Məhkəmə qərarları › İş №3(037)-163/2021

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №3(037)-163/2021

28.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 3(037)-163/2021 28.04.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu, Azərbaycan Respublikası Qida X2 Regional Bölməsinin xx xxxx 2021-ci il tarixli MN ******* nömrəli qərarından X4 şikayətini və ona əlavə edilmiş sənədləri İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında araşdıraraq, müəyyən e t d i m: X7 Azərbaycan Respublikası Qida X2 Regional Bölməsinin xx xxxx 2021-ci il tarixli MN ******* nömrəli qərarından məhkəməyə şikayət verərək həmin qərarın ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sözügedən qərardan X4 şikayəti xx xxxxx 2021-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmişdir. Şikayət ərizəsindən görünür ki, X1 şəhəri Cavanşir küçəsində “Şahdağ (Bazar)” ərazisində yerləşən kafedə çalışır. xx xxxxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası Qida X2 Regional Bölməsinin əməkdaşları Elxan Kərimlinin işlədiyi kafeyə daxil olaraq baxış keçirmişlər. Azərbaycan Respublikası Qida X2 Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli qərarla epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin pozulması halları aşkarlandığına görə X7 İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb toplanmaması məsələlərini həll edir. İş materiallarından görünür ki, X7 barəsində Azərbaycan Respublikası Qida X2 Regional Bölməsi tərəfindən qəbul edilmiş xx xxxx 2021-ci il tarixli MN ******* nömrəli qərar icra olunması üçün inzibati xəta törətmiş X6 göndərilmişdir. Elxan Kərimli Azərbaycan Respublikası Qida X2 Regional Bölməsi tərəfindən qəbul edilmiş xx xxxx 2021-ci il tarixli MN ******* nömrəli qərarın surətini xx xxxx 2021-ci il tarixdə qəbul etmiş, bu hal şikayətçinin özü tərəfindən şikayət ərizəsində qeyd edilmişdir. Elxan Kərimli xx xxxx 2021ci il tarixli MN ******* nömrəli qərardan qanunla müəyyən edilmiş müddət keçdikdən 20 (iyirmi) gün sonra, yəni xx xxxxx 2021-ci il tarixdə şikayət vermiş, şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətlə müraciət etməmişdir. Məhkəmə daxil olmuş şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirib hesab edir ki, şikayətə baxılması mümkün deyil və ona görə də geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə, kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 129-cu maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydasını müəyyən edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxx 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün deyil, ona görə də X4 şikayəti geri qaytarılmalıdır. Qərardadın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən inzibati xətanın törədildiyi və yaxud vəsatətinə əsasən yaşadığı yer üzrə məhkəməyə müraciət etmək hüququnun olması şikayət vermiş X6 izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddəsini rəhbər tutaraq qərara a l d ı m: X4 Azərbaycan Respublikası Qida X2 Regional Bölməsinin xx xxxx 2021-ci il tarixli MN ******* nömrəli qərardan verdiyi şikayəti geri qaytarılsın. Qərardadın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən inzibati xətanın törədildiyi və yaxud vəsatətinə əsasən yaşadığı yer üzrə məhkəməyə müraciət etmək hüququnun olması şikayətçi X6 izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar