Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-162/2021 16.05.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1964-cü il tarixdə İsmayıllı rayonu, Qalınçaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, İsmayıllı rayonu, Qalınçaq kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İsmayıllı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şəxs barəsində 27.04.2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir ona görə ki, 27.04.2021-ci il tarixdə yaşadığı İsmayıllı rayonu, Qalınçaq kəndində yerləşən evində saxladığı 1 ədəd “TOZ-63” markalı, 12 çaplı, qoşa lüləli, qundaq nömrəsi 66538 və lülə nömrəsi 152220 olan yivsiz lüləli odlu ov silahını müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan saxlaması müəyyən edilmişdir. Bu hərəkətləri ilə о, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahat verərək bildirdi ki, İsmayıllı rayonu, Qalınçaq kəndində yaşayır. 27.04.2021-ci il tarixdə yaşadığı evdən çıxaraq iş yerinə gedərkən İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşı əlində silah olduğunu görərək ona yaxınlaşmış və ondan silaha dair hər hansı sənədinin olub-olmadığını soruşmuşdur. O, polis əməkdaşına istifadəsində olan yivsiz lüləli ov silahına dair Daxili İşlər İdarəsi tərəfindən verilmiş 19.10.2003-cü il tarixədək etibarlı olan 53 nömrəli icazə sənədinin olduğunu bildirmişdir. Polis əməkdaşı müvafiq araşdırma aparmaq üçün onu polis şöbəsinə dəvət etmişdir. İsmayıllı rayon Polis Şöbəsində aparılmış araşdırma zamanı onda olan yivsiz lüləli ov silahına dair İsmayıllı rayon Polis şöbəsində onun adına şəxsi işin olmadığı, eyni zamanda həmin silahın Daxili işlər Nazirliyinin müvafiq bazasında qeydiyyatda olmadığı müəyyən edilmişdir. Həmin silah Polis əməkdaşları tərəfindən götürülmüşdür. Hazırda maddi vəziyyəti yaxşı deyildir. Odur ki, izahatında qeyd edilənlər nəzərə alınmaqla cərimə növündə cəza təyin edilməsindən azad edilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İsmayıllı Rayon Polis Şöbəsinin nümayəndəsi polis leytenantı X2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokolu tərtib etmiş İsmayıllı Rayon Polis Şöbəsinin nümayəndəsi polis leytenantı X1 iştirakı olmadan baxılmasını qərara almışdır. Şəxs törətmiş olduğu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta, tərtib edilmiş protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini məsuliyyətini yüngülləşdirən hal hesab edir. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 1 ədəd “TOZ-63” markalı, 12 çaplı, qoşa lüləli, qundaq nömrəsi 66538 və lülə nömrəsi 152220 olan yivsiz lüləli odlu ov silahı müsadirə edilərək, cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 1 ədəd “TOZ-63” markalı, 12 çaplı, qoşa lüləli, qundaq nömrəsi 66538 və lülə nömrəsi 152220 olan yivsiz lüləli odlu ov silahı müsadirə edilməklə, 80 (səksən) manat məbləğində inzibati cərimə edilsin. 1 ədəd “TOZ-63” markalı, 12 çaplı, qoşa lüləli, qundaq nömrəsi 66538 və lülə nömrəsi 152220 olan yivsiz lüləli odlu ov silahı müsadirə edilərək Azərbaycan Respublikası DİN-nin X3 Baş İdarəsinin anbarına təhvil verilsin. Qərarın cəriməyə aid hissəsi İsmayıllı rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan onun alındığı və ya təqdim olunduğu gündən 10(оn) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-162/2021
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-162/2021
16.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver