Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-175/2023 14.04.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi ilə İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 14 aprel 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 24 fevral 2023cü il tarixli ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibаti xətа törətməkdə təqsirləndirilərək məhkəməyə verilmişdir оndаn ötrü ki, Şəxs MMC ******* Rusiya rublu məbləğində xarici valyutada olan vəsaiti bаnk hesаbındаn 03 fevral 2021-ci il tаrixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı tаrixdən 270 gündən artıq müddət keçsə də, ******* Rusiya rublu məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, bununlа dа qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Ona görə də Şəxs MMC-i barəsində İXM-in 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaq məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Ona görə də məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə MMC-nin direktoru X1 ərizə ilə müraciət edərək səhhəti ilə bağlı məhkəmə iclasına gələ bilməyəcəyini, ilk dəfə inzibati inzibati xəta törətmələrini nəzərə alaraq MMC barəsində məbləğinin 20 (iyirmi) faizi miqdarında inzibati cərimə olunmalarını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İnzibati protokola əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanladığı məktubundan görünür ki, "xxxx" ASC tərəfindən respublikadan kənara mal üçün qabaqcadan ödəniş etmiş və köçürmələrin 2 il tamam olmasına baxmayaraq gömrük bəyannaməsini təqdim etməyən və ya gömrük bəyənnaməsində uyğunzuluqlar olduğuna görə bəyannamə bağlanıla bilməyən müştərilərin siyahısı Azərbaycan Respublikası Mərkəzi Bankına təqdim olunmuşdur. İş materiallarına əlavə edilmiş **********8775 sorğu nömrəli gömrük bəyənnaməsindən görünür ki, Saq Trading MMC xx.xx.2021-ci il tarixdə OOO “Sever” şirkəti ilə arasında bağlanmış müqaviləyə əsasən ölkəyə idxal edilməli olan məhsullardan 730289 Rusiya rublu məbləğində mal gəlmiş, rəsmi olaraq Abşeron Gömrük postunda qeydiyyatdan keçmiş, Bank VTB ASC tərəfindən qeydiyyatda alınmış və möhürü ilə təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən 07 mart 2023-cü il tarixli möhürlə təsdiq edilmiş hesab fakturadan görünür ki, Şəxs MMC 31 avqust 2021-ci il tarixdə 50000 Rusiya rublu, 08 dekabr 2022-ci il tarixdə 188000 Rusiya rublu və 17 yanvar 2023-cü il tarixdə 170500 Rusiya rublu məbləğində pulu geri qaytarmış, Bank VTB ASC tərəfindən qeydiyyatda alınmış və möhürü ilə təsdiq edilmişdir. Beləliklə də məhkəməyə təqdim edilmiş rəsmi sənədlərdən görünür ki, Şəxs tərəfindən "xxxx" ASC-dəki bank hesabından xx.xx.2021-ci il tarixində qabaqcadan köçürülmüş ******* (iki milyon iki yüz əlli min) Rusiya rublu məbləğində ödənişdən, ölkəyə idxal edilməli olan məhsullardan 730289 Rusiya rublu məbləğində mal gəlmiş, Şəxs MMC 31 avqust 2021-ci il tarixdə 50000 Rusiya rublu, 08 dekabr 2022-ci il tarixdə 188000 Rusiya rublu və 17 yanvar 2023-cü il tarixdə 170500 Rusiya rublu məbləğində pulu geri qaytarmışdır. Lakin, Şəxs MMC ******* (iki milyon iki yüz əlli min) Rusiya rublu məbləğində xarici valyutada olan vəsaiti bаnk hesаbındаn 03 fevral 2021-ci il tаrixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı tаrixdən 270 gündən artıq müddət keçsə də, ******* (bir milyon yüz on bir min iki yüz on bir) Rusiya rublu məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, bununlа dа qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə cəzanın tətbiq edilməsini, inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğini nəzərə alaraq valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi miqdarında inzibati cərimə edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun məhkəmə qətnaməsi haqqında 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 10-cu bəndində qeyd edilmişdir ki, alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər qətnamədə Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə hesab edir ki, hazırki inzibati iş üzrə inzibati cərimə məbləği xarici valyuta ilə göstərildiyindən qərarda alınan məbləğin qərarın icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə hesablanmalı olması göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti ******* Rusiya rublu məbləğinin 20 faizi miqdarında, yəni 222242 (iki yüz iyirmi iki min iki yüz qırx iki) rubl 20 (iyirmi) kopeek məbləğində cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-175/2023
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-175/2023
14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver