Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-16/2022 18.01.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1977-ci il tarixdə İsmayıllı rayonu Kürdmaşı kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 18 yanvar 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 21 dekabr 2022-ci il tarixdə saat 23:00 radələrində İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən çay evində pulla qumar oynaması faktı üzrə barəsində İsmayıllı rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilməklə aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən İsmayıllı rayon Polis Şöbəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, 21 dekabr 2022-ci il tarixdə yaşadığı kəndin ərazisində yerləşən Arzu adlı şəxsin işlətdiyi çayxanada həmkəndliləri ilə birlikdə bir qədər pivə içmişdir. Həmin vaxt orada Nicat, Fəda, Sadiq və digər şəxslərdə olmuşdur. Pivə içərkən Sadiqlə qumar oynamaq qərarına gəlmişlər. Yeni oynamağa başlayarkən polis əməkdaşları içəri daxil olmuş və masanın üzərində oyun kartı və pul əskinasları olduğunu görmüşlər. Polis əməkdaşları orada olan şəxslərin çölə çıxmalarına icazə verməmişlər. Bir qədər sonra əməkdaşlar oyun kartını və pul əskinaslarını götürərək Sadiqi, Fədanı, Nicatı və onu rayon polis şöbəsinə aparmışlar. Həmin vaxt Sadiqlə birlikdə qumar oynadığını etiraf edir. Hazırda əməlindən peşmandır və qanunda nəzərdə tutulmuş daha yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş edir. 05 yanvar 2022-ci il tarixli, MN ******* inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 21 dekabr 2021-ci il tarixdə İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən çay evində qumar oynamış və stolun üzərindən 36 (otuz altı) ədəd kart və 23 (iyirmi üç) manat götürülmüşdür. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 21 dekabr 2022-ci il tarixdə saat 23:00 radələrində İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən çay evində tanışı Sadiq Quliyevlə pulla qumar oynamışdır. Şəxs Azərbaycan Respublikası İXM-in 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir, onun qumar oynaması özünün etirafedici izahatı, həmçinin İXH-da protokola əlavə edilmiş hadisənin görüntülərini əks etdirən video görüntüyə baxış keçirilərkən və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapır. 01 yanvar 2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası İXM-in 525-ci maddəsinə əsasən, qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görəoyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak müsadirə edilməklə dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək və iş materiallarını nəzərdən keçirərək qərar gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq barəsində 01 yanvar 2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsini, cərimənin 400 (dörd yüz) manat miqdarında müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut, oyun ləvazimatı olan qumara qoyulmuş 23 (iyirmi üç) manat pul əskinazları və oyun ləvazimatı olan 36 (otuz altı) ədəd kart İsmayıllı Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 3(037)-15/2022 saylı qərarı ilə müsadirə edilməsi nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 26, 32, 43, 106, 115-117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat miqdarında inzibati cərimə edilsin. İş üzrə maddi sübut, oyun ləvazimatı olan qumara qoyulmuş 23 (iyirmi üç) manat pul əskinazları və oyun ləvazimatı olan 36 (otuz altı) ədəd kart İsmayıllı Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 3(037)-15/2022 saylı qərarı ilə müsadirə edilməsi nəzərə alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-16/2022
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-16/2022
18.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver