Məhkəmə qərarları › İş №3(037)-16/2021

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-16/2021

01.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-16/2021 01.02.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1996-cı ildə İsmayıllı rayonu Sumağallı kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə daxil olan inzibati xəta haqqında materiala xx xxxxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 23:00 radələrində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs mülkiyyətində olan tövləni yandırmaqla ona 3080 (üç min səksən) manat dəyərində maddi ziyan vurması faktı üzrə İsmayıllı rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Vüqar Qarayevin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və qərarın surəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin İctimai Təhlükəsizlik Bölməsinə verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, İsmayıllı rayonu Sumağallı kəndində yaşayır. xx xxxxxxx 2021-ci il tarixdə həmkəndlisi Şamil Babayevlə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Şamil onu vurmuşdur. Bundan bərk əsəbləşərək Şamilin atası Zərərçəkmiş şəxs məxsus tövləni yandırmışdır. Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı tam şəkildə ödəmişdir. Zərərçəkmiş şəxs ondan tələb və şikayəti yoxdur və onunla barışmışdır. Hazırda əməlindən peşmandır və bir daha belə hallara yol verməyəcəyinə söz verir. Barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, xx xxxxxxx 2021-ci il tarixdə saat 23:00 radələrində oğlu Şamillə həmkəndlisi İrşad dalaşmışdır. Bir neçə dəqiqə sonra İrşad yaşadıqları evin həyətində olan tövləni yandırmışdır. Həmin vaxt tövlədə olan mal qaranı çıxarmışdır. Yanğın hadisəsi nəticəsində tövlənin bir hissəsi və tövlənin dam hissəsinə yığdığı hər birinin dəyəri 5 (beş) manat olan 230 (iki yüz otuz) ədəd ot presi yanmış və ona ümumilikdə 3080 (üç min səksən) manat maddi ziyan dəymişdir. Ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş və Şəxs ilə barışmışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə icraata xitam verilməsini xahiş edir. “xxxx” ASC-nin xx xxxxxx 2021-ci il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs məxsus tövlənin dam örtüklərinin və taxta tikinti materiallarının yanması nəticəsində ona ümumilikdə 3080 (üç min səksən) manat dəyərində maddi ziyan dəyməsi qeyd edilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Vüqar Qarayevin xx.xx.2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü qərarın surəti İsmayıllı rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə verilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 23:00 radələrində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs mülkiyyətində olan tövləni yandırmaqla sonuncuya 3080 (üç min səksən) manat dəyərində maddi ziyan vurmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs vurulmuş ziyanı Zərərçəkmiş şəxs tamamilə ödəmiş və onunla barışmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir xitam verilir. İnzibati xətanı törətmiş şəxs Şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmişlə barışdığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinin tələbinə görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2, 105, 110-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərər çəkmiş şəxslə barışdığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar