Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-158/2021 03.05.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi xx.xx.1980-ci il tarixdə İsmayıllı rayonu, 2-ci Cülyan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,orta təhsilli, evli, fərdi əməklə məşğul olan, İsmayıllı rayonu, Cülyan kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Şəxs 16.03.2021-ci il tarixdə saat 17:30 radələrində İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsində Mercedes C180 minik markalı ** KT *** dövlət qeydiyat nişanlı avtomobillə hərəkətdə olarkən manevr qaydalarını pozmuş və Zərərçəkmiş şəxs idarə etdiyi BMW 530 markalı ** TU *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, nəticədə sonuncu avtomaşının sürücüsü 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs sağlamlığın pozulmasına səbəb olan yüngül xəsarət yetirmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin izahatı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərdi ki, 16.03.2021-ci il tarixdə saat 17:30 radələrində etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz C 180 minik” markalı ** KT *** dövlət qeydiyyat nişanlı avtomobili özü idarə edərək avtomobillə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı şəhəri Ə.Ələkbərzadə küçəsindən keçən hissəsində İsmayıllı RMX-ı istiqamətində təxminən 40 km/saat sürətlə öz hərəkət zolağında hərəkətdə olduğu vaxt avtomobil yolundan sol tərəfdə, qarşıda yerləşən avtomobil təmiri sexinə (razval) dönmək istəmiş, bu məqsədlə qarşıdan avtomobilin gəlmədiyini görüb döngə yerinə 5-6 metr qalmış xarici işıq cihazı siqnalını yandırmadan və heç bir işarə vermədən əks istiqamətli hərəkət zolağına çıxmış, hərəkət zolağına çıxan kimi onunla eyni hərəkət zolağında ötmə əməliyyatına başlayıb arxasınca gələn “BMW 535 minik” markalı ** TU *** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi avtomobilin arxa sağ hissəsinə vurmuş, toqquşmanın təsirindən idarə etdiyi avtomobil fırlanmış və avtomobilin sağ arxa təkəri səkinin kənarına dəyərək avtomobil durmuşdur. Hadisədən əvvəl əks istiqamətli hərəkət zolağına keçib qarşıdan dönmək istəmiş və manevrə başlamazdan əvvəl arxadan avtomobilin gəlib-gəlməməsinə diqqət etmədiyindən arxadan “BMW 535 minik” markalı avtomobilin gəlməsini görməmiş, hadisə baş verən zaman ayıq olmuş, avtomobili hadisədən əvvəl texniki cəhətdən saz vəziyyətdə olmuş, heç bir nasazlığı olmamış, baş vermiş hadisə nəticəsində bədən xəsarəti almamışdır. Hazırda zərərşəkmiş şəxs Zərərçəkmiş şəxsla qarşılıqlı olaraq barışmışlar. İdarə etdiyi “Mercedes Benz C 180 minik” markalı ** KT *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta şirkəti tərəfindən sığortalandığından Zərərçəkmiş şəxs avtomaşınına dəymiş ziyan sığorta şirkəti tərəfindən ödəniləcəkdir. O, Bakı-İsmayıllı xətti üzrə taksi fəaliyyəti ilə məşğul olur və barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, 16.03.2021-ci il tarixdə saat 17:30 radələrində nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi sənədi əsasında mülkiyyətçisi olaraq idarə etdiyi “BMW 535 minik” markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobili özü idarə edərək avtomobillə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı şəhəri Ə.Ələkbərzadə küçəsindən keçən hissəsində İsmayıllı RMX-ı istiqamətində təxminən 70 km/saat sürətlə öz hərəkət zolağında hərəkətdə olduğu vaxt sola dönmə işıq nişanını yandıraraq qarşısında hərəkətdə olan “Mercedes Benz C 180 minik” markalı ** KT *** dövlət qeydiyyat nişanlı avtomobili ötmə əməliyyatı aparıb keçmək istəmiş, həmin avtomobilə təxminən 15 metr məsafə qalmış sola dönmə xaric işıq siqnalını yandıraraq aşağı sürətlə hərəkət edən həmin avtomobili keçmək istəmiş, həmin avtomobilə çatıb onu ötməyinə 3-4 metr məsafə qalmış həmin avtomobil sola dönmə xarici işıq siqnalını yandırmadan qəfildən onun hərəkət zolağına keçmiş, bu zaman idarə etdiyi “BMW 535 minik” markalı avtomobili tormozdan istifadə edərək maksimum dərəcədə sağ tərəfə çəkib toqquşmadan yayınmaq istəmiş, lakin avtomobilinin ön sol hissəsi qarşıda olan “Mercedes Benz C 180 minik” markalı avtomobilin arxa sağ hissəsinə dəymiş, zərbənin təsirindən “Mercedes Benz C 180 minik” markalı avtomobil fırlanaraq yolun kənarında durmuş, özünün idarə etdiyi avtomobil isə yolun sağ ehtiyat hissəsinə çıxaraq durmuşdur. Toqquşmanın təsirindən avtomobilində olan qoruyucu hava yastıqları açılmış və sağ qolu sükana dəymiş, toqquşmadan dərhal sonra müayinə olunmaq üçün İsmayıllı RMX-na daha sonra isə Göyçay RMX-na getmişdir.Hadisənin qarşısını almaq üçün avtomobilinin tormozundan istifadə edərək avtomobilini maksimum dərəcədə sağ tərəfə çəkib toqquşmadan yayınmaq istəmiş, lakin məsafə az olduğundan avtomobilinin ön sol hissəsi qarşıda olan “Mercedes Benz C 180 minik” markalı avtomobilin arxa sağ hissəsinə dəymişdir. Hadisə baş verən zaman ayıq olmuş, avtomobili hadisədən əvvəl texniki cəhətdən saz vəziyyətdə olmuş, heç bir nasazlığı olmamışdır. Hazırda Şəxsla qarşılıqlı olaraq barışmışlar. Şəxs idarə etdiyi “Mercedes Benz C 180 minik” markalı avtomobilin sığortası olsa da sığorta şirkəti tərəfindən avtomobilinə dəymiş ziyan ödənilməmişdir. Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur və Şəxs barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş, 16.04.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməklə sürücü Şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışdıqlarına görə və sürücü Şəxs əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş, 17.03.2021-ci il tarixli, 81 saylı Azərbaycan Respublikası Səhiyyə nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X2 tərəfindən verilmiş, ekspert rəyindən görünür ki, 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar olunmuş xəsarət-sol mil sümüyün kortikal qat hüdudunda natamam aralanma küt əşya (alət) təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən, 16.03.2021-ci il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, zərərçəkmiş şəxslərlə barışmasını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbət tutaraq, qərara a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs ona tətbiq edilmiş inzibati cəriməni dərhal və ya bu qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunmuş cərimənin məbləğinin 10 faizi miqdarından azad edilsin. Təyin edilmiş inzibati cərimə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin 1 saylı Xəzinədarlıq İdarəsində olan hesabına köçürülsün. Qərardan alındığı və ya təqdim olunduğu gündən 10 (on) gün müddətində Şəki Аpelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-158/2021
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-158/2021
03.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver