, barəsində qəbul edilmiş qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, Şahid1 uzun illərdir mövsümi olaraq ayrıayrı vaxtlarda MMC-də fəhlə kimi işləmişdir. Sonuncu dəfə 01 fevral 2019-cu il tarixdə Şahid1 bir aylıq müddətinə fəhlə kimi işə götürülmüşdür. Həmin tarixdən Şahid1 ilə bağlanmış əmək müqaviləsinin müddəti hər ay bir ay müddətinə uzadılmışdır. MMC-nin ofisi Qəbələ şəhərində yerləşir. İşçilər isə rayonun müxtəlif kəndlərindən gəlir. Başqa rayonlardan da gələn işçilər olur. Şahid1 isə İsmayıllı rayonu Kürdmaşı kəndində yaşayır və həmin kəndin ərazisində əkilmiş üzüm sahəsində işləmişdir. MMC-nin həmin kənddə yaşayan birqadiri vardır. 16 avqust 2021-ci il tarixdə Şahid1 ərizəsinə əsasən o, işdən azad edilmişdir. Şahid1 işdən azad olunarkən MMC-nin hesabında pul olmadığı üçün ona son haqq-hesabın verilməsi mümkün olmamışdır. Lakin bir neçə gün sonra "xxxx" MMC-də briqadir işləyən və Kürdmaşı kəndində yaşayan Şahid2 tərəfindən Şahid1 oğlu və həmçinin etibarnamə üzrə nümayəndəsi Şahid4 305 (üç yüz beş) manat məbləğində son haqq-hesab hesablanaraq ödənilmişdir. Bundan başqa Şahid1 işlədiyi müddət ərzində məzuniyyətə buraxılmış və ona qanuni şəkildə məzuniyyət pulu ödənilmişdir. Həmçinin digər işçilər kimi Şahid1 bir neçə dəfə avans olaraq ödənişlər də edilmişdir. Buna baxmayaraq onun iştirakı və məlumatı olmadan, xətanın törədildiyi yerə gəlmədən, xətanın mahiyyəti tam araşdırılmadan barəsində protokol tərtib edilmişdir. Protokolda protokola imza etməməsinin səbəbi göstərilməmişdir. Həmin ödənişin həqiqətən verilib-verilməməsi sonadək araşdırılmamış, bu barədə ondan izahat alınmamış və göndərilmiş sənədlərlə kifayətlənərək son haqq-hesabın verilməməsi qənaətinə gəlinmişdir. Bundan başqa Şahid1 əmək müqaviləsinə 16 avqust 2021-ci il tarixdə xitam verilmişdir. Buna baxmayaraq o həmin inzibati xətanı törətmiş olsaydı belə, qanunla müəyyən olunmuş qaydada tənbeh edilməsi üçün müddət keçmişdir. Onu da bildirir ki, barəsində tərtib olunmuş protokolu və ona əlavə edilmiş sənədləri sonradan müraciət edərək almışdır. Qeyd etdikləri nəzərə alınmaqla X8 Xidməti İsmayıllı regional ərazi şöbəsinin rəisinin 10 mart 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi xahiş məhkəmədən xahiş edir. X8 Xidməti İsmayıllı regional ərazi şöbəsinin baş məsləhətçisi Sənan Oruc hazırki iş üzrə Əjdər Şəfizadənin qeyd etdiklərini əsassız hesab etdiyini bildirdi və izahat verərək göstərdi ki, "xxxx" MMC-nin direktoru X7 MMC-də fəhlə işləmiş Şahid1 16 avqust 2021-ci il tarixdə işdən azad etmişdir. Buna baxmayaraq Şahid1 çatası əmək haqqı və digər ödəmələr həmin gün verilməmişdir. Qanunun tələbinə görə işçinin əmək müqaviləsinə xitam verildiyi gün onun son haqq-hesab ödənişləri hesablanaraq həmin gün mənbəyindən aşlı olmayaraq ödənilməlidir. Həmin ödənilşlər nəğdsiz şəkildə aparılmalıdır. Buna görə də, Əjdər Şəfizadə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokola baxılması vaxtı və yeri barədə Əjdər Şəfizadəyə rəsmi məlumat verilmişdir. 10 mart 2022-ci il tarixdə həmin protokol əsasında X8 Xidməti İsmayıllı regional ərazi şöbəsinin rəisi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən Əjdər Şəfizadə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 700 (yeddi yüz) manat miqdarında inzibati cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında qərar qanuni əsaslarla tərtib edilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla şikayətinin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, o, "xxxx" MMC-də maliyyə idarəsinin rəisi vəzifəsində işləyir. Şahid1 sonuncu dəfə 01 fevral 2019-cu il tarixdə MMC-yə fəhlə kimi işə qəbul olunmuş və 16 avqust 2021-ci il tarixdə öz ərizəsi ilə işdən azad edilmişdir. Şahid1 işdən azad olarkən onun son haqq-hesabı hesablanmış və həmin məbləğ 299 (iki yüz doxsan doqquz) manat 18 (on səkkiz) qəpik təşkil etmişdir. Lakin MMC-nin hesabında pul olmadığı üçün həmin pul bir neçə gün sonra "xxxx" MMC-də briqadir işləyən və Kürdmaşı kəndində yaşayan Şahid2 vasitəsi ilə Şahid1 oğlu Şahid4 nəğd şəkildə verilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Şahid1 Kürdmaşı kəndində yaşayır və MMC-yə məxsus həmin kəndin ərazisində olan üzüm sahəsində fəhlə işləmişdir. O, özü də Kürdmaşı kəndində yaşayır və orada MMC-nin briqadiri vəzifəsində işləyir. Şahid1 16 avqust 2021-ci il tarixdə öz ərizəsi ilə işdən azad edilmişdir. Şahid1 işdən azad olarkən MMC-nin hesabında pul olmamışdır. Bir neçə gün sonra rəhbərliyin göstərişi ilə Şahid1 oğlu Şahid4 oğlu ilə görüşərək Şahid1 son haqq-hesabı üçün 305 (üç yüz beş) manat məbləğində pul vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, İsmayıllı rayonu Kürdmaşı kəndində yaşayır. 11 il "xxxx" MMC-də işləmişdir. İşlədiyi dövrlərdə ona məzuniyyət verilməmişdir. 2021-ci ilin avqust ayında işləməyə gücü olmadığı üçün ərizə ilə müraciət etmiş və işdən çıxmışdır. İşdən çıxarkən ona heç bir məbləğdə ödəniş etməmişdir. Həmin işlərdən anlayışı olmadığı üçün oğluna etibarnamə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, anası Şahid1 11 il "xxxx" MMC-də işləmişdir. İşlədiyi dövrlərdə anasına məzuniyyət verilməmişdir. 2021ci ilin avqust ayında anası öz ərizə ilə müraciət edərək işdən çıxmışdır. İşdən çıxarkən anasına heç bir məbləğdə ödəniş olunmamışdır. Həmin işlərdən anasının məlumatı olmadığı üçün ona etibarnamə vermiş və bundan sonra aidiyyəti orqanlara müraciət etmişdir. Anası işdən çıxdıqdan bir neçə gün sonra "xxxx" MMC-nin briqadiri vəzifəsində işləyən və Kürdmaşı kəndində yaşayan Şahid2la görüşmüş və ondan borc istəmişdir. Həmin borcu anasının müavinət pulu verilərkən qaytaracağını bildirmişdir. Şahid2 ona 305 (üç yüz beş) manat məbləğində pul vermişdir. Həmin pul ona borc kimi verilmiş, son haqq-hesabın hesablanaraq verilməsi üçün nəzərdə tutulan məbləğ olmamışdır. Hazırda da həmin borcu qaytarmamışdır. 25 fevral 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqında protokoldan görünür ki, "xxxx" MMC-də fəhlə işləmiş Şahid1 16 avqust 2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilərkən istifadə etmədiyi əmək məzuniyyətinə görə son haqqhesab hesablanıb ödənilməmişdir. 10 mart 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" MMC-dnin direktoru Əjdər Şəfizadə tərəfindən MMC-də fəhlə işləmiş Şahid1 əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozulmasına yol verildiyindən Əjdər Şəfizadə 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilmişdir. "xxxx" MMC-nin direktoru X3 16 avqust 2021-ci il tarixli, 14 №-li əmrindən görünür ki, 16 avqust 2021-ci il tarixdən cəmiyyətin Şahid1 tutduğu peşədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. "xxxx" MMC-nin 2021-ci il üçün Şahid1 son haqq-hesabın verilməsi cədvəlindən grünür ki, Şahid1 son haqq-hesab məbləği 299 (kik yüz doxsan səkkiz) manat 19 qəpik təşkil edir. Məhkəmə tərəflərin və şahidlərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. İş materialları ilə müəyyən edildi ki, "xxxx" MMC-nin direktoru Əjdər Şəfizadə cəmiyyətdə fəhlə işləmiş Şahid1 16 avqust 2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilərkən istifadə etmədiyi əmək məzuniyyətinə görə son haqq-hesab hesablanıb ödəməməklə qanun pozuntusuna yol verdiyi üçün barəsində 25 fevral 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Əjdər Şəfizadə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və X8 Xidməti İsmayıllı regional ərazi şöbəsinin rəisi tərəfindən qəbul olunmuş 10 mart 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla 700 (yeddi yüz) manat miqdarında inzibati cərimə edilmişdir. Əjdər Şəfizadə şikayətində və məhkəmə iclasında verdiyi izahatında X8 Xidməti İsmayıllı regional ərazi şöbəsinin 10 mart 2022-ci il tarixli MN ******* nömrəli qərarından narazı olduğunu qeyd etmiş, öz narazılığının səbəbini, protokolun onun iştirakı olmadan və məlumatı olmadan tərtib olunduğunu, protokolun baxılması vaxtı və yeri barədə ona rəsmi məlumat göndərilməməsini, inzibati tənbeh vermə haqqında qərarın qanunla müəyyən olunmuş 3 (üç) ay keçdikdən sonra qəbul edilməsini, Şahid1 əmək müqaviləsinə xitam verilərkən, həmin gün cəmiyyətin balansında pulun olmadığını, bir neçə gün sonra 299 (iki yüz doxsan doqquz) manat 18 qəpik pulun ödənilməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: 61.1.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; 61.1.2. maddəsinə əsasən izahat vermək; 61.1.3. sübutlar təqdim etmək; 61.1.4. vəsatət və etirazlar vermək; 61.1.5. işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; 61.1.6. inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; 61.1.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; 61.1.8. inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq; Həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İş materiallarından göründüyü X8 Xidməti İsmayıllı regional ərazi şöbəsi tərəfindən İsmayıllı rayon Kürdmaşı kənd sakini Şahid4 anası Şahid1 əmək hüquqlarının pozulması barədə daxil olmuş ərizəsinə əsasən inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması ilə əlaqədar olaraq Əjdər Şəfizadə 25 fevral 2022-ci il tarixdə saat 11:00-da şöbəyə dəvət olunması barədə bildiriş olsa da, X8 Xidməti İsmayıllı regional ərazi şöbəsinin nümayəndəsi tərəfindən həmin bildirişinin göndərilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi həmin protokol Əjdər Şəfizadənin məlumatı və iştirakı olmadan tərtib olunmuşdur. Tərtib olunmuş protokolun surətinin göndərilməsi barədə məktub olsa da, həmin protokolun göndərilməsini və Əjdər Şəfizadə tərəfindən qəbul edilməsi barədə hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. X6 barəsində tərtib olunmuş protokola baxılması vaxtı və yeri barədə məlumatı olmamış, protokola onun iştirakı olmadan baxılaraq qərar qəbul edilmişdir. X11 qeyd olunan hüquqlardan istifadə etməsinə maneəçilik törətmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. İşin fаktiki hаllаrındаn görünür ki, işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilməsi "xxxx" MMCnin direktoru Əjdər Şəfizadədən asılı olmayan səbəblərdən baş vermişdir. Belə ki, Şahid1 işdən azad olarkən cəmiyyətin hesabında pul vəsaiti olmamışdır. Həmçinin sonradan Şahid1 oğlu və etibarnamə üzrə nümayəndəsi Şahid4 Şahid1 son haqqhesab edilməsi ilə bağlı hesablanmış 305 (üç yüz beş) manat əmək haqqı ödənilmişdir. Belə olan halda, Əjdər Şəfizadə tərəfindən törədilən inzibati xəta onun təqsiri üzündən baş verməmişdir. Onun inzibati məsuliyyətə cəlb edilərək cərimə olunması qanunsuz və əsassız olmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətsə də, həmin xəta onun təqsiri üzündən baş vermədiyindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X8 Xidməti İsmayıllı regional ərazi şöbəsinin 10 mart 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməli olduğu halda belə sənədlərin verilməməsi üzrə inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsi üçün nəzərdə tutulmuş müddət növbəti gündən etibarən başlayır və 3 ay ərzində davam etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən, işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə olan inzibati xətalar konkret xəta tərkibidir, yəni uzanan inzibati xəta deyildir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin İsmayıllı Regional Ərazi Şöbəsinin rəisi X5 inzibati xətanın törədildiyi gündən qanunla müəyyən olunmuş üç ay müddət keçdikdən sonra, 10 mart 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsasında inzibati məsuliyyətə cəlb etmişdir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin "xxxx" MMC-nin direktoru X7 barəsində inzibati tənbeh vermə haqqında 10 mart 2022-ci il tarixli MN 0647067saylı qərarı ləğv edilməli və X7 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X8 Xidməti İsmayıllı regional ərazi şöbəsinin X7 barəsində inzibati tənbeh vermə haqqında 10 mart 2022-ci il tarixli MN ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-144/2022
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-144/2022
15.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver