Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-171/2021 17.05.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1986-cı il tarixdə İsmayıllı rayonu, İstisu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, İsmayıllı rayonu, İstisu kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İsmayıllı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şəxs barəsində 03.05.2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir ona görə ki, 01.05.2021-ci il tarixdə yaşadığı İsmayıllı rayonu, İstisu kəndində saxladığı 1 ədəd “İJ” markalı, 16 çaplı, tək lüləli,K 93187 nömrəli yivsiz lüləli ov silahını müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan saxlaması müəyyən edilmişdir. Bu hərəkətləri ilə о, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahat verərək bildirdi ki, İsmayıllı rayonu, İstisu kəndində yaşayır. Qışlaqda çoban işləyir. Qışlağa gedərkən qaynatasına məxsus 1 ədəd “İJ” markalı, 16 çaplı, tək lüləli,K 93187 nömrəli yivsiz lüləli ov silahını özü ilə birlikdə apararkən polis əməkdaşları onu saxlayaraq üzərində daşıdığı ov silahının qeydiyyat sənədinin olub-olmamsını soruşmuşlar. Üzərində daşıdığı 1 ədəd “İJ” markalı, 16 çaplı, tək lüləli,K 93187 nömrəli yivsiz lüləli ov silahı qaynatasına məxsus olmuş və qeydiyat sənədi olmamışdır. Həmin silah Polis əməkdaşları tərəfindən götürülmüşdür. O, çoban işləyir və maddi durumu yaxşı deyildir. Odur ki, qərar qəbul edilərkən izahatında qeyd edilənlər nəzərə alınmaqla cərimə növündə cəza təyin edilməsindən azad edilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İsmayıllı Rayon Polis Şöbəsinin nümayəndəsi polis baş leytenantı X2 məhkəmə iclasına gəlməmişdir.Məhkəmə işə inzibati xəta haqqında protokolu tərtib etmiş İsmayıllı Rayon Polis Şöbəsinin nümayəndəsi polis baş leytenantı X1 iştirakı olmadan baxılmasını qərara almışdır. Şəxs törətmiş olduğu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta, tərtib edilmiş protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini məsuliyyətini yüngülləşdirən hal hesab edir. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 1 ədəd “İJ” markalı, 16 çaplı, tək lüləli,K 93187 nömrəli yivsiz lüləli ov silahı müsadirə edilərək, cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 1 ədəd “İJ” markalı, 16 çaplı, tək lüləli,K 93187 nömrəli yivsiz lüləli ov silahı müsadirə edilməklə, 80 (səksən) manat məbləğində inzibati cərimə edilsin. 1 ədəd “İJ” markalı, 16 çaplı, tək lüləli,K 93187 nömrəli yivsiz lüləli ov silahı müsadirə edilərək Azərbaycan Respublikası DİN-nin X4 Baş İdarəsinin anbarına təhvil verilsin. Qərarın cəriməyə aid hissəsi İsmayıllı rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan onun alındığı və ya təqdim olunduğu gündən 10(оn) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-171/2021
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-171/2021
17.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver