Məhkəmə qərarları › İş №3(037)-152/2022

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №3(037)-152/2022

11.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 3(037)-152/2022 11.04.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin sədri Şirinov Rəfayel Səməd oğlu, Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 11 aprel 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İsmayıllı rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən İ dərəcəli hüquqşünas Kənan Binnətovun 10 mart 2022-ci il tarixli qərarı ilə Şəxs və X2 barələrində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş və həmin qərar əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş 11.04.2022-ci il tarixli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs 16 fevral 2022-ci il tarixdə saat 16:00 radələrində İsmayıllı rayon Notariat Ofisinin binasının içərisində notariusun otağında mərhum X1 təhqir edib notariat ofisinin normal iş fəaliyyətini pozmuşdur. Məhkəmə inzibati materialı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, İsmayıllı rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən İ dərəcəli hüquqşünas Kənan Binnətovun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 10 mart 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Şəxs və X2 barələrində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət təqibinin başlanmasını rədd edən halın olması nəzərə alınmış və Şəxs və X2 əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri olduğundan, barələrində həmin maddə ilə inzibati icraat başlanması üçün qərarın surəti aidiyyəti üzrə İsmayıllı rayon Polis Şöbəsinə göndərilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan aidiyyəti şəxslər narazı olduqları halda, ondan prokurora, yuxarı prokurora və məhkəməyə şikayət etmək hüquqları nəzərdə tutulmuşdur. Lakin hazırki işin materiallarından qeyd olunan qərarın aidiyyəti şəxslərə (o cümlədən Şəxs və mərhum Abdulla Cabbarovun hüquqi varisinə) rəsmi qaydada verilib-verilmədiyi müəyyən edilmir. Göründüyü kimi Cinayət işinin başlanmasının rədd edilməsi barədə 10 mart 2022-ci il tarixli qərar əsasında inzibati xəta haqqında protokol tərtib edilərkən qeyd olunan qərarın aidiyyəti şəxslərə rəsmi qaydada verilib-verilmədiyi, həmin qərardan şikayət vermə müddətinin başa çatıb-çatmadığı araşdırılmadan Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırki vəziyyətdə Şəxs barəsində məhkəməyə göndərilmiş inzibati xəta haqqında protokola baxılaraq qərar qəbul edilməsi mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilərək məhkəməyə göndərilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin onu tərtib etmiş orqana qaytarılması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə tərtib edilmiş və məhkəməyə göndərilmiş inzibati xəta haqqında material İsmayıllı rayon Polis Şöbəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar