Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-167/2021 06.05.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx xxxxxx 1983-cü il tarixdə İsmayıllı rayonu Talış kəndində anadan olmuş, həmin kənddə yaşayan Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 06 may 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 26 may 2015-ci il tarixli 2(006)- 3380/2015 saylı qətnaməsinə əsasən Şəxs 27 aprel 2015-ci il tarixdən başlayaraq 16 iyun 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 110 (bir yüz on) manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra iş üzrə icra sənədi icra edilməsi üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Borclu həmin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və tələbkara ödənilməli olan 3700 (üç min yeddi yüz) manat borcu ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 30 aprel 2021-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rahim Mustafayev izahat verərək göstərdi ki, Şəxs icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi barədə bildiriş göndərilmiş, lakin borclu icra sənədini vaxtında və tam icra etməmişdir. Məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən “Elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılmışdır. İcra sənədi İcra Şöbəsinin icraatında olduğu müddət ərzində borclunun əmlak vəziyyətini yoxlamaq üçün müvafiq orqanlara sorğular göndərilmiş, borclunun adına daşınmaz əmlaklar, avtomobil, banklarda əmanəti, qızıl-zinət əşyaları və ya tələbin yönəldilə biləcəyi pul vəsaiti və hər hansı başqa əmlakın olması müəyyən edilməmişdir. Borclu İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə dəvət edilsə də icra məmurunun çağırışlarına da gəlməmişdir. Yaranmış borcu hesablayarkən tələbkar Zərərçəkmiş şəxs ilə əlaqə saxlanılmış və o, aliment borcunun 3700 (üç min yeddi yüz) manat məbləğində olmasını bildirmişdir. Bununla da borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və tələbkar Zərərçəkmiş şəxs ödənilməli olan 3700 (üç min yeddi yüz) manat aliment borcu ödöməkdən qərəzli olaraq yayınmışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Zərəçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, 2019-cu ilin mart ayında Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunarkən, Şövqinin 4950 (dörd min doqquz yüz) manat aliment borcu olmuşdur. Məhkəmə iclasında Şövqi aliment borcundan 700 (yeddi yüz) manat ödəniş etdiyi üçün məhkəmə işin icraatına xitam vermişdir. İcra məmuru hazırki günədək olan aliment borcunu düzgün hesablamamışdır. 2021-ci ilin may ayınadək ötən 25 (iyirmi beş) ay ərzində hər ay 110 (yüz on) manat olmaqla ümumilikdə 2750 (iki min yeddi yüz əlli) manat aliment hesablanmışdır. Şövqi 2019-cu ilin mart ayından sonra müxtəlif vaxtlarda ümumilikdə 1160 (min yüz altmış) manat pul ödəmişdir. Şövqinin hazırda ona 5840 (beş min səkkiz yüz qırx) manat aliment borcu vardır. Şövqi həmin borcdan 300 (üç yüz) manatını ödəmək istəyir. O isə həmin məbləği qəbul etmir və aliment borcunun tam şəkildə ödənilməsini tələb edir. Şəxs aliment borcunu ödəməkdən qərəzli şəkildə boyun qaçırması nəzərə alınmaqla onun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, bir neçə müddətdir ki tətbiq olunmuş karantin rejimi ilə əlaqədar heç yerdə işləyə bilməmişdir. Bu səbəbdən tələbkara aliment borcu yaranmışdır. 2019-cu il tarixdə məhkəmədə barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola baxılarkən borcunun 700 (yeddi yüz) manatdan ibarət hissəsini tələbkara ödəmişdir. Həmin vaxtdan sonra ümumilikdə 1160 (min yüz altmış) manat tələbkara pul ödəmişdir. Hazırda borcundan 300 (üç yüz) manatını tələbkara ödəmək istəyir. Bundan sonra da hər ay maddi imkanı daxilində borcundan ödənişlər edəcəyini öhdəsinə götürür. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İsmayıllı Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli 3(037)-134/2019 saylı qərarında görünür ki, Şəxs 4950 (dörd min doqquz yüz əlli) manat aliment borcundan 700 (yeddi yüz) manatını Zərərçəkmiş şəxs ödədiyi üçün iş üzrə icraata xitam verilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 30 aprel 2021-ci il tarixli arayışında Şəxs icra vərəqəsi üzrə 3700 (üç min yeddi yüz) manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməkdən yayınması qeyd olunmuşdur. Məhkəmə araşdırma zamanı müəyyən edildi ki, icra məmuru tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolda aliment borcunun məbləği düzgün hesablanmamışdır. Belə ki, 04 mart 2019-cu il tarixdə məhkəmədə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala baxılarkən onun həmin tarixə 4950 (dörd min doqquz yüz əlli) manat aliment borcu olması müəyyən edilmişdir. Şəxs iş məhkəmənin icraatında olarkən borcundan 700 (yeddi yüz) manatını Zərərçəkmiş şəxs ödəmiş və Şövqinin 4250 (dörd min iki yüz əlli) manat aliment borcu qalmışdır. 2021-ci ilin may ayınadək ötən 25 (iyirmi beş) ay ərzində hər ay 110 (yüz on) manat olmaqla ümumilikdə 2750 (iki min yeddi yüz əlli) manat aliment hesablanmışdır. Zərərçəkmiş şəxs məhkəmə prosesində həmin borcdan cəmi 1160 (min bir yüz altmış) manat ödənildiyini, Şəxs hazırda ona 5840 (beş min səkkiz yüz qırx) borcunun olduğunu bildirmişdir. Şəxs da izahatında ötən müddət ərzində ümumilikdə Zərərçəkmiş şəxs 1160 (min bir yüz altmış) manat məbləğində ödəniş etdiyini bildirmişdir. Göründüyü kimi Şəxs barəsində inzibati xəta haqında protokol tərtib edilənədək Zərərçəkmiş şəxs 5840 (beş min səkkiz yüz qırx) manat məbləğində aliment borcunun olması müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə və digər sübutlarla müəyyən edildi ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 26 may 2015-ci il tarixli 2(037)- 3380/2015 saylı qətnaməsinə əsasən Şəxs 27 aprel 2015-ci il tarixdən başlayaraq 16 iyun 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 110 (bir yüz on) manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra vərəqəsi icra olunması üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra məmuru tərəfindən icraata başlamaq haqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən “Elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılmışdır. İcra sənədi İcra Şöbəsinin icraatında olduğu müddət ərzində borclunun əmlak vəziyyətini yoxlamaq üçün müvafiq orqanlara sorğular göndərilmiş, borclunun adına daşınmaz əmlaklar, avtomobil, banklarda əmanəti, qızıl-zinət əşyaları və ya tələbin yönəldilə biləcəyi pul vəsaiti və hər hansı başqa əmlakın olması müəyyən edilməmişdir. Zəruri icra tədbirləri həyata keçirilməsinə baxmayaraq hazırda Zərərçəkmiş şəxs ödənilməli olan 5840 (beş min səkkiz yüz qırx) manat aliment borcu ödənilməmiş qalmışdır. Bununla da, Şəxs qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gəlir və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 10 (on) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – 06 may 2021-ci il tarixdə saat 15:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - 06 may 2021-ci il tarixdən saat 15:00-dan hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-167/2021
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-167/2021
06.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver