Məhkəmə qərarları › İş №3(037)-174/2025

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №3(037)-174/2025

08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 3(037)-174/2025 08.05.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu, X2 Azərbaycan Respublikasının Qida X1 X4 18 aprel 2025-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə baxaraq müəyyənetdi: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikasının Qida X1 X4 18 aprel 2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə əlavə olunmuş sənədləri tədqiq edib belə hesab edirki şikayət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinin tələblərinə uyğun olmayaraq verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin məcəllənin 130.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İş üzrə göründüyü kimi X5 tərəfindən şikayət qanunla müəyyən olunmuş müddət keçdikdən sonra verilmiş və müddətin üzürlü səbəblər nəticəsində buraxılması barədə məhkəməyə vəsatət verilməmişdir. Məhkəmə hesab edir ki, X5 tərəfindən şikayət qanunla müəyyən olunmuş müddət keçdikdən sonra verilmiş və müddətin üzürlü səbəblər nəticəsində buraxılması barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinin tələblərinə uyğun məhkəməyə vəsatət verilməmişdir. Göstərilən hüquq normalırının tələblərinə uyğun olaraq şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110, 118 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: X2 Azərbaycan Respublikasının Qida X1 X4 18 aprel 2025-ci il tarixli, MN ******* qərarından verdiyi şikayət qanunla müəyyən olunmuş müddət keçdikdən sonra verildiyi üçün geri qaytarılsın. Qərarın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən yaşayış yeri üzrə müvafiq məhkəməyə müraciət etmək hüququnun olması şikayətçi X3 izah edilsin. Bu qərardaddan şikayət verilməsi qanunvercilikdə nəzərdə tutulmamışdır. Hakim: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar