Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-154/2022 22.04.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X3, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X14 Xidməti İsmayıllı regional ərazi şöbəsinin baş məsləhətçisi baş əmək müfəttişi X16 iştirakı ilə, X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin 06 aprel 2022-ci il tarixli MN seriyalı ******* saylı qərarından şikayətinə 22 aprel 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İsmayıllı rayon sakini fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan X9 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin 06 aprel 2022-ci il tarixli MN seriyalı ******* qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 4500 (dörd min beş yüz) manat miqdarında cərimə edilmişdir. X9 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin 06 aprel 2022-ci il tarixli MN seriyalı ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X9 məhkəmə iclasında şikayətinə uyğun izahat verərək göstərdi ki, İsmayıllı şəhəri ərazisində yerləşən “Bərəkət” adlı ərzaq mağazasını işlətmişdir. Bir neçə il öncə “Bərəkət” adlı ərzaq mağazası "xxxx" QSC-nə kreditin təminatı kimi ipotekay qoyulmuşdur. Sonradan kredit məbləğini ödəyə bilməmiş və məhkəmə qətnaməsinə əsasən keçirilmiş açıq hərrac vasitəsilə bank həmin mağazanı balansa götürdüyündən ona həmin mağazanı boşaldaraq banka təhvil verməyimi bildirmişlər. Bu məqsədlə yaxın qohumu X10 həmin mağazada olan ərzaq mallarının qablaşdırılmasında köməklik göstərməsini xahiş etmişdir. 01 fevral 2022-ci il tarixdə Yusif Səlimov mağazada malları qablaşdıran zaman rayon sakini Sərdar adlı şəxs mağazaya daxil olmuş Yusifdən siqaret istəmişdir. Yusif Səradara siqaret verən zaman polis əməkdaşları mağazaya daxil olmuş və Sərdar adlı şəxsin aktiv “Covid-19” xəstəsi olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları Sərdara ev şəraitində müalicə almasını tələb etmişlər. Bir neçə gün sonra ona məlum olmuşdur ki, polis əməkdaşları Yusif Səlimovla əmək müqaviləsi bağlamadığım üçün toplanmış materialları aidiyyəti üzrə X12 göndərmişlər. Bundan sonra ona X14 tərəfindən yazışmalar göndərilmiş və sonda 4500 (dörd min beş yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. O, qəbul edilmiş qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, Yusif Səlimov həmin mağazada satıcı kimi işləməmişdir. Mağaza banka təhvil verildiyindən Yusif malların boşaldılmasında köməklik göstərmişdir. Sərdar adlı şəxs isə sudurqa xəstəsi olduğundan ona ara-sıra mağazadan pulsuz siqaret verilirdi. X14 heç bir araşdırma aparmadan onu qanunsuz yerə cərimə etmişdir. İnzibati xəta törətməyən bir şəxs kimi ona tətbiq olunan cərimə maddi və əmlak vəziyyətinə uyğun deyil və sahibkarlıq fəaliyyətinə mənfi təsir göstərir. Bundan başqa onun yaşadığı evdə bankın hesabındadır və yaxın günlərdə evini banka təhvil verəcəkdir. Qəbul edilmiş cərimə məbləği onun maddi vəziyytini daha da ağırlaşdırmışdır. Ona görə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin 06 aprel 2022-ci il tarixli MN seriyalı ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X14 Xidməti İsmayıllı regional ərazi şöbəsinin nümayəndəsi X21 izahat verərək göstərdi ki, X4 aktiv “Covid-19” xəstəsi olaraq karantin qaydalarını pozması ilə bağlı rayon polis şöbəsində araşdırma aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Sərdar Hüseynov karantin İsmayıllı rayon Polis Şöbəsində araşdırma aparılmış və məlum olmuşdur ki, Sərdar Hüseynov 01 fevral 2022-ci il tarixdə İsmayıllı şəhərində yerləşən “Bərəkət” adlı ərzaq mağazasına daxil olaraq orada satıcı işləyən Yusif Səlimovdan siqaret almışdır. Yusif Səlimov həmin mağazada əmək müqaviləsi olmadan satıcı işləmişdir. Bununla bağlı polis şöbəsinin müstəntiqi təəfindən sübutların qiymətləndirilməsi haqqında qərar qəbul edilərək X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati icraatın başlanması məqsədi ilə müvafiq materiallar ayrılaraq aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. İş üzrə icraatın başlanması və əlavə sənədlərin araşdırılması ilə bağlı Ramil Mövalmova rəsmi bildiriş göndərilmiş və 29 mart 2022-ci il tarixə saat 11:00-a Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X12 dəvət olunmuşdur. X22 çağırışa gəlməmiş və 29 mart 2022ci il tarixdə Ramil Mövlamovun iştirakı olmadan protokol tərtib olunmuşdur. Protokolun surəti Ramil Mövlamova göndərilmiş və protokola baxılması ilə bağlı rəsmi bildiriş göndərilmiş və 06 aprel 2022-ci il tarixə saat 10:00-a Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X12 dəvət olunmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, X15 rayon sakini Yusif Səlimov ilə əmək müqaviləsi bağlamadan onu işə cəlb etmiş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 4500 (dörd min beş) manat miqdarında cərimə edilmişdir. Cərimə edilməsi barədə qərarın surəti Ramil Mövlamova rəsmi qaydada göndərilmişdir. Qeyd edilən qərar qəbul edilərkən qanunvericiliyinin tələblərinə tam riayət olunmuşdur. Hesab edir ki, həmin qərarın ləğv edilməsi üçün əsas yoxdur. Ona görə də şikayətin təmin edilməməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin 06 aprel 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında qərar qəbul edilən şəxsin və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X14 Xidməti İsmayıllı regional ərazi şöbəsinin nümayəndəsinin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş İsmayıllı rayon Polis Şöbəsinin müstəntiqinin 01 mart 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarın surətindən müəyyən edilir ki, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati icraatın başlanması məqsədi ilə müvafiq materiallar ayrılaraq aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş İsmayıllı rayon polis şöbəsinin müstəntiqinin 11 fevral 2022-ci il tarixli şahid X7 dindirmə protokolundan görünür ki, Yusif Səlimov 2021-ci ilin dekabr ayının sonlarından 2022-ci ilin fevral ayının 7-nə kimi İsmayıllı şəhəri, M.F.Axundov küçəsində yerləşən “Bərəkət” adlı ərzaq mağazasında satıcı işləməsini və 01 fevral 2022-ci il tarixdə Sərdar Hüseynova 1 (bir) ədəd siqaret satdığını etiraf etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin 06 aprel 2022-ci il tarixli MN seriyalı ******* saylı qərarının surətindən müəyyən edilir ki, X1 rayon sakini X11 İsmayıllı şəhəri, M.F.Axundov küçəsində yerləşən “Bərəkət” adlı ərzaq mağazasında əmək müqaviləsi bağlamadan işə cəlb etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4500 (dörd min beş yüz) manat miqdarında inzibati cərimə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, 02 fevral 2022-ci ildə X5 01 fevral 2022-ci il tarixdə epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və ya karantin rejimlərini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratması ilə bağlı araşdırma aparılmışdır. İsmayıllı rayon Polis Şöbəsinin müstəntiqinin 01 mart 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı ilə X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati icraatın başlanması məqsədi ilə müvafiq materiallar ayrılaraq aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti tərəfindən Ramil Mövlamov barəsində 29 mart 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtiib olunmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, X15 rayon sakini X13 ilə əmək müqaviləsi bağlamadan onu işə cəlb etmiş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 4500 (dörd min beş yüz) manat miqdarında inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli, 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan respublikası prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 nömrəli Fərmanının 5.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan X9 işəgötürən kimi rəhbəri olduğu “Bərəkət” adlı ərzaq mağazasında üzərinə düşən vəzifələrin həyata keçirilməsini lazımi qaydada təmin etməmiş və qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xətanı törətmişdir. Bu fakt X2 rayon Polis Şöbəsində şahid qismində dindirilərkən verdiyi izahatı ilə təsdiq olunur. Ramil Mövlamov barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin 06 aprel 2022-ci il tarixli MN seriyalı ******* saylı qərarı qanun əsasında və səlahiyyətli vəzifəli şəxs tərəfindən qəbul edilmişdir. X9 inzibati məsuliyyətə cəlb edilərkən və onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən qanunla müəyyən edilmiş qaydalara əməl edilmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin ən aşağı həddində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin 06 aprel 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında qərarı ləğv edilməli növü ilə əvəz edilməsinə əsas yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin 06 aprel 2022-ci il tarixli MN seriyalı ******* saylı qərarından şikayəti təmin edilməsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 4500 (dörd min beş yüz) manat miqdarında cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin 06 aprel 2022-ci il tarixli MN seriyalı ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-154/2022
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-154/2022
22.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver