Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 3(037)-155/2021 20.04.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu, X2 İsmayıllı rayon X8 X10 inspektoru X6 tərəfindən qəbul olunmuş inzibati xəta haqqında qərardan verdiyi şikayət ərizəsinə işin baxılmağa hazırlanması zamanı baxaraq müəyyən e t d i m: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı rayon X8 X10 inspektoru X6 tərəfindən qəbul edilmiş inzibati xəta haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X5 natamam şikayət ərizəsi ilə məhkəməyə müraciət etdiyindən İsmayıllı rayon Məhkəməsinin 3(037)-141/2021 saylı qərarı ilə X2 şikayət ərizəsi geri qaytarılmışdır. Məhkəmə daxil olmuş şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirib hesab edir ki, şikayətə baxılması qeyri-mümkündür və ona görə də geri qaytarılmalıdır. Belə ki, hazırkı şikayət inzibati xəta haqqında iş üzrə qərardan verilsə də, şikayətçi şikayət ərizəsinə inzibati xəta haqqında qərarı deyil, inzibati xəta haqqında protokolu əlavə etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində isə inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır. Həmçinin şikayətçi xx xxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarın surətini şikayətinə əlavə etməmişdir. Azərbaycan Respublikasının İXM-nin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb toplanmaması məsələlərini həll edir. Şikayət ərizəsinin məzmunundan görünür ki, X1 rayon X8 X10 inspektoru X6 tərəfindən qəbul edilmiş inzibati xəta haqqında qərarından şikayət vermək istəmişdir. X5 şikayət ərizəsini qanunamüvafiq qaydada tərtib etməmiş, məhkəmədən nə istəməsi ilə bağlı fikrini tam formalaşdırmamış və qeyd olunan qərarın surətini ərizəsinə əlavə etməmişdir. Ümumiyətlə, həmin qərarın qəbul edilib-edilməməsi müəyyən deyil. Göstərilən hal isə işin məhkəmə icraatını rədd edən hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə, kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxx 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 hazırkı şikayəti inzibati xəta haqqında iş üzrə qərardan verilsə də, şikayətçi şikayət ərizəsinə inzibati xəta haqqında qərarı deyil, inzibati xəta haqqında protokolu əlavə etmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən hazırkı xarakterli inzibati mübahisələr üzrə protokola baxılması nəzərdə tutulmamışdır. Ona görə də inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün olmadığından X2 şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, Orxan Əkbərliyə məhkəmənin xx.xx.2021-ci il tarixli 3(037)-141/2021 saylı qərardadı ilə qərarın təsviri hissəsində göstərilmiş çatışmazlıqların aradan qaldırılması izah edilmişdir. Məhkəmə hesab edir ki, Orxan Əkbərliyə bir daha izah edilməlidir ki, qərardadın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddəsini rəhbər tutaraq qərara a l d ı m: X2 şikayət ərizəsi geri qaytarılsın. Qərardadın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması X4 izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-155/2021
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №3(037)-155/2021
20.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver