Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-146/2021 23.04.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2, Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1985-ci il tarixdə İsmayıllı rayonu Kürdmaşı kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx X4 barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala xx xxxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X2 xx xxxxxx 2021-ci il tarixdə saat 11:00 radələrində idarə etdiyi “VAZ-21140” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən yolu keçməkdə olan piyada Zərərçəkmiş şəxs vurması və nəticədə Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti alması faktı üzrə təhqiqatçı Rüstəm Atakişiyevin xx xxxx 2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Vüsal Həsrətov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün şöbənin DYPB-nə göndərilmişdir. İsmayıllı rayon X7 X10 tərəfindən Vüsal Həsrətov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsi ilə xx xxxxx 2021-ci il tarixli AP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Vüsal Heydərov izahat verərək göstərdi ki, xx xxxxxx 2021-ci il tarixdə idarə etdiyi “VAZ-21140” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən, “Yaşıl bazar” adlanan ticarət mərkəzinin qarşısında mobil telefonuna zəng gəldiyi üçün başı telefona qarışmış və bu zaman yolu keçən piyada Zərərçəkmiş şəxs vurmuşdur. O dərhal avtomobildən yerə düşərək yaxınlıqda olan vətəndaşlarla birlikdə Zərərçəkmiş şəxs avtomobilinə əyləşdirmiş və onu tibbi yardım almaq üçün xəstəxanaya aparmışdır. Hazırda əməlindən peşmandır və Zərərçəkmiş şəxs ondan şikayəti yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla ona qanunda nəzərdə tutulmuş daha yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verək göstərdi ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı yngül bədən xəsarəti almışdır. X6rşı tələb və şikayəti yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 xx xxxxxxx 2018-ci il tarixdə verilmiş sürücülük vəsiqəsindən görünür ki, onun BC kateqoriyalı sürücülük hüququ vardır. xx xxxxxx 2021-cu il tarixli 39 nömrəli tibbi müayinə protokolunun surətindən müəyyən edilir ki, X4 xx xxxxxx 2021-ci il tarixdə saat 12:05-də tibbi müayinədən keçirilərkən onun sərxoş olmadığı müəyyən edilmişdir. Məhkəmə-Tibbi Ekspertiza və X1 48 №-li xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət –sol tərəfli X qabırğanın yerdəyişməyən qapalı sınığı bərk-küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx xxxxxx 2021-ci il tarixli yolnəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. İsmayıllı rayon X5 Bölməsinin təhqiqatçısı Rüstəm Atakişiyevin xx xxxx 2021ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan qərar şöbənin X11 Böləsinə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, X4 xx xxxxxx 2021-ci il tarixdə saat 11:00 radələrində idarə etdiyi “VAZ-21140” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən yolu keçməkdə olan piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti almışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və zərərçəkmiş şəxsin izahatlarını dinləyərək qərara gəlir ki, Vüsal Heydərov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Vüsal Heydərov barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Vüsal Heydərov tərəfindən törədilmiş inzibati xətada onun səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Vüsal Heydərov tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Vüsal Heydərov tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanunamüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 32, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-146/2021
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-146/2021
23.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver