Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-169/2021 30.04.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – İsmayıllı rayon X3 X5 inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1976-cı il tarixdə İsmayıllı şəhərində anadan olmuş, İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 26-da yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 333.3-cü maddələri ilə daxil olan inzibati xəta haqqında materiala 30 aprel 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 29 aprel 2021-ci il tarixdə saat 22:00 radələrində sərxoş vəziyyətdə idarə etdiyi “Opel Vectra” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri H.Əliyev prospektində hərəkətdə əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydasını pozması və qarşıda eyni istiqamətdə hərəkətdə olan “BMW 316” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxaraq həmin avtomobillə toqquşması, nəticəsində avtomobilin sahibi Zərərçəkmiş şəxs maddi ziyan vurması faktı üzrə barəsində İsmayıllı rayon X3 X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 333.3-cü maddələri ilə 29 aprel 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Mübariz Ağamliyev barəsində inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X3 X5 inspektoru Şükür Sadullayev izahatında göstərdi ki, 29 aprel 2021-ci il tarixdə İsmayıllı şəhəri H.Əliyev prospektində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı ərazidə olmuşdur. Araşdırma zamanı hadisənin törənməsində Şəxs təqsiri olması müəyyən olunmuşdur. Həmin vaxt yoxlama zamanı Şəxs avtomobili sərxoş vəziyyətdə idarə etməsi müəyyən olmuşdur. Bundan sonra onun barəsində müvafiq maddələrlə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş üzrə qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, 29 aprel 2021-ci il tarixdə axşam saatlarında idarə etdiyi “Opel Vectra” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozmuş və qarşıdan gələn “BMW” markalı avtomobilin yoluna çıxmaqla həmin avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində xəsarət alan olmasa da hər iki avtomobilə maddi ziyan dəymişdir. Bir qədər sonra hadisə yerinə yol patrul xidməti əməkdaşları gəlmişdir. Həmin gün bir qədər spirtli içki qəbul etdiyindən yoxlama zamanı onun avtomobili sərxoş vəziyyətdə idarə etməsi müəyyən olmuşdur. Zərərçəkmiş Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı sığorta şirkəti ödəyəcəkdir. Əməlindən peşmandır və bir daha belə hallara yol verməyəcəyinə söz verir. Qeyd etdikləri nəzərə alınmaqla barəsində daha yüngül inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, 29 aprel 2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobilinə maddi ziyan dəymişdir. Avtomobilinə dəymiş maddi ziyanı sığorta şirkəti ödəyəcək. Şəxs qarşı tələb və şikayəti yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. 29 aprel 2021-ci il tarixli 01907 nömrəli şəxsin sərxoşluq vəziyyətinin müəyyən olunması üçün alkotester vasitəsi ilə ölçülmüş müayinənin nəticəsi barədə kağız daşıyıcıdan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 29 aprel 2021-ci il tarixdə saat 22:59-da tibbi müayinədən keçirilərkən onun alkoqol sərxoşluğu vəziyyətində (alkoqolun miqdarı 1,099 %) olduğu müəyyən edilmişdir. 25 avqust 2020-ci il tarixdə verilmiş AF 231228 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs minik avtomobilini idarə etmə hüququ vardır. X2 Servis Mərkəzinin 30 aprel 2021-ci il tarixli arayışında “BMW 316” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 2895 (iki min səkkiz yüz doxsan beş) manat miqdarında maddi zərər dəydiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 5.1-ci bəndinə görə İXM-nin 327.1– 327.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işlərə baxılması məhkəmənin səlahiyyətlərinə aid olmadığından inzibati xəta haqqında protokolun surəti həmin xətalara görə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə hüquqi qiymət verilməsi üçün İsmayıllı rayon X3 X6 göndərilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 29 aprel 2021-ci il tarixdə saat 22:00 radələrində sərxoş vəziyyətdə idarə etdiyi “Opel Vectra” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri H.Əliyev prospektində hərəkətdə əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydasını pozmuş və qarşıda eyni istiqamətdə hərəkətdə olan “BMW 316” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxaraq həmin avtomobillə toqquşmuşdur. Nəticədə “BMW 316” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs maddi ziyan vurulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi inzibati məsuliyyət yaradır. Həmin Məcəllənin 333.3-cü maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin nümayəndəsinin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun səmimi peşimançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə cəzası tətbiq etməyi qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 27, 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında protokolun və qərarın surəti İsmayıllı rayon X3 X6 göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-169/2021
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-169/2021
30.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver