Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-149/2021 12.04.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş yol patrul xidməti inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakı ilə xx xxxxx 1998-ci il tarixdə İsmayıllı rayonu Mulux kəndində anadan olmuş, İsmayıllı rayonu Diyallı kəndində yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Baş X3i İdarəsi Yol-Patrul Xidməti Alayının İV Tağım Baş Yol Patrul Xidmətindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2 və 332.1-ci maddələri ilə daxil olan inzibati xəta haqqında materiala xx xxxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx.xx.2021-ci il tarixdə avtomobili nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan və sərxoş vəziyyətdə idarə etdiyinə görə Azərbaycan Respublikası İXM-nin 329.3 və 334.1-ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq onun xx.xx.2021-ci il tarixdə saat 23:30 radələrində “VAZ 21013” markalı ** BA *** dövlət qeydiyyat nişanlı minik avtomobilini nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan və sərxoş vəziyyətdə idarə etməsi faktı üzrə Şəxs barəsində Baş X3i İdarəsi Yol-Patrul Xidməti Alayının İV Tağım Baş Yol Patrul Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2 və 332.1-ci maddələri ilə xx xxxxx 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək xx xxxxx 2021-ci il tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş Baş X3i İdarəsi Yol-Patrul Xidməti Alayının İV Tağım Baş Yol Patrul Xidmətinin inspektoru Aqşin Osmanov izahatında göstərdi ki, xx.xx.2021-ci il tarixdə Muğanlı-İsmayıllı yolunun 40.8-ci km-də baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı ərazidə olmuşdur. Araşdırma zamanı hadisənin törənməsində Şəxs təqsirli olması müəyyən olunmuşdur. Həmin vaxt yoxlama zamanı Şəxs avtomobili sərxoş vəziyyətdə və sürücülük vəsiqəsi olmadan idarə etməsi müəyyən olmuşdur. Hadisə xx.xx.2021-ci il tarixdə saat 23:30 radələrində olsa da əlavə araşdırma aparıldığından protokol xx.xx.2021-ci il tarixdə tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş üzrə qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, İsmayıllı rayonu Diyallı kəndində yaşayır. 2021-ci ilin aprelin 10-da “VAZ 21013 minik” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomaşınla yaşadığı Diyallı kəndindən çıxaraq İsmayıllı şəhərinə gəlmişdir. 2021-ci ilin aprelin 10-da axşam saatlarında təxminən 23:30 radələrində İsmayıllı şəhərindən yaşadığı Diyallı kəndinə qayıdarkən Muğanlı-İsmayıllı yolunun 40.8-ci km-də “Kəpənək” adlanan ərazidə idarə etdiyi avtomaşın çaşkası qırılaraq yolun kənarındakı bardura dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsində təqsirli bilinərək barəsində Baş X3i İdarəsi Yol-Patrul Xidməti Alayının İV Tağım Baş Yol Patrul Xidmətinin inspektoru Aqşin Osmanov tərəfindən xx.xx.2021-ci il tarixli İXP ******* nömrəli protokol tərtib edilmişdir. Polis əməkdaşları hadisə yerinə gələrkən avtomaşının yanında olmuşdur. Həmin gün bir bakal piyvə qəbul etsə də, spirtli içki qəbul etməmişdir. Hadisə zamanı idarə etdiyi “VAZ 21013 minik” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomaşını sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Polis əməkdaşları hadisədən sonra onu tutmamışlar. Hadisədən sonra öz evində olmuşdur. Əməlindən peşmandır və bir daha belə hallara yol verməyəcəyinə söz verir. Qeyd etdikləri nəzərə alınmaqla barəsində daha yüngül inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil izahat verərək göstərdi ki, Şəxs baş vermiş yol nəqliyyat hadisəsində özünü təqsirli hesab edir və törətdiyi əməldən peşmandır. Qeyd etdikləri nəzərə alınmaqla Şəxs barəsində daha yüngül inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş edir. xx.xx.2021-ci il tarixli 120 nömrəli spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərəcəsinin tibbi müayinə aktından müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxx 2021-ci il tarixdə saat 01:05-də tibbi müayinədən keçirilərkən onun yüngül sərxoşluq vəziyyətində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Həmin Məcəllənin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə - qırx manat məbləğində cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 5.1-ci bəndinə görə İXMnin 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsinə dair işlərə baxılması məhkəmənin səlahiyyətlərinə aid olmadığından inzibati xəta haqqında protokolun surəti həmin xətalara görə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 334.2-ci maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və vəkilinin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun səmimi peşimançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 329.3 və 334.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Şəxs inzibati xətanı il ərzində təkrar törədərək xx xxxxx 2021-ci il tarixdə saat 23:30 radələrində “VAZ 2103” markalı ** BA *** dövlət qeydiyyat nömrəli minik avtomobilini nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan və sərxoş vəziyyətdə idarə etmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətində inzibati həbs edilməsini və inzibati həbsin əvvəlinin qərarın elan edildiyi vaxtdan xx xxxxx 2021-ci il tarixdə saat 17:25-dən hesablanmasını qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan xx xxxxx 2021-ci il tarixdə saat 17:25-dən hesablansın. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında protokolun və qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə göndərilsin. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-149/2021
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-149/2021
12.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver