Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-164/2025 15.05.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “X1” X5 Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3- cü maddələri ilə 21 aprel 2025ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə İsmayıllı Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, İsmayıllı şəhəri, M.F.Axundov küçəsinin şimalı ünvanında xx.xx.2025-ci il tarixdə saat 13:10-da Şəxs MMC tərəfindən aptek təşkilatlarına dair tələblərin pozulması və reseptlə buraxılan ”Movalis” dərman vasitəsinin reseptsiz satışı faktı aşkar edilmişdir. Nəticədə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə iştirakı olmadan baxılmasını və cərimə sanksiyasının minimum həddinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “X1” X6 nümayəndəsi hüquq şöbəsinin baş hüquq məsləhətçisi Nümayəndə bildirdi ki, İsmayıllı şəhəri, M.F.Axundov küçəsinin şimalı ünvanında xx.xx.2025-ci il tarixdə saat 13:10-da Şəxs MMC-yə məxsus aptekdə planlı yoxlama keçirilmiş və yoxlama zamanı aptek təşkilatlarına dair tələblərin pozulması və resept buraxılan dərmanların reseptsiz satışın aparılması aşkar edilmişdir. Hüquqi şəxsin etirazına münasibət bildirərək qeyd edir ki, həkim tərəfindən yazılan sənəd resept deyil, adından da göründüyü kimi tövsiyyə xarakterli sənəddir. 2023-cü ilin iyun ayında “X2” Qanunda dəyişiklik edilmiş və reseptlərin yalnız elektron resept vasitəsi ilə çıxarılması qərara alınmışdır. Aptek təşkilatlarına dair tələblərin pozulması faktı ilə bağlı onu bildirmək istəyir ki, “sulfaçil” dərmanının saxlama şəraiti 2-8 dərəcədə olduğu halda, həmin dərman əməkdaşlar tərəfindən vitrində aşkar edilmişdir. Qeyd olunanlara əsasən protokola baxılaraq hüquqi şəxsin inzibati qaydada tənbeh edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 21 aprel 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, İsmayıllı şəhəri, M.F.Axundov küçəsinin şimalı ünvanında xx.xx.2025-ci il tarixdə saat 13:10-da Şəxs MMC tərəfindən aptek təşkilatlarına dair tələblərin pozulması və reseptlə buraxılan ”Movalis” dərman vasitəsinin reseptsiz satışı faktı aşkar edilmişdir. Nəticədə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 X6in pərakəndə satış əczaçılıq müəssisələrinin plan üzrə 21 aprel 2025-ci il tarixli Ə-84 nömrəli yoxlama aktından görünür ki, yoxlama aparılan zaman Şəxs MMC-yə məxsus aptekdə aptek təşkilatlarına dair tələblərin pozulması və reseptlə buraxılan ”Movalis” dərman vasitəsinin reseptsiz satışı faktları aşkar edilmişdir. İş materillarına əlavə olunmuş foto şəkillərdə protokolda göstərilən digər xüsusatlar öz əksini tapır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli 3-28-1/3-2-337/2025 saylı Qərardan görünür ki, Şəxs MMC-yə məxsus İsmayıllı şəhəri, M.F.Axundov küçəsinin şimal ünvanında yerləşən aptekdə xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə plan üzrə (növbəti) yoxlamanın keçirilməsi qərara alınmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 14 aprel 2025-ci il tarixli KY252299201 seriyalı çıxarışdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 tərəfindən plan üzrə (növbəti) yoxlamanın keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli Qərar əsasında Şəxs MMC-yə məxsus İsmayıllı şəhəri, M.F.Axundov küçəsinin şimal ünvanında yerləşən aptekdə aparılacaq yoxlama barədə məlumat vahid məlumat reyestrinə daxil edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 X6in xx.xx.2025-ci il tarixli 3-28-1/2- 10176/2025 saylı məktubundan görünür ki, İsmayıllı şəhəri, M.F.Axundov küçəsinin şimal ünvanında yerləşən aptekdə keçiriləcək yoxlama barədə Şəxs MMC-yə məlumat verilmişdir. Şəxs MMC-nin nümayəndəsi X3 tərəfindən xx.xx.2025-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsilə göndərilən ərizədən görünür ki, işə iştirakları olmadan baxılmasını və AR İXM-nin 452.3-cü maddəsi üzrə cərimə sanksiyasının minimum həddinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəxs MMC-nin nümayəndəsi X3 tərəfindən xx.xx.2025-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsilə göndərilən etirazdan görünür ki, AR İXM-nin 452.1-ci maddəsi ilə olan əməlin Şəxs MMC tərəfindən törədilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 452.1-ci maddəsinə əsasən apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir. 452.3-cü maddəsinə əsasən aptek təşkilatlarına dair tələblərin pozulmasına görəvəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.5-ci bəndinə görə plan üzrə (növbəti) yoxlama - risk qiymətləndirilməsi sisteminə və yoxlamaların aparılmasının bu Qanunla müəyyənləşdirilmiş dövriliyinə uyğun olaraq əvvəlcədən tərtib olunan yoxlama planı əsasında aparılan yoxlamadır. 3.1-ci bəndinə görə yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2-ci bəndinə görə bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 14.1-ci bəndinə görə yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır. 15.1-ci bəndinə görə plan üzrə (növbəti) yoxlama yoxlayıcı orqanın tərtib etdiyi və vahid məlumat reyestrinə daxil edilmiş illik plan əsasında və həmin planda göstərilən tarixlərdə aparılır. İllik yoxlama planı risk qiymətləndirilməsi sisteminə və hər risk qrupu üçün ayrıca müəyyən edilən yoxlama dövriliyinə uyğun olaraq hazırlanır. 17.1-ci bəndinə görə yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır. 17.2-ci bəndinə görə yoxlamanın aparılması haqqında qərarda aşağıdakılar göstərilir: 17.2.1. qərarın nömrəsi və tarixi; 17.2.2. yoxlayıcı orqanın adı (birgə yoxlama aparılan zaman digər yoxlayıcı orqanların da adları göstərilməlidir); 17.2.3. yoxlanılacaq sahibkarın adı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; 17.2.4. yoxlama sahibkarın təsərrüfat obyektində (obyektlərində) aparıldıqda onun (onların) ünvanı; 17.2.5. yoxlamanın növü; 17.2.6. sonuncu yoxlamanın növü və başa çatma tarixi; 17.2.7. yoxlamanın müddəti (başlama və başa çatma tarixləri göstərilməklə); 17.2.8. yoxlayıcının (yoxlayıcıların) soyadı, adı, atasının adı və vəzifəsi; 17.2.9. plandankənar (növbədənkənar) yoxlama zamanı bu Qanunun 16.1-ci maddəsində göstərilmiş müvafiq hala istinad və yoxlama suallarının siyahısından yoxlanılacaq sualların nömrələri. 17.3-cü bəndinə görə yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 11 yanvar 2018-ci il tarixli 01 nömrəli qərarı ilə təsdiq edilmiş “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları”nın 3.2-ci maddəsinə əsasən əsas tələblər aşağıdakılardır: 3.2.1. hər bir şəxsə uyğun olaraq fərdi əczaçılıq xidmətinin göstərilməsi; 3.2.2. orta və ali təhsilli əczaçıların olması; 3.2.3. etik davranış qaydalarına riayət olunması; 3.2.4. şəxsi heyətin bilik səviyyəsinin yüksəldilməsi üçün dövrü tədris proqramlarının hazırlanması; 3.2.5. müvafiq sənədləşmənin aparılması. Həmin Qərarın 4.2-ci maddəsinə əsasən aptekin yerləşdirilmə normativləri aşağıdakılardır: 4.2.1. aptek ayrıca binada və yахud hər hansı binanın qeyri-yaşayış sahəsində (zirzəmi və yarımzirzəmi istisna olmaqla) yerləşdirilir. Aptek özəl müalicəprofilaktika müəssisəsində və ya digər təyinatlı bina strukturunda yerləşdikdə onun ayrıca giriş qapısı olmalıdır. 4.2.2. aptek aşağıdakı şöbə və otaqlara malik olmalıdır: 4.2.2.1. inzibati-məişət sahəsi (dərman vasitələrinin xüsusi saxlanma rejimini təmin edən, ventilyasiya sistemi ilə təchiz olunmuş anbar otağı, müdir otağı, işçi heyət üçün ayrılmış otaq, sanitar normalara uyğun təşkil olunmuş sanitariya qovşağı və s.); 4.2.2.2. material otaqları (ən azı iki; sarğı materiallarının, psixotrop maddələrin, dərman substansiyalarının saxlanılması üçün otaqlar); 4.2.2.3. satış şöbəsi (əhaliyə xidmət sahəsi – satış zalı): a) reseptura şöbəsi (resept əsasında buraxılan dərman vasitələrinin satışı); b) əl-satışı şöbəsi (reseptsiz buraxılan dərman vasitələrinin və tibbi məmulatların, sarğı materiallarının və s. satışı). - assistent otağı (dərmanların hazırlanması üçün); - distillə otağı (distillə suyunun və/və ya apirogen suyun alınması üçün); - yuma otağı (aptek qablarının yuyulması üçün); - qablaşdırma və köməkçi otağı; - sterilizasiya (avtoklav) otağı; - aseptik blok. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs MMC-yə məxsus İsmayıllı şəhəri, M.F.Axundov küçəsinin şimal ünvanında fəaliyyət göstərən aptekdə xx.xx.2025-ci il tarixində plan üzrə yoxlama aparılan zaman aptek təşkilatlarına dair tələblər pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 Publik Hüquqi Şəxsi tərəfindən 14 aprel 2025-ci il tarixdə keçilmiş yoxlamanın nəticəsində sözügedən aptekdə aptek təşkilatlarına dair tələblərin pozulması və reseptlə buraxılan ”Movalis” dərman vasitəsinin reseptsiz satışı faktları aşkar edilmiş, bununla da, hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 452.1 və 452.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 452.1-ci maddəsinə əsasən apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 452.3-cü maddəsinə əsasən aptek təşkilatlarına dair tələblərin pozulmasına görə-vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3-cü maddələri ilə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə müəyyən edilmiş İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan 1000 (bir min) manat miqdarında inzibati cərimə tətbiq etməyi məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-164/2025
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-164/2025
15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver