Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-156/2021 22.04.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs İnzibati xəta törətmiş şəxs: Şəxs оğlunun və onun vəkili Vəkil iştirakı ilə xx.xx.1988-ci ildə İsmayıllı rayonunda anadan оlmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, işsiz, İsmayıllı rayonu Mücühəftəran kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Şəxs xx xxxx 2021-ci il tarixdə saat 06:00 radələrində sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə etdiyi “Qaz-69” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomaşınla İsmayıllı rayonu İvanovka yolunda hərəkətdə olarkən Zərərçəkmiş şəxs məxsus “VAZ-2106” markalı ** TD *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq yolnəqliyyat hadisəsi törətmiş, nəticədə sonuncunun avtomaşınına maddi ziyan dəymişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin izahatı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək, zərərçəkmiş şəxsə hal-hazırda dəymiş zərərin bir hissəsini, 400 manat məbləğində pul verə biləcəyini, əməlindən peşman olmasını bildirmiş və məhkəmədən ona daha yüngül inzibati tənbeh təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, sözügedən yolnəqliyyat hadisəsi nəticəsində ona məxsus avtomobilə 800 manat məbləğində maddi zərər dəymişdir. Hazırda tələbi ona dəymiş ziyanın 450 manat məbləğində zərərin Şəxs tərəfindən ödəilməsindən ibarətdir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 109 saylı alkaqol qəbul edilməsi faktının və sərxoşluq vəziyyətinin təyini üçün aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs yüngül dərəcədə sərxoşluq vəziyyətində olmuşdur. İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 21 saylı ziyan aktından görünür ki, “VAZ- 2106” markalı ** TD *** dövlət qeydiyyat nişanlı avtomaşına 2660 manat məbləğində maddi ziyan dəymişdir. İşə əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü Gülgəz və xx.xx.2010-cu il təvəllüdlü Gülməmməd adlı uşaqların atası Şəxsdur. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, himayəsində iki azyaşlı uşaqlarının olmasını və əməlindən peşman olmasını nəzərə alaraq hesab edir ki,Şəxs оğlunun barəsində 800 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq еdilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq qərara a l d ı: Şəxs Аzərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs оğlu tətbiq edilmiş inzibati cəriməni dərhal və ya bu qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunmuş cərimənin məbləğinin 10 faizi miqdarından azad edilsin. Təyin edilmiş inzibati cərimə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin 1 saylı Xəzinədarlıq İdarəsində olan hesabına köçürülsün. Qərardan alındığı və ya təqdim olunduğu gündən 10 (on) gün müddətində Şəki Аpelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-156/2021
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-156/2021
22.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver