Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 3(037)-159/2021 26.04.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin sədri Şirinov Rəfayel Səməd oğlu, Şəxs barəsində İsmayıllı rayon Prokurorluğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala xx xxxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə olan inzibati material baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Hesab edirəm ki, aşağıda qeyd etdiyim əsaslara görə icraatımda olan hazırki inzibati materiala mənim tərəfimdən baxıla bilməz və özüm-özümə etiraz etməklə həmin etiraz inzibati materialla birlikdə müzakirə edilməsi üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, hazırki inzibati iş üzrə inzibati xəta hadisəsi xx xxxx 2021-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında və həmin binanın ətrafında baş vermişdir. Məhkəmə prosesi zamanı və məhkəmə prosesindən sonra iş üzrə tələbkar Şəxs məhkəmə binasında ictimai və məhkəmənin daxili təhlükəsizlik qaydalarını kobud surətdə pozaraq ucadan səs-küy salmış, məhkəmənin, məhkəmə işçilərinin və icra məmurunun ünvanına nalayiq ifadələr işlətmiş, icra məmuru Rahim Mustafayevin üzərinə hücum çəkərək onu vurmağa cəhd etmiş və məhkəmənin iş fəaliyyətini pozmuşdur. İsmayıllı Rayon Məhkəməsinin əməkdaşlarının əksəriyyəti baş vermiş inzibati xəta hadisəsinin bilavasitə şahidi olmuşlar və hazırki inzibati xəta hadisəsi prokurorluqda araşdırılan zaman şahid qismində dindirilmişlər. Həmçinin Şəxs xx xxxxxx 2018-ci il tarixdə də İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında eyni əməlləri törətdiyi üçün İsmayıllı rayon Prokurorluğu tərəfindən onun barəsində eyni maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin iş üzrə xx xxxxxxx 2018-ci il tarixli qərardadla özüm-özümə etdiyim etiraz müzakirə edilməsi üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmiş və təmin edilərək inzibati iş baxılması üçün başqa məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakim işin onun tərəfindən baxılmasını istisna edən halların olub-olmadığını araşdırmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılması icraatına verilmiş hakim şəxsən düzünə və ya dolayısı ilə işin həllində maraqlıdırsa bu işə baxa bilməz. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən bu Məcəllənin 107-ci madddəsində nəzərdə tutulan hallardan biri olduqda hakim, vəzifəli şəxs özüözünə etiraz etməlidir. Özü-özünə etiraz etmə barədə ərizə müvafiq məhkəmənin sədrinə, yuxarı vəzifəli şəxsə verilir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə olan hazırki inzibati xəta haqqında işə mənim tərəfimdən İsmayıllı Rayon Məhkəməsində baxılmasını istisna edən əsaslar mövcuddur və iş üzrə qəbul ediləcək qərarın şübhə altına alınmaması ücün özüm-özümə etiraz edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 107, 108-ci maddələrini rəhbər tutaraq qərara a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə özüm-özümə etdiyim etiraz inzibati materialla birlikdə müzakirə edilməsi üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-159/2021
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №3(037)-159/2021
26.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver