Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-154/2024 28.03.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X6 nümayəndəsi Nümayəndə1, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, X6 nümayəndəsi Nümayəndə1 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qəbələ Ərazi Şöbəsinin 06 mart 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X6 barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qəbələ Ərazi Şöbəsi tərəfindən qəbul olunmuş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 500 (beş yüz) manat miqdarında inzibati cərimə edilməsinə dair 06 mart 2024-cü il tarixli MN ******* nömrəli qərardan X6 nümayəndəsi Nümayəndə1 şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X6 nümayəndəsi Nümayəndə1 şikayət ərizəsində göstərmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qəbələ Ərazi Şöbəsinin 06 mart 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə X10 AR İXM-nin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Həmin qərarı qanunsuz və əsassız hesab edir. Ona görə ki, X10 AR İXM-nin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmiş, qərəzli olaraq inzibati xəta haqqında qanunsuz protokol (MN ******* nömrəli) tərtib edilmiş, inzibati xəta haqqında işin icraatı barədə X10 məlumatlandırılmamışdır. İş materiallarından görünür ki, qeyd edilən 4 ha torpaq sahəsi mərhum atası Həsən Hüseynova 4 noyabr 2003-cü il tarixli icarə müqaviləsi əsasında Cülyan kənd bələdiyyəsi tərəfindən 90 il müddətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə icarəyə verilmiş, 5 mart 2007-ci il tarixdən isə həmin torpaq sahəsi sub icarə müqaviləsi əsasında X7 verilmişdir. Ötən müddət ərzində qeyd edilən torpaq sahəsi daş və digər tullantılardan təmizlənərək abadlaşdırılmış, heyvandarlıq məqsədi ilə istifadə olunmuşdur. Torpaq sahəsində heyvandarlığın inkişafı üçün 2004-cü ildə tövlə binası tikilmişdir. Həmin sahədə təsərrüfatın səmərəli təşkil edilməsi üçün vacib olan müvəqqəti tikililər qurularkən qurulan qurğunun döşəmə hissəsinin düzəldilməsi üçün 1 metr hündürlükdə daş hasar çəkildiyi üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin Qəbələ Ərazi Şöbəsinin əməkdaşı tərəfindən Müşfiq Hüseynov barəsində AR İXM-nin 247.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat aparılmışdır. Bunun əsasında onun barəsində 06 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh verilməsi haqqında qərar qəbul edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, kənd təsərrüfat təyinatlı, kollu hörüş torpaq sahəsində təqribən 100 kvadrat metr hissədə tikinti işləri aparılmışdır. X13 heç bir tikinti işləri aparmamışdır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13-cü maddəsinin 1-ci bəndində kənd təsərrüfatlı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, ha belə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Həmin maddənin 2-ci bəndində göstərilir ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq, ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Qanunun tələblərinə uyğun olaraq həmin ərazidə qurğu quraşdırmaq üçün yer hazırlamışam Şəhərsalma və tikinti məcəlləsinin 79-cu maddəsinin tələblərinə müvafiq olaraq hündürlüyü ən çox 5 metr sahəsi 100 kvm olan 1 mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin, Tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin tikintisinə icazə tələb olunmur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin Qəbələ Ərazi Şöbəsinin əməkdaşı tərəfindən tərtib olunmuş protokoldan da görünür ki, həmin ərazidə əsaslı tikinti işləri aparılmamış, döşəmə sahəsi düzəldilməklə müvəqqəti tikili tikilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi Müşfiq Hüseynov tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin məqsədli təyinatını dəyişmədən başqa məqsədlər üçün istifadə etməsi faktı aşkarlanmamışdır. Müşfiq Hüseynov torpaq sahəsinin təyinatını dəyişməmişdir. AR İXM-nin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmidir. Ona görə də, X10 AR İXM-nin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin Qəbələ Ərazi Şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs X6 nümayəndəsi Nümayəndə1 şikayətin məzmununa uyğun izahat verərək göstərdi ki, 2003-cü il tarixdə mərhum atası 4 hektar torpaq sahəsini icarəyə götürmüşdür. 2008-ci il tarixdə həmin torpaq sahəsi qardaşına sub icarəyə verilmişdir. Ötən müddət ərzində həmin torpaq sahəsindən o, istifadə etmiş və həmin ərazini abadlaşdıraraq ferma tikərək heyvandarlıqla məşğul olmuşdur. Hazırda həmin torpaq sahəsində məqsədi, yüngül konsturksiyalı çadırlar tikərək aqroturizm kimi istifadə etmək və gələn şəxslərin kənd təsərrüftatı məhsullarından istifadə etməsi olmuşdur. Həmin torpaq sahəsinin bir hissəsi mayılı olduğu üçün 40 sm hündürlükdə hörgü apararaq yanların torpaqla düzəltmişlər. 2024-cü ilin yanvar aylarının sonlarında bir nəfər torpaq agentliyinin əməkdaşı onun mobil telefonuna zəng edərək həmin ərazinin sənədlərinin ona göndərməsini xahiş etmişdir. Fevral ayının 5-dıə həmin sənədləri Tural adlı şəxsə göndərmişdir. Bir neçə gün sonra həmin şəxs ona həmin ərazidə əsaslı tikinti tikildiyi üçün protokol tərtib olunacağını bildirmişdir.Həmin şəxsə öz etirazını bildirərək ərazidə heç bir tikinti işlərinin aparmadığını bildirmişdir. Lakin, fevral ayının 19-da protokolun surəti onlara göndərilmişdir. Həmin protokolun harada və nəvaxt yazılması barədə heç bir məlumatı olmamışdır. Sonra mart ayının 1-nə protokola baxılması ilə bağlı ona bildiriş gəlmişdir. Mart ayının 1-də qeyd olunan ünvanda olmuş, lakin Tural adlı şəxs səlahiyyətli şəxslərin tədbirdə olduğunu bildirərək işin baxılmasının təxirə salındığını bildirmişdir. O, öz etirazını bildirərək geri qayıtmışdır. Mart ayının 6-na yenidən ona bildiriş gəlmişdir. Mart ayının 6-da yenidən şöbədə olmuş və qərar qəbul edilərək Müşfiq Hüseynov 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qəbul edilmiş qərarın ləğv edilməsini və protokolu və qərarı qəbul etmiş şəxslərin qanunsuz əməlləri barədə xüsusi qərar qəbul edilərək aidiyyəti orqanlara göndərilməsini xahiş edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinin nümayəndəsi Nümayəndə2 hazırki iş üzrə Nümayəndə1 şikayət ərizəsində qeyd etdiklərini əsassız hesab etdiyini bildirdi və izahat verərək göstərdi ki, icarəyə götürülmüş torpaq sahəsinin təyinatı üzrə istifadə edilməmişdir. Həmin torpaq sahəsində əsaslı tikinti işləri aparılır. Lakin, həmin tikililər Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən dayandırılmışdır. Foto şəkillərdən də görünür ki, həmin ərazidə əsaslı tikili tikilmiş və torpaq sahəsinin münbitliyi korlanmışdır. Bu barədə inzibati xəta haqqında protokol tərtib və bundan sonra barəsində inzibati xəta haqında qərar qəbul edilərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Müşfiq Hüseynov həmin torpaq sahəsində müvəqqəti olaraq qurğulardan istifadə etməklə tikili tikə bilər. X11 inşa etdiyi tikili daş hasardan və beton örtükdən ibarət yaşayış evidir. Ona görə də, şikayətin təmin edilməməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 05 mart 2007-ci il tarixli “Torpaq sahəsinin sub icarəyə verilməsi haqqında” müqavilədən görünür ki, X1 rayonu Cülyan kəndində yerləşən həmin kənd bələdiyyəsinin 14 avqust 2003-cü il tarixli 07 saylı qərarı əsasında 90 il müddətinə ona icarəyə verilmiş 4 ha torpaq sahəsinin X3 icarəyə vermişdir. 15 fevral 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cülyan kənd sakini X10 tərəfindən icarəsində olan 4 ha kənd təsərrüfatı təyinatlı kollu örüş torpaq sahəsinin təqribən 100 kv. metr hissəsində tikinti işlərinin aparılması faktı aşkar edilmişdir. 06 mart 2024-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, ismayıllı rayonu Cülyan kənd sakini X10 tərəfindən icarəsində olan bələdiyyə mülkiyyətinə aid 4 ha kənd təsərrüfatı təyinatlı kollu örüş torpaq sahəsinin təqribən 100 kv. metr hissəsində tikinti işlərinin aparıldığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 257.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş foto şəkillərdən görünür ki, X10 qeyd olunan torpaq sahəsində bünövrəsi betondan, hasarı daşdan ibarət əsaslı tikili inşa edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət rədd edilməlidir. Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları və iş materialları ilə müəyyən edildi ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılarkən X6 İsmayıllı rayonu Cülyan kəndində icarəsində olan bələdiyyə mülkiyyətinə aid 4 ha kənd təsərrüfatı təyinatlı kollu örüş torpaq sahəsinin təqribən 100 kv. metr hissəsində tikinti işlərinin aparması faktı aşkar edilmişdir. Bununla bağlı 15 fevral 2024-cü il MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qəbələ Ərazi Şöbəsi tərəfindən qəbul olunmuş 06 mart 2024-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 500 (beş yüz) manat miqdarında inzibati cərimə edilmişdir. X6 nümayəndəsi Nümayəndə1 hazırki şikayətində və məhkəmə iclasında verdiyi izahatında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qəbələ Ərazi Şöbəsi tərəfindən qəbul olunmuş 06 mart 2024-cü il tarixli MN № ******* nömrəli qərardan narazı olduğunu qeyd etmiş, öz narazılığının səbəbini torpağın kateqoriyasının dəyişdirmədiyini, apardığı tikilinin qanuni olması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4–cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9.3-cü maddəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13.2-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.16-cı maddəsinə əsasən müvəqqəti tikili – torpaq üzərində yerləşdirilən, qısa müddətdə, o cümlədən tikinti müddətində istifadə üçün nəzərdə tutulan, yüngül inşaat konstruksiyalarından inşa edilən və asanlıqla quraşdırılıb-sökülən tikili nəzərdə tutulur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, X2 rayonu Cülyan kəndində icarəsində olan bələdiyyə mülkiyyətinə aid 4 ha kənd təsərrüfatı təyinatlı kollu örüş torpaq sahəsinin təqribən 100 kv. metr hissəsində əsaslı tikili inşa edir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən də göründüyü kimi, Müşfiq Həsənov qeyd olunan torpaq sahəsində inşa etdiyi tikili bünövrəsi betondan, hasarı daşdan ibarət fərdi yaşayış evinə bənzər tikilidir. Ona görə də, onun barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qəbələ Ərazi Şöbəsi tərəfindən 15 fevral 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında 06 mart 2024-cü il tarixdə qərar qəbul edilmiş, qərara əsasən X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən 500 (beş yüz) manat miqdarında inzibati cərimə edilmişdir. Həmin inzibati xəta haqqında protokol qanuni əsaslarla tərtib edilmiş və həmin protokol əsasında X6 barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən qanunla müəyyən edilmiş qaydalara əməl edilmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri çərçivəsində cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci mаddəsinə əsasən, inzibаti tənbeh məsuliyyət tədbiridir və inzibаti xətа törədən şəxsi qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə həm inzibаti xətа törətmiş şəxs, həm də bаşqа şəxslər tərəfindən yeni inzibаti xətа törədilməsinin qаrşısını аlmаq məqsədi dаşıyır. Həmin Məcəllənin 31-ci mаddəsinə əsasən, inzibаti xətаyа görə tənbeh bu Məcəlləyə uyğun оlаrаq tətbiq edilir. Fiziki və yа vəzifəli şəxslər bаrəsində inzibаti tənbeh tətbiq edilərkən xətаnın xаrаkteri, inzibаti xətа törədənin şəxsiyyəti, оnun təqsirinin dərəcəsi, əmlаk vəziyyəti, hаbelə məsuliyyəti yüngülləşdirən və аğırlаşdırаn hаllаr nəzərə аlınır. İnzibаti Xətаlаr Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda apellyasiya instansiyası məhkəməsi qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, X6 nümayəndəsi Nümayəndə1 şikayəti təmin edilməməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qəbələ Ərazi Şöbəsi tərəfindən qəbul olunmuş 06 mart 2024-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X6 nümayəndəsi Nümayəndə1 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qəbələ Ərazi Şöbəsi tərəfindən qəbul olunmuş 06 mart 2024-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin. X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən 500 (beş yüz) manat miqdarında inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qəbələ Ərazi Şöbəsi tərəfindən qəbul olunmuş 06 mart 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-154/2024
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-154/2024
28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver