Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-170/2021 26.05.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə, İsmayıllı rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1, Müdafiəçi İsmayıllı rayon vəkil bürosunun vəkili X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə İsmayıllı rayonu, Topçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, evli, İsmayıllı rayonu, Topçu kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İsmayıllı Rayon İcra və Probasiya şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 03 may 2021-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, İsmayıllı rayon Notariat Ofisinin 81-3881 saylı, 22.10.2020-ci il tarixli icra qeydinə əsasən, Şəxs Zərərçəkmiş şəxs xeyrinə 1740 manat məbləğində pul tutulması qeyd edilmişdir. İcra sənədi şöbənin icraatına 26.10.2020-ci il tarixlərdə daxil olmuş icraata başlamaq haqqında qarar qəbul edilərək icra olunması üçün borcluya və tələbkara göndərilmişdir. Aparılmış icra tədbirləri nəticəsində qeyd olunmuş icra sənədlərinin icrası ilə bağlı dəfələrlə borclu Şəxs şifahi va yazılı xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, borclu icra sənədlərinin icrasından qərəzli şəkildə boyun qaçırtmış, izahatında yuxarda göstərilmiş icra sənədi üzrə borcunu ödədiyini, yalnız ödəməni təsdiqedici sənədinin olmadığını bildirmişdir. İnzibati xəta haqqında protokolda borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərədə tutulan inzibati xətanı törətməsi qeyd edilmişdir. Məhkəmə iclasında İsmayıllı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 protokolda göstərilənlərə uyğun izahat verdi və göstərdi ki, borclu Şəxs qərar və bildirişləri alsa da, icra sənədi üzrə borcu icra etməmiş, icra sənədlərinin icrasından yayınmış, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Borclu Şəxs tərəfindən icra sənədlərinin icrası könüllü olaraq təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə müvafiq orqan və təşkilatlara sorğular edilmiş, lakin borclunun adına hər hansı daşınar və yaxud daşınmaz əmlak, habelə bank hesabları aşkar edilməmişdir. Borclu Şəxs icra qeydinin icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qeyd edilənlərlə borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, barəsində inzibati protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, borcunu ödəmişdir, lakin ödədiyini təsdiq edən sənəd almamışdır. Belə ki, o, tələbkar Zərərçəkmiş şəxs tərəfindən ona borclu olduğu 1740 manat pulu özünün dediyi ********** mobil nömrəsi olan Məsrəddin adlı şəxsə hər ay hissə-hissə olmaqla 2019-cu ilin avqust ayından 2020-ci ilin mart ayına qədər ödəmişdir. Lakin Zərərçəkmiş şəxs etibardan sui-istifadə edərək borcunu ödəməsinə baxmayaraq əsassız varlanmaq istəyir və onun bu məsələyə aydınlıq gətirilməsi üçün icra şöbəsinə dəvət olunması barədə dəfələrlə icra məmuruna bildirsə də, Zərərçəkmiş şəxs icra şöbəsinə gəlməmişdir. Bununla yanaşı icra məmuru onun barəsində əsassız olaraq inzibati xəta haqqında iş üzrə icraat başlayaraq onu məhkəmə məsuliyyətinə vermişdir. O, icra qeydinin icra edilməməli hesah olunmasına dair iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət etmişdir. Buna görə də məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili X5 eyni məzmunlu ifadə verərək, Şəxs barəsində olan inzibati icraata xitam verilməsini xahiş etdi. Göndərilmiş məhkəmə bildirişinə baxmayaraq tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, teleqramma ilə məhkəməyə müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, bu səbəbdən məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və borclu Şəxs barəsində 1700 manat məbləğində pulun ödənilmədiyi təqdirdə inzibati həbs tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında vəkil X6 ********** mobil nömrəsi olan Məsrəddin adlı şəxsə telefon əlaqəsi yaradaraq, sözügedən mübahisə ilə bağlı ona ödəniş edilib-edilməməsi ilə bağlı münasibətini soruşmuş, həmin şəxs, Şirvan şəhərində mağaza işlətdiyini, Rauf həkim onun mağazasına gələrək Şəxs borclu olduğu 1700 manat pulu hissə-hissə ondan götürdüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X7 ifadə verərək göstərdi ki, Şəxs sinif yoldaşı olmaqla, eyni zamanda kəndçisidir. Şəxs onunla birlikdə Zərərçəkmiş şəxs məxsus avtomaşını almaq üçün notariat ofisinə getmiş və notariat ofisində Zərərçəkmiş şəxs özü avtomaşını borc müqaviləsi əsasında rəsmiləşdirmə etməklə Şəxs satmışdır. Zərərçəkmiş şəxs həkim olmaqla savadlı şəxsdir. Zərərçəkmiş şəxs özü notariat hərəkətlərini Şəxs izah edibdir. Şəxs Zərərçəkmiş şəxs aldığı avtomaşına görə borclu olduğu 1700 manat pulu 2019-cu ilin avqust ayından 2020-ci ilin mart ayına qədər iki dəfə 600-600 və bir dəfə 500 manat olmaqla hissə-hissə Zərərçəkmiş şəxs özünün dediyi Məsrəddin adlı şəxsə göndərmiş, Zərərçəkmiş şəxs isə Məsrəddin adlı şəxsdən Şəxs göndərdiyi 1700 manat pulu hissə-hissə götürmüşdür. O, Şəxs Zərərçəkmiş şəxs olan borcunu ödəyib-ödəməməsini soruşmuş və Şəxs ona Zərərçəkmiş şəxs olan borcunu ödədiyini bildirmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara müəyyən olundu: - İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş, 22.10.2020-ci il tarixli icra qeydinin təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanda qeydiyyatda olan Zərərçəkmiş şəxs xeyrinə, İsmayıllı rayonu, Topçu kəndində qeydiyyatda olan Şəxs 1720 manat pul və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 1740 manat məbləğində pulun tutulması qeyd edilmişdir. -İcraata başlama haqqında 26.10.2020-ci il tarixli qərarın surətindən görünür ki, İsmayıllı rayon Notariat Ofisinin 81-3881 saylı, 22.10.2020-ci il tarixli icra qeydi əsasında iş üzrə icraata başlanılmışdır. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi halların mövcud olmadığı barədə nəticəyə gəlir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı borclunun qərəzli olaraq borcunu ödəməkdən yayınmasını təsdiq edən sübut tələbkar və icra məmuru tərəfindən məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki İsmayıllı rayon Notariat Ofisinin 81-3881 saylı, 22.10.2020-ci il tarixli icra qeydi ilə bağlı Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından İsmayıllı rayon Notariat Ofisinin 8İ-3881 saylı, 22.10.2020-ci il tarixli icra sənədi ilə bağlı inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-170/2021
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-170/2021
26.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver