Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-151/2023 30.03.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İV tağımın yol patrul xidməti inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Müsavir oğlunun iştirakı ilə xx xxx 1991-ci il tarixdə Qəbələ rayonu Zirik kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin Yol Patrul Xidmət Alayının İV taqımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 30 mart 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 24 fevral 2023-cü il tarixdə saat 12:00 radələrində “VAZ-2106” markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərək Muğanlı-İsmayıllı yolunun 27-ci km-də hərəkətdə olarkən idarə etməni itirərək “Chevrolet Captiva” markalı ** EM *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması, daha sonra “Chevrolet Captiva” markalı avtomobilin “Renault Megane” markalı ** LL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyməsi, bununla da hər iki avtomobilin sahibi Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 maddi zərər vurması faktı ilə bağlı toplanmış material üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin Yol Patrul Xidmət Alayının İV taqımının yol patrul xidməti tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə 27 mart 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. Allahverdi Məmmədov barəsində inzibati xəta haqqında protokol tərtib etmiş İV tağımın yol patrul xidməti inspektoru X2 izahatında göstərdi ki, baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı təhqiqatçı tərəfindən araşdırma aparılmış və Şəxs AR İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Bununla bağlı ilə inzibati protokol tərtib edilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, onun sürücülük hüququ yoxdur. 24 fevral 2023-cü il tarixdə saat 12:00 radələrində idarə etdiyi “VAZ-2106” markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə edərək Muğanlı-İsmayıllı yolunun 27ci km-də hərəkətdə olarkən hava şəraiti qarlı olduğundan idarə etməni itirmiş və qarşıdan hərəkətdə olan “Chevrolet Captiva” markalı ** EM *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Zərbənin təsirindən həmin avtomobil geridən gələn “Renault Megane” markalı ** LL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Hadisə nəticəsində hər üç avtomobilə maddi ziyan dəymişdir. Dəymiş ziyanı sığorta şirkəti ödəyəcəkdir. Hazıra əməlindən peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla ona daha yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. İşin baxılması vaxtı və yeri barədə zərərçəkmiş X3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 oğluna lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək işi ilə bağlı məhkəmə iclasına gələ bilməyəcəyini, maddi ziyanı tələb etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə AR İXM-nin 62.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-Nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin müstəntiqi polis kapitanı Abdulla Xəlilovun 10 mart 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, X4 əməlində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs Müsavir oğlunun əməlində cinayət işi başlanması rədd edilmiş qərarın surəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi üzrə inzibati tədbir görülməsindən ötrü şöbənin Baş Dövlət Yol Polis İdarəsinə göndərilmişdir. “X7 Servis Mərkəzi”nin 27 mart 2023-cü il tarixli arayışında “Renault Megane” markalı ** LL *** dövlət qeydiyyat nişanlı avtomobilə 3450 manat miqdarında maddi zərər dəydiyi qeyd edilmişdir. “X7 Servis Mərkəzi”nin 27 mart 2023-cü il tarixli arayışında “Chevrolet Captiva” markalı ** EM *** dövlət qeydiyyat nişanlı avtomobilə 4650 manat miqdarında maddi zərər dəydiyi qeyd edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 24 fevral 2023-cü il tarixdə saat 12:00 radələrində “VAZ-2106” markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərək Muğanlı-İsmayıllı yolunun 27-ci km-də hərəkətdə olarkən idarə etməni itirərək “Chevrolet Captiva” markalı ** EM *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, daha sonra “Chevrolet Captiva” markalı avtomobilin “Renault Megane” markalı ** LL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş, bununla da hər iki avtomobilin sahibi Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 maddi zərər vurmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib, işdə iştirak edən şəxslərin izahatını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan 400 (dörd yüz) manat miqdarında inzibati cərimə tətbiq etməyi məqsədə müvafiq hesab edir. Həmçinin, inzibati xəta nəticəsində vurulmuş zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduğunu nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36-cı maddəsinə əsasən məhkəmə “Chevrolet Captiva” markalı ** EM *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs1 və “Renault Megane” markalı ** LL *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs2 dəymiş ziyanın ödənilməmiş hissəsi ilə əlaqədar məsələnin baxılmamış saxlanılmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda zərərçəkmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 izah edilir ki, ziyanın əvəzinin ödənilməsi haqda qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat miqdarında inzibati cərimə edilsin. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanın ödənilməmiş hissəsi ilə əlaqədar məsələ baxılmamış saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-151/2023
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-151/2023
30.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver