Məhkəmə qərarları › İş №3(037)-160/2021

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-160/2021

27.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-160/2021 27.04.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X11 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 və müdafiəçisi Vəkil iştirakı ilə xx xxxxxx 1957-ci il tarixdə Oğuz rayonu Astarxanovka kəndində anadan olmuş, İsmayıllı rayonu İvanovka kəndində yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx X8 barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala xx xxxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində, İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X8 xx xxxxx 2021-ci il tarixdə saat 14:00 radələrində İsmayıllı rayonu İvanovka kəndində “”Pereulok kolxoznıy” küçəsində “Nikitin” adına kolxozun qarşısında Şahid1 ünvanına ucadan nalayiq ifadələr işlətməsi və sonuncunu ölümlə hədələməsi faktı üzrə təhqiqatçı Vüqar Qarayevin xx xxxxx 2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Boris Yadigin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati tədbir görülməsi üçün şöbənin İTB-nə verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi tərəfindən X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx xxxxx 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Boris Yadigin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X11 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X4 izahatında göstərdi ki, Boris Yadiginin xx xxxxx 2021-ci il tarixdə “Nikitin” adına kolxozun qarşısında Şahid1 ünvanına ucadan nalayiq söyüşlər söyməsi və onu ölümlə hədələməsi faktı üzrə araşdırma aparılmış və əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Boris Yadigin barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati qaydada təbir görülməsi qərara alınmışdır. Onun tərəfindən Boris Yadigin barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X8 bildirdi ki, İsmayıllı rayonu İvanovka kəndində yaşayır. Bir neçə vaxtdır ki, İvanovka kənd “Nikitin” adına kolxozun ərazisində “karamel” fabriki inşa olunur. O digər kənd sakinləri ilə birlikdə həmin tikintinin aparılmasına narazılıq etmişdir. xx xxxxx 2021ci il tarixdə saat 14 radələrində kolxoza getmiş və kolxozun həyətinə daxil olmuşdur. Bu zaman orada gözətçi işləyən Kamal adlı şəxslə rastlaşmış və Kamala tikinti işləri aparılmasına görə öz etirazını bildirmişdir. Kamalla söhbət zamanı tikinti işləri aparan Azərin ünvanına ucadan nalayiq ifadələr işlətmişdir. Bir qədər sonra həmin əraziyə polis əməkdaşları gəlmişdir. Polis əməkdaşları ondan nə baş verdiyini soruşduqda o, əsəbi olduğundan nalayiq ifadələr işlətdiyini bildirmişdir. Bundan sonra oradan uzaqlaşaraq çıxıb getmişdir. O, özünü qismən təqsirli sayır. Belə ki. kolxoz artıq dağılıb, kənd sakinləri və həmçinin o işsiz qalmışdır. Bütün bunlara görə həmin vaxt bərk əsəbləşmiş və nalayiq ifadələr işlətmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 izahat verərək göstərdi ki, o, İvanovka kənd “Nikitin” adına kolxozda gözətçi işləyir. Azər adlı şəxs “Nikitin” adına kolxozun yaxınlığında “karamel” fabrikinin inşasına rəhbərlik edir. xx xxxxx 2021-ci il tarixdə Boris Yadigin onun yanına əsəbi halda yaxınlaşaraq həmin ərazidən polis avtomobillərinin keçib-keçmədiyini soruşmuş və o, cavabında polis avtomobillərini görmədiyini bildirmişdir. Bundan sonra Boris içəri daxil olmaq istədikdə onun içəri daxil olmasına icazə verməmişdir. Bu zaman Boris onun qardaşı oğlu Raufun ünvanına ucadan nalayiq ifadələr işlətmişdir. O, Borisi sakitləşdirnək istəsə də Boris ona məhəl qoymamış və nalayiq ifadələrini işlətməkdə davam etmişdir. O, yenidən Borisin oradan uzaqlaşaraq çıxıb getməsini tələb etdikdə Boris tikinti işləri aparan Azərin, Bərdə sakinlərinin ünvanına nalayiq ifadələr işlətmiş, həmin ərazidə olan hasarı dağıdacağını və Azəri öldürəcəyi ilə hədələmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 izahat verərək göstərdi ki, Boris Yadigini bir neçə aydır ki tanıyır. Yadigin əvvəllərdə bir neçə dəfə tikinti sahəsinə gələrək onun ünvanına nalayiq ifadələr işlətmişdir. xx xxxxx 2021-ci il tarixdə saat 14 radələrində tikinti sahəsində olarkən özünün və Bərdə sakinlərinin ünvanına nalayiq söyüşlər söyüldüyünü eşitmişdir. O, çölə çıxmış və kolxozda gözətçi işləyən Kamal adlı şəxsdən nalayiq ifadələr işlədənin kim olduğunu soruşmuşdur. Kamal həmin şəxsin Boris olduğunu bildirmişdir. Həmin vaxt Borisin avtomobili ilə getdiyini görmüşdür. İş üzrə şahid qismində dindirilmiş Şahid2 izahat verərək göstərdi ki, inşa olunan “karamel” fabrikində qaynaqçı işləyir. xx xxxxx 2021-ci il tarixdə saat 14 radələrində həmin sahədə tikinti işləri ilə məşğul olduğu zaman hasarın çöl tərəfindən bir nəfər şəxsin ucadan Azərin və Bərdə sakinlərinin ünvanına nalayiq ifadələr işlətdiyini və Azəri ölümlə hədələməsini eşitmişdir. Həmin vaxt nalayiq ifadələr işlədən şəxsi görməmişdir, lakin sonradan həmin şəxsin Boris olmasını bilmişdir. İsmayıllı rayon X10 Qrupunun təhqiqatçısı Vüqar Qarayevin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, X6 əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi üzrə inzibati tədbir görülməsindən ötrü şöbənin X3 göndərilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, X8 xx xxxxx 2021-ci il tarixdə saat 14:00 radələrində İsmayıllı rayonu İvanovka kəndində “”Pereulok kolxoznıy” küçəsində “Nikitin” adına kolxozun qarşısında ucadan nalayiq söyüşlər söyərək ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri törətmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını, şahid ifadələrini və vəkilin fikrini dinləyərək hesab edir ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə X8 barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. X8 tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə X8 tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gələrək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 10 (on) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – xx xxxxx 2021-ci il tarixdə saat 17:10-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - xx xxxxx 2021-ci il tarixdən saat 17:10-dan hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar