Məhkəmə qərarları › İş №3(037)-15/2022

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-15/2022

18.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-15/2022 18.01.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə 07 avqust 1989-cu il tarixdə İsmayıllı rayonu Kürdmaşı kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 18 yanvar 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 21 dekabr 2022-ci il tarixdə saat 23:00 radələrində İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən çay evində pulla qumar oynaması faktı üzrə barəsində İsmayıllı rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilməklə aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən İsmayıllı rayon Polis Şöbəsinə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə şahid qismində dindirilən X1 izahat verərək göstərdi ki, 21 dekabr 2022-ci il tarixdə yaşadığı kəndin ərazisində yerləşən Arzu adlı şəxsin işlətdiyi çayxanada həmkəndliləri ilə birlikdə bir qədər pivə içmişdir. Həmin vaxt orada Nicat, Fəda, Sadiq və digər şəxslərdə olmuşdur. Pivə içərkən Sadiqlə qumar oynamaq qərarına gəlmişlər. Yeni oynamağa başlayarkən polis əməkdaşları içəri daxil olmuş və masanın üzərində oyun kartı və pul əskinasları olduğunu görmüşlər. Polis əməkdaşları orada olan şəxslərin çölə çıxmalarına icazə verməmişlər. Bir qədər sonra əməkdaşlar oyun kartını və pul əskinaslarını götürərək Sadiqi, Fədanı, Nicatı və onu rayon polis şöbəsinə aparmışlar. Həmin vaxt Sadiqlə birlikdə qumar oynamışdır. İş üzrə şahid qismində dindirilən X2 izahat verərək göstərdi ki, 21 dekabr 2022-ci il tarixdə yaşadığı kəndin ərazisində yerləşən Arzu adlı şəxsin işlətdiyi çayxanada pivə içmişdir. Həmin vaxt orada həmkəndliləri Əlihüseyn, Sadiq, Fəda və başqa şəxslərdə olmuşdur. Həmin vaxt Sadiqlə Əlihüseyn kartla qumar oynamağa başlamışlar. Bir qədər sonra polis əməkdaşları içəri daxil olmuş və masanın üzərində oyun kartı və pul əskinaslarının olduğunu görmüşlər. Polis əməkdaşları orada olan şəxslərin çölə çıxmalarına icazə verməmişlər. Polis əməkdaşları Sadiqi, Fədanı, Əlihüseyni və onu rayon polis şöbəsinə aparmışlar. Həmin vaxt Sadiqlə Fəda qumar oynamışdır. 05 yanvar 2022-ci il tarixli, MN ******* inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 21 dekabr 2021-ci il tarixdə İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən çay evində qumar oynamış və stolun üzərindən 36 (otuz altı) ədəd kart və 23 (iyirmi üç) manat götürülmüşdür. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 21 dekabr 2022-ci il tarixdə saat 23:00 radələrində İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən çay evində tanışı Şəxslə pulla qumar oynamışdır. Şəxs Azərbaycan Respublikası İXM-in 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir, onun qumar oynaması şahid ifadələri, həmçinin İXH-da protokola əlavə edilmiş hadisənin görüntülərini əks etdirən video görüntüyə baxış keçirilərkən və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapır. 01 yanvar 2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası İXMin 525-ci maddəsinə əsasən, qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə-oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak müsadirə edilməklə dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə şahidlərin izahatını dinləyərək və iş materiallarını nəzərdən keçirərək qərar gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq barəsində 01 yanvar 2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsini, cərimənin 400 (dörd yüz) manat miqdarında müəyyən edilməli, iş üzrə maddi sübut, oyun ləvazimatı olan qumara qoyulmuş 23 (iyirmi üç) manat pul əskinazları dövlət nəfinə müsadirə olunmalı və oyun ləvazimatı olan 36 ədəd kart məhv edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 26, 43, 106, 115-117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat miqdarında inzibati cərimə edilsin. İş üzrə maddi sübut, oyun ləvazimatı olan qumara qoyulmuş 23 (iyirmi üç) manat pul əskinazları dövlət nəfinə müsadirə olunsun. İş üzrə maddi sübut, oyun ləvazimatı olan 36 ədəd kart məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar