Məhkəmə qərarları › İş №3(037)-165/2021

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-165/2021

29.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-165/2021 29.04.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytinantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili X4, xx xxxx 1960-cı il tarixdə İsmayıllı rayonu Diyallı kəndində anadan olmuş, İsmayıllı rayonu Diyallı kəndində yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Məhkəmənin icraatına xx xxxxx 2021-ci tarixdə İsmayıllı RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X7 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx xxxxx 2021-ci il tarixdə saat 18:00-da Bakı-İsmayıllı avtomagistral yolunun Diyallı kəndindən keçən hissəsində yolun kənarında X5 ilə mübahisə edərək ucadan nalayiq söyüşlər söymüşdür. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan xx xxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Diyallı kəndində yaşamaqla həmin kənddə təsərrüfatla məşğul olur. Tamella adında bir qadın bizim kəndə gələrək orada fındıq bağı salaraq dövləti aldadaraq külli miqdarda pul mənimsəmişdir. Bu barədə bir neçə dəfə bələdiyyə sədrinə öz iradını bildirərək, o kəndin sakini ola-ola kənardan gələrək kəndin torpaqlarını zəbt edərək, həmin torpaqlara sahib olduqlarını demişdir. Eyni zamanda bələdiyyə sədrinə kəndin Şəhidlərinin və bir neçə qazilərinin olduğunu bildirirək, 10 sot torpaq sahəsində şəhidlərin xatirəsinə bağ salınmasını təkidlə bildirdikdə, bələdiyyə sədri ona, bu barədə Tamella xanımla danışmaq lazım olduğunu bildirdi. Belə olan halda, o, Tamella adlı qadınla özünə məxsus torpaq sahəsinin yaxınlığında bu barədə danışmaq istədikdə, o, Şəhidləri və onu təhqir etmiş, belə olan halda o qəzəblənərək Tamellanı söymüşdür. Bir neçə gün sonra Tamella onun torpaq sahəsinin qapısını açıq qoyaraq iri buynuzlu heyvanların ora daxil olmasına şərait yaratmış, bu barədə ona etiraz etdikdə isə onu söymüş, o da cavabında Tamellanı söymüşdür. xx xxxxx 2021-ci il tarixdə o özünə məxsus əkin sahəsində olarkən, yol kənarında Rövşən Yəhyayev və bələdiyyə sədri Cahangir Surxayevi görərək onlara yaxınlaşmış, haləhval tutduqdan sonra onlara tütün əkmək üçün torpaq sahəsi lazım olduğunu dedikdə, o, Diyallı kəndində torpaq qalmadığını, hamısını Tamellanın zəbt etdiyini bildirdikdə, Tamella ona söyərək təhqir etmiş, o da cavabında Tamellanı söymüşdür. Əməlindən peşman deyildir, çünki Tamellanın elədiklərinin yanında onun söyməsi azdır. Ona görə də ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Müdafiəçi İsmayıllı rayon Vəkil Bürosunun vəkili X8, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol əməldə inzibati xəta tərkibi olmadığı əsası ilə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 göstərdi ki, xx xxxxx 2021-ci il tarixdə saat 18:00 radələrində o, Rövşən Yəhyayev və Diyallı bələdiyyəsinin sədri Cahangir ilə birlikdə Bakı-İsmayıllı magistral yolunun Diyallı kəndindən keçən hissəsində yolun kənarında dayanıb torpaqla bağlı söhbət əsnasında İskəndər adlı şəxs onlara yaxınlaşaraq əvvəlcə Cahangirlə salamlaşdıqdan sonra onun tütün əkmək üçün torpaq sahəsi ilə maraqlandığını öyrəndikdən sonra onun ünvanına ucadan nalayiq söyüşlər söyməyə başlamışdır. Həmin vaxt niyə onun ünvanına söyüşlər söyməsini ona irad tutduqda, onun üstünə hücum edərək, “hələ bu harasıdır, gör sənin başına nə oyun açıb, torpaqları əlindən alacağam”,deyərək onu yenidən təhqir edərək,üstünə hücum etmək istədikdə, bələdiyyə sədri Cahangir onu ayıraraq uzaqlaşdırmışdır. Onun barəsində Şəhid və qazilərlə bağlı dedikləri əsassız və yalandır, o bu cür iftira atmaqla özünə haqq qazandırmaq istəyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İsmayıllı rayon Diyallı bələdiyyəsinin sədri X1 göstərdi ki, o Diyallı bələdiyyəsinin sədri əvəzi işləyir. xx xxxxx 2021-ci il tarixdə Rövşən Yəhyayev və Tamella Bağırova ilə birlikdə Bakı-İsmayıllı magistral yolunun Diyallı kəndindən keçən hissəsində yolun kənarında dayanıb torpaqla bağlı söhbət əsnasında həmin kənd sakini Şəxs onlara yaxınlaşaraq əvvəlcə onunla salamlaşdıqdan sonra, o İskəndərə tütün əkmək üçün torpaq sahəsi ilə maraqlandığını bildirmiş, İskəndər isə torpaq sahələrinin hamısının Tamella xanımda olduğunu deyərək narazı şəkildə iradını bildirmiş, bu zaman İskəndərlə Tamella xanım arasında narazılıq yaranaraq, qarşılıqlı sözsöhbətləri olmuşdur. Belə olan halda o İskəndəri sakitləşdirərək oradan uzaqlaşdırmışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək,məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, onun X3 qarşı nalayiq ifadələr işlətməsi özünün etirafedici izahatı, şahid və zərərçəkmişin ifadəsi, həmçinin tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF publik hüquqi şəxsin 14 saylı regional ərazi filialının İsmayıllı rayon qəbul şöbəsi tərəfindən verilmiş, xx.xx.2021-ci il tarixli, **********0 saylı arayışdan görünür ki, İsmayıllı rayonu Diyallı kəndində qeydiyyatda olan Şəxs Nazirlik tabeliyində DSMF publik hüquqi şəxsin 14 saylı regional ərazi filialından heç bir növ əmək pensiyası, təqaüd və sosial müavinət almır. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür.İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanı törətdiyini etiraf etməsini və əməlindən peşman olmamasını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli qərarın elan olunduğu tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 6 (altı) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan xx xxxxx 2021-ci il tarixdə saat 17:15-dən hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar