Məhkəmə qərarları › İş №3(037)-17/2021

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-17/2021

27.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-17/2021 27.01.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs oğlunun iştirakı ilə xx xxxxxx 1993-cü il tarixdə İsmayıllı rayonu İstisu kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə daxil olan inzibati xəta haqqında materiala xx xxxxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 21:00 radələrində İsmayıllı rayonu İstisu kəndində qaynanası Zərərçəkmiş şəxs yaşadığı evdə sonuncuya məxsus 82 diaqonallı “Vestel” markalı televizoru sındırmaqla sonuncuya 240-260 manat dəyərində maddi ziyan vurması faktı üzrə İsmayıllı rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Qoşqar Aslanlının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin İctimai Təhlükəsizlik Bölməsinə verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi Rəhim Bədəlov tərəfindən Aydın Əliyev barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232- 1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Rəhim Bədəlov izahatında göstərdi ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə qaynanası Zərərçəkmiş şəxs yaşadığı evdə sonuncuya məxsus 82 diaqonal “Vestel” markalı televizoru sındırmaqla sonuncuya maddi ziyan vurmuşdur. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Vüqar Süleyman izahat verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun qaynanasıdır. Arvadı Fiqurə ilə 2015-ci il tarixdə rəsmi nikah qeydindən keçməklə ailə qurmuş və nikahlarından üç övladları var. xx xxxxxx 2020-ci il tarixdə yaşadıqları evdə istilik olmadığı üçün Fiqurə ilə uşaqlarını bir neçə günlük qaynanası Sevincin evinə aparmışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 21 radələrində uşaqlarını görməyə getmişdir. Həmin gün bir qədər spirtli içki qəbul etdiyindən, Fiqurə onunla mübahisə etmişdir. Mübahisə zamanı bərk əsəbləşmiş və evdə olan televizoru yumruqla vuraraq sındırmışdır. Həmin vaxt evdə qaynanası Sevinc və qaynı arvadı Bahar olmuş və onu sakitləşdirərək evdən çıxarmışlar. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Şəxs onun qızı Fiqurənin əridir. Son vaxtlar Vüqarla Fiqurənin münasibətləri normal olmamışdır. xx xxxxxx 2021-ci il tarixdə Fiqurə yaşadıqları evdə istilik olmadığı üçün bir neçə günlük uşaqları ilə birlikdə onun evinə gəlmişdir. xx xxxxxx 2020-ci il tarixdə Vüqar evə sərxoş vəziyyətdə gələrək Fiqurə ilə mübahisə etmişdir. Vüqar həmin vaxt divarda asılı olan televizoru yumruqla vuraraq sındırmışdır. Vüqar sərxoş vəziyyətdə olduğundan Fiqurə və gəlini Baharla birlikdə onu sakitləşdirərək evdən çıxarmışlar. Həmin televizoru 6-7 ay bundan öncə 420 (dörd yüz iyirmi) manata kreditlə almışdır. Onun Vüqara qarşı tələb və şikayəti yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. “Sim-sim Electronics” mağazasının sahibkarı İlqar Dəmirovun məktubundan görünür ki, 82 diaqonal “Vestel” markalı televizorun orta bazar qiymətlərinə uyğun real pərakəndə satış qiyməti 240-260 manat təşkil etdiyi qeyd edilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Qoşqar Aslanlının xx.xx.2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarı qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi üzrə inzibati tədbir görülməsindən ötrü şöbənin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə olan inzibati xəta haqqında material İsmayıllı rayon Polis Şöbəsinin Təhqiqat Qrupuna göndərilməlidir. Belə ki, İsmayıllı rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı Qoşqar Aslanlı xx xxxxxx 2020-ci il tarixdə toplanmış material üzrə cinayət işi başlanmasını rədd edilməsi barədə qərar qəbul edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin İctimai Təhlükəsizlik Bölməsinə verilmişdir. Təhqiqatçı tərəfindən iş hərtərəfli araşdırılmamış, Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın məbləği konkret olaraq müəyyən edilməmişdir. Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq cinayətinin tərkib əlamətlərinin olub-olmaması araşdırılmamış və fakta hüquqi qiymət verilməmişdir. Həmçinin təhqiqatçı sonuncunun əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətlərinin olub-olmamasını araşdırmamışdır. Baş vermiş hadisədə xuliqanlıq cinayətinin tərkib əlamətləri mövcud olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilərək məhkəməyə göndərilmiş inzibati xəta haqqında materialda cinayət əlamətlərini aşkar edildiyindən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər İsmayıllı rayon Polis Şöbəsinin Təhqiqat Qrupuna göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1ci maddəsi ilə tərtib edilmiş və məhkəməyə göndərilmiş inzibati xəta haqqında material İsmayıllı rayon Polis Şöbəsinin Təhqiqat Qrupuna göndərilsin. Qərarın surəti məlumat üçün İsmayıllı rayon Prokurorluğuna göndərilsin. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar