Məhkəmə qərarları › İş №3(037)-156/2025

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №3(037)-156/2025

15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 3(037)-156/2025 15.04.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu, X2 İsmayıllı rayon X6 X9 tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında qərardan verdiyi şikayət ərizəsinə işin baxılmağa hazırlanması zamanı baxaraq m ü ə y y ə n e t d i m: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı rayon X6 X9 tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə daxil olmuş şikayəti nəzərdən keçirib hesab edir ki, şikayətə baxılması qeyri-mümkündür və ona görə də geri qaytarılmalıdır. Belə ki, hazırkı şikayət inzibati xəta haqqında iş üzrə qərardan verilsə də, şikayətçi şikayət ərizəsinə inzibati qaydada tənbeh olunması barədə inzibati xəta haqqında qərarı əlavə etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində isə inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının İXM-nin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb toplanmaması məsələlərini həll edir. Şikayət ərizəsinin məzmunundan görünür ki, X1 rayon X6 X9 tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında qərardan şikayət vermək istəmişdir. X5 qeyd olunan qərarın surətini ərizəsinə əlavə etməmişdir. Ümumiyətlə, həmin qərarın qəbul edilib-edilməməsi müəyyən deyil. Göstərilən hal isə işin məhkəmə icraatını rədd edən hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə, kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 hazırkı şikayəti inzibati xəta haqqında iş üzrə qərardan verilsə də, şikayətçi şikayət ərizəsinə inzibati xəta haqqında qərarı əlavə etmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən hazırkı xarakterli inzibati mübahisələr üzrə protokola baxılması nəzərdə tutulmamışdır. Ona görə də inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün olmadığından X2 şikayət ərizəsi geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, X4 izah edilməlidir ki, qərardadın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən inzibati xətanın törədildiyi və yaxud vəsatətinə əsasən yaşadığı yer üzrə məhkəməyə müraciət edə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X7 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddəsini rəhbər tutaraq q ə r a r a a l d ı m: X2 şikayət ərizəsi geri qaytarılsın. Qərardadın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən inzibati xətanın törədildiyi və yaxud vəsatətinə əsasən yaşadığı yer üzrə məhkəməyə müraciət etmək hüququnun olması X4 izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar