Məhkəmə qərarları › İş №3(037)-148/2021

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-148/2021

26.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-148/2021 26.04.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi Barəsində qərar çıxarılmış: X5 iştirakı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikasının Qida X2 Regional Bölməsinin xx xxxx 2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Qida X2 Regional Bölməsinin xx xxxx 2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X7 Azərbaycan Respublikasının Qida X2 Regional Bölməsinin xx xxxx 2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam veilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İsmayıllı-Qəbələ yolunda yerləşən “Xəyal” restoranında ofisiant işləyir. xx xxxx 2021-ci tarixdə Azərbaycan Respublikasının Qida X2 Regional Bölməsinin əməkdaşları həmin restorana daxil olaraq, orada video çəkiliş etməklə, obyektə aid olan bütün otaqları bir-bir gəzdikdən sonra orada müştəri qismində hər hansı bir şəxsin olmadığını görüb, güya baxış zamanı obyektin 3 saylı otağa yerləşdirilmiş stol-stulun qoyulmasında obyektin sahibinə ara məsafəsinin saxlanılmadığını əsas gətirərək, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması halları yol verildiyinə görə öz iradlarını bildirmişlər. Restoranı işlədən şəxs, həmin otaqda xidmət göstərilmədiyini, orada yalnız obyektin saxlanc yeri kimi istifadə olunduğunu bildirmişdir. Belə olan halda nədənsə restoran sahibinin yox, onun barəsində inzibati protokol tərtib edilərək, 200 manat məbləğində cərimə olunmuşdur. Halbuki, o, həmin restoranda müəyyən müddətlərdə günəmuzd işləyir və 7 manat məvacib alır. Belə olan halda, Azərbaycan Respublikasının Qida X2 Regional Bölməsinin gəldiyi bu qənaət tamamilə yanlışdır. Belə ki, o, sahibkar deyildir, fiziki şəxsdir və fiziki şəxs (ofisiant) kimi heç bir epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması hallarına yol verməmişdir, hətda əməkdaşlar içəri daxil olarkən o qoruyucu tibbi maskadan belə istifadə etmişdir. Ona görə də məhkəmədən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikasının Qida X2 Regional Bölməsinin xx xxxx 2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqda qərar çıxarılmasını xahiş etmişdir. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Qida X2 Regional Bölməsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, sözügedən qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Qida X2 Regional Bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində qərar çıxarılmış şəxsin izahatını, həmçinin iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikasının Qida X2 Regional Bölməsinin xx xxxx 2021-ci il tarixli ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İşdə olan Azərbaycan Respublikasının Qida X2 Regional Bölməsinin xx xxxx 2021-ci il tarixli ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarından görünür ki, X1- Qəbələ yolunda yerləşən “Xəyal” restoranında epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulmasına yol verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan elektron sorğulama məlumat sistemindən görünür ki, X5 əmək müqaviləsi barədə sistemdə məlumat yoxdur, o işəgötürən kimi VÖEN-ə sahib deyildir və onun sahibkarlıq fəaliyyəti barədə məlumat aşkarlanmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 109.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasında iştirak etmək üçün bu Məcəllənin 61-67-ci, 69-72ci maddələrində göstərilən şəxslərin çağırılması barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Bununla yanaşı məhkəmə, həmçinin müəyyən etdi ki, Azərbaycan Respublikasının Qida X2 X4 Xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsi inzibati tənbeh tətbiq edərkən, inzibati xəta törədən şəxsin təqsirli olmasını və işin düzgün həlli üçün əhəmiyyəti olan digər halları müəyyən etmək üçün heç bir faktik məlumatlara, yəni mötəbərliyi şübhə doğurmayan rəsmi sənədlərə əsaslanmadan, heç bir zəruri araşdırma aparmadan, yalnız formal əsaslara istinad etməklə X7 barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul etmişdir. Belə ki, qərarı barəsində şikayət verilmiş vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərarında X5 epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına yol verdiyini göstərsə də, həmin qanun pozuntusunun nədə ifadə olunduğunu, hansı qanunun tələblərinin pozulduğunu şərh etməmiş, həmçinin X5 təqsirinin olmasını, varsa nədə ifadə olunmasını, bununla yanaşı ümumiyyətlə onun hərəkət və ya hərəkətsizliyinin nəticəsi olaraq sözügüdən inzibati xətanın törədilməsində və ya baş vermiş inzibati xəta hadisəsində onun aidiyyətinin olub-olmamasını müəyyən etməmiş, yalnız sözügedən şəxsin epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına yol verdiyini ümumi əsaslarla tövsif edərək əsassız qərar qəbul etmişdir. Bununla da görünür ki, X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 211.1-ci maddəsinin tələblərinin pozulması və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, həmçinin onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan və əlavə təqdim edilmiş materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilməmişdir. Bu da onu deməyə əsas verir ki, X5 əməlində inzibati məsuliyyəti istisna edən hallar mövcuddur. Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Sözügedən maddədə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki, vəzifəli və hüquqi şəxslərin inzibati qaydada cərimə edilmələri nəzərdə tutulmuşdur. Belə ki, maddənin mənasindan göründüyü kimi, fiziki şəxsin sözügedən inzibati xətanı törətməkdə təqsirli bilinməsi, yəni, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə məsuliyyət daşıması üçün həmin fiziki şəxsin sözügedən qaydalara əməl etməsinə nəzarət etməsi və bu barədə öhdəlik götürməsi, bunun nəticəsində onun birbaşa məsuliyyət daşıması nəzərdə tutulmalıdır. Göründüyü kimi, barəsində inzibati qərar qəbul edilərək inzibati qaydada cərimə edilmiş X5 ümumiyyətlə sözügedən restoranda işləməsi barədə əmək müqaviləsi mövcud olmamaqla yanaşı, o həmin restoranın fəaliyyətində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması ilə bağlı inzibati xəta hadisəsində aidiyyəti olmayan şəxsdir. Azərbaycan Respublikasının İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, X5 yol verdiyi qanun pozuntusu konkret müəyyən olunmadığından, sözügedən inzibati xəta hadisəsi ilə aidiyyəti olmadığından, onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də X5 inzibati məsuliyyətə cəlb edilməsi üçün əsaslar yoxdur. Bununla belə məhkəmə, həmçinin nəzərə alır ki, X5 əməlində inzibati xəta tərkibinin olmaması, yəni onun sözügedən inzibati xəta hadisəsinə aidiyyətinin olmaması ilə yanaşı, həm də onun barəsində xx xxxx 2021-ci il tarixdə səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında protokola baxılarkən İnzibati Xətalar Məcəlləsinin tələbləri əhəmiyyətli dərəcədə pozulmuş və barəsində protokol tərtib edilmiş şəxsin iş üzrə icraat zamanı təsbit edilmiş hüquqlarının həyata keçirilməsinə imkan yaradılmamış və inzibati xəta haqqında işə onun iştirakı olmadan baxılmışdır. İş materiallarına əlavə edilmiş, xx xxxx 2021-ci il tarixli, 26/01-792 saylı məktubdan görünür ki, X5 onun barəsində tərtib olunmuş inzibati protokola dair işə baxılması üçün Azərbaycan Respublikasının Qida X2 Regional Bölməsinə dəvət olunarkən, onun şəxsi məlumatları dəqiqləşdirilməmiş, heç bir əsas olmadan sahibkar kimi göstərilməklə ünvanı İsmayıllı-Qəbələ yolu olaraq qeyd edilmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş, xx xxxx 2021-ci il tarixli ŞRQ-0886029 saylı qərardadın göndərilmə tarixi göstərilməmiş müşahidə məktubunda isə X7 fiziki şəxs kimi göstərilməklə eyni qaydada şəxsi məlumatları dəqiqəşdirilmədən ünvanı İsmayıllı- Qəbələ yolu olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən də görünür ki, sözügedən bildirişlər formal olaraq iş materiallarına əlavə edilmiş və nəticədə X7 işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilməmişdir. İşdə olan elektron sorğulama məlumat sistemindən görünür ki, xx.xx.2003-cü il tarixdə Ağsu rayonu, Quzay kəndində doğulmuş, X6 məxsus, Fin: 83JY3X4, AA0906872 saylı şəxsiyyət vəsiqəsində onun ünvanı ünvan 3baycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, X5 barəsində xx.xx.2021-ci il tarixdə tərtib edilmiş ******* nömrəli inzibati xəta haqqında protokol natamam olmasına baxmayaraq, həmin protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə X5 inzibati cərimə edilməsinə dair xx.xx.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar Azərbaycan Respublikası İXM-in tələblərinin əhəmiyyətli dərəcədə pozulması zamanı qanunsuz olaraq qəbul edilmiş, həmçinin əməldə inzibati xəta tərkibi olmamışdır. Belə ki, Azərbaycan Respublikası inzibati Xətalar məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsili olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi qanunverici sadlanan hüquq normalarında yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini, şəxsin təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin mövcudluğunun isə yalnız mötəbərliyi şübhə doğurmayan sübutlar əsasında müəyyən olunmasını, şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə, onun barəsində qanuni qüvvəyə minmiş qərar olmadıqda, onun təqsirsiz sayılmasını, həmçinin şəxsin təqsirli olmasını sübut etmək onun barəsində qərar qəbul etmiş şəxsin vəzifəsi olmasını, icraat zamanı mövcud şübhələrin isə şəxsin xeyrinə həll edilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Məhkəmə verilmiş şikayətə baxılması ilə bağlı toplanmış sübutların məcmusuna müəyyən edilmiş hallara uyğun qiymət verərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikasının Qida X2 X4 Xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olmasını mötəbər sübutlara əsasən müəyyən etməmiş,inzibati xəta hadisəsinin ona aidiyyətinin müəyyənləşdirməmiş, nəticədə qanunsuz və əsassız olaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qəraradan verilən şikayətə baxılarkən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə X5 inzibati cərimə edilməsinə dair xx.xx.2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarın Azərbaycan Respublikası İXM-in tələblərinin əhəmiyyətli dərəcədə pozulması zamanı qanunsuz olaraq qəbul edilməsi müəyyən edilsə də, əməldə inzibati xəta tərkibi olmadığından, inzibati xəta haqqında işə yenidən baxılması məqsədilə səlahiyyətli orqana və ya vəzifəli şəxsə qaytarılmasına zərurət yoxdur. Beləliklə, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikasının Qida X2 X4 Xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsinin xx xxxx 2021–ci il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı əməldə inzibati xəta tərkibi olmadığına görə ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara a l d ı: Şikayət təmin edilsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikasının Qida X2 X4 Xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsinin xx xxxx 2021–ci il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar