Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-173/2025 08.05.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon Prokurorluğunun nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, vəkili Vəkil, Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxxx 2008-ci il tarixdə İsmayıllı rayonu Xankəndi kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Prokurorluğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olan inzibati xəta haqqında materiala 08 may 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 26 yanvar 2025-ci il tarixdə İsmayıllı rayonu Mücü kəndi ərazisindəki meşədə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə vuraraq sonuncuya qəsdən fiziki ağrı yetirməsi faktı üzrə İsmayıllı rayon prokuroru Tural Yusifovun 08 may 2025-ci il tarixli qərarı inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İsmayıllı rayon Prokurorluğunun nümayəndəsi X4 izahat verərək göstərdi ki, 26 yanvar 2025-ci il tarixdə Zərərçəkmiş şəxs əlindəki dəhrə ilə Şəxs vurması faktı ilə bağlı rayon polis şöbəsindən prokurorluğa məlumat daxil olmuşdur. Araşdırma zamanı Zərərçəkmiş şəxs əməlində cinayət əlamətləri olduğu üçün material araşdırma aparılması üçün rayon polis şöbəsinə göndərilmişdir. Həmçinin araşdırma zamanı və şahid ifadlərindən müəyyən olunmuşdur ki, 6 saylı X3 əməkdaşı Zərərçəkmiş şəxs tərəfindən Şəxs meşə ərazisində ekoloji pozuntuya yol verməsi müəyyən olunmuş və onun şəkillərini çəkərkən aralarında mübahisə yaranmış və mübahisə zamanı qarşılıqlı olaraq bir-birilərini vurmuşlar. İş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə izahat verərək göstərdi ki, meşəbəyi olan Rahim adlı şəxs üçün meşədən odun gətirməyə getmişdir. Həmin vaxt Fikrət ora gəlmiş və onun şəkillərini çəkərək tutduracağı ilə hədələmişdir. Buna etiraz etdikdə Fikrət əlindəki dəhrə ilə onun başından vurmuşdur. Bundan sonra huşunu itirmiş və ayıldıqda orada yalnız azyaşlı əmisi oğlunun olduğunu görmüşdür. Həmin vaxt Fikrəti vurmamış və ona hər hansı xəsarət yetirməmişdir. Hazırda Zərərçəkmiş şəxs bağışlamamış və onunla barışmamışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Şəxs dedikləri şər və böhtandır. Həmin vaxt yanında qonşu gözətçidə olmuşdur. Bir neçə gün öncə də, ağac kəsərkən Şəxs tutmuş və foto şəkillərin çəkmişdir. Bundan sonra onun qabağını kəsmiş və şəkilləri silməsi üçün hədə qorxu gəlmişlər. Həmin gün yenidən eyni hal baş vermiş və foto şəkillər çəkərkən Şəxs ona “sukasan” deyə təhqir etmiş və başqa nalayiq ifadələr işlətmişdir. Bu zaman aralarında mübahisə yaranmış və Sahib onu vurmuşdur. O, Sahibə gücü çatmayacağını gördükdə yerdən əlinə keçən əşya ilə özünü müdafiə etməyə çalışmış və bilmədən həmin əşya Sahibə dəymişdir. Bundan sonra Sahib uzunqulaq heyvanına minib əmisi oğlu ilə oradan çıxıb getmişdir. Aldığı xəsarətdən bir neçə gün gəzə bilməmişdir. Lakin qohum olduqları üçün həkim müayinəsinə getməmiş və şikayət etməmişdir. Sahib onunla barışmaq istəyərsə barışmağa razıdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında izahat verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun oğlunu vuraraq meşədə ölümcül vəziyyətdə qoyaraq oradan çıxıb getmişdir. Zərərçəkmiş şəxslə barışmaq fikri yoxdur. Oğlu Fikrəti vurmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli şahid X2 verdiyi izahatdan görünür ki, baş vermiş mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətmiş, onu yumruq və təpiklə vurmuş, bundan sonra Zərərçəkmiş şəxs yerdə olan ağaı götürərək Sahibin başından vurmuşdur. İsmayıllı rayon prokurorunun böyük köməkçisi Orxan İbrəhimovun xx.xx.2025-ci il tarixli materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərarından görünür ki, Şəxs Zərərçəkmiş şəxs yumruq və təpiklə vurub döyməsi ilə bağlı Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati icraat bağlanması məsələsinə baxılması üçün inzibati material ayrılması nəzərə alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 26 yanvar 2025-ci il tarixdə İsmayıllı rayonu Mücü kəndi ərazisində olan meşədə Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncuya zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını və vəkilin fikrini dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətanı etiraf etməməsi, onun məsuliyyətdən yayınması məqsədi daşıyır. Məhkəmə Şəxs yetkinlik yaşına çatmaması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs qızı tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı, təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tətbiq edilməsini, cərimənin 300 (üç yüz) manat miqdarında müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-173/2025
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-173/2025
08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver