Məhkəmə qərarları › İş №3(037)-178/2025

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-178/2025

23.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-178/2025 23.05.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X1, Qərarından şikayət verilən İsmayıllı rayon X10 X13 inspektoru X3 iştirakı ilə X1 İsmayıllı rayon X10 X13 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə 23 may 2025-ci il tarixdə, İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: X2 məhkəməyə müraciət edərək İsmayıllı rayon X10 X13 polis kapitanı X6 tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X4 şikayətində qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə İsmayıllı rayonu Kürdeldarbəyli kənd ərazisində özünə məxsus “Daewoo Nexia” markalı ** DC *** minik markalı avtomobillə hərəkətdə olan zaman idarə etməni itirmiş və avtomobili yolun kəarında olan yol nişanına vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı zərər çəkmiş şəxs olmamışdır. Yol nişanını tam bərpa edərək əvvəlki vəziyyətə gətirmişdir. Həmin hadisə ilə bağlı araşdırma aparılması ilk öncə İsmayıllı rayon X7 Bölməsinin təhqiqatçısı X5 tapşırılmışdır. Aparılan araşdırmanın nəticəsindən aşlı olmayaraq ondan 1500 (min beş yüz) manat məbləğdə pul tələb olunmuşdur. Həmin pulu verə bilmədiyini bildirdikdə ona hədə-qorxu gəlinmiş və kobud rəftar olunmuşdur. Araşdırmanın yekununda cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilsə də, qəbul olunmuş qərarı ona verməkdən imtina etmişlər. Ona məlum olmadan həmin qərar barəsində inzibati qaydada tədbir görülməsi üçün DYPŞ-nə göndərilmişdir. Həmin materiala əsasən o, İXM-nin 327.6-cı maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Hesab edir ki, barəsində tərtib olunmuş protokol qərəzli qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli TP ******* saylı qərar qanunsuz və əsassızdır. Belə ki, toplanmış material üzrə işin bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, inzibati xəta haqqında protokolda ümumi sözlərlə yazılmış və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi göstərilsə də, həmin maddədə nəzərdə tutulmuş xətanı törətməmişdir. Buna görə də hesab edir ki, inzibati xəta haqqında protokolda qeyd edilən xüsusatları təsdiq edən iş materiallarında olan sənədlər və ya başqa hər hansı sübutlar müəyyən edilməmiş, konkret olaraq idarə etdiyi avtomobil yol nişanına dəyə də, avtomobildə olan şəxslərə zərər dəyməmiş və hadisə yerindən yayınmamışdır. Belə olan halda barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, işin faktiki halları müəyyən edilməli və mötəbər sübut hesab edilməklə sübuta yetirilməlidir. Ona görə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı ilə tərtib edilmiş 07 may 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair qəbul olunmuş inzibati qərarı ləğv edilərək inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən X2 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək göstərdi ki, 20 fevral 2025-ci il tarixdə uşağını Kürdeldarbəyli kəndinə məktəbə apararkən, idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirmiş və avtomobili yolun kənarındakı yol nişanına vurmuşdur. Bundan sonra həmin kəndin bələdiyyə sədrinə məlumat vermiş və dirəyi bərpa edərək əvvəlki vəziyyətə qaytarmışdır. Sonradan ayın 25 günü polis şöbəsinə dəvət olunmuş və polis şöbəsində Samir Qasımova hadisənin necə baş verdiyini və yol nişanını bərpa etdiyini bildirmişdir. Buna baxmayaraq Samir Qasımov ondan pul tələb etmişdir. O törətdiyi xətanı etiraf edir və başa düşür. X12 tələb etdiyi həmin məbləği vermiş olsaydı hazırda iş bu yerə gəlmiş olmazdı. Bundan başqa həmin hadisə fevral ayında baş versə də, həmin vaxtdan sonra heç bir protokol tərtib olunmamışdır. Hadisədən bir neçə gün sonra xəstəxanaya düşmüş və ambulator müalicə almışdır. Aprel ayında Samir Qasımov onu görmüş və bundan sonra protokol tərtib etmişdir. Dəfələrlə həmin şəxsin yanına gedərək qərarın surətinin ona verilməsini tələb etmiş, lakin qərar ona verilməmişdir. Həmin gün ona protokol tərtib olunaraq tənbeh olunmuş olsaydı, buna heç bir etirazı olmayacaqdır. Sadəcə həmin şəxs ona qarşı hörmətsizlik etdiyi üçün, qərardan şikayət verməli olmuşdur. Həmin xətanı törətsə də, yol patrul xidməti əməkdaşı da qanunları pozmuşdur. Ona görə də, qəbul edilmiş qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Qərarından şikayət verilən İsmayıllı rayon X10 X13 inspektoru X8 izahat verərək göstərdi ki, fevral ayının 20-də kənd sakinlərinin məlumatı əsasında həmin hadisənin baş verməsi barədə məlumat daxil olmuşdur. Bununla bağlı hadisə yerinə gedilmiş, baxış zamanı yol nişanının və kənd sakininə məxsus “setka” hasarın əzilməsi məlum olmuşdur. Həmin hadisə ilə bağlı Mübariz Həsənov polisə məlumat vermədiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Mübariz Həsənovdan polis şöbəsində izahat alınarkən yol nişanına vurduğu ziyanın məbləği ona bildirilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla qəbul edilmiş qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarının dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İsmayıllı rayon X10 X13 polis kapitanı X8 tərəfindən tərtib olunmuş xx.xx.2025ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, həmin tarixdə X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İsmayıllı rayon X10 X13 polis kapitanı X8 tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxsin izahatını dinləyərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir. X2 şikayətində İsmayıllı rayon X10 X13 polis kapitanı X8 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu və bu protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı mübahisələndirib iştirak etdiyi məhkəmə iclasında verdiyi izahatlarında hadisə yerindən yayınmasına əsas olan müxtəlif səbəblər göstərsə də, qeyd olunan protokolda göstərilən inzibati xətaya həqiqətən yol verdiyini özü də etiraf etmişdir. X1 barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və bu protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və ya əsassız olmasına dəlalət edən hallar məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. X1 məhkəmə iclasında verdiyi izahatında polis əməkdaşı barəsində qeyd etdiyi xüsusatlar isə onun barəsində tərtib edilən inzibati xəta haqqında protokol və bu protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas deyildir. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, X2 barəsində hazırki inzibati xəta haqqında protokol qanuni əsaslarla tərtib edilmiş və o, qeyd olunan inzibati xətaya görə qanunvericilikdə müəyyən edilmiş inzibati tənbeh çərçivəsində, həmin inzibati tənbehi tətbiq etmək səlahiyyəti olan orqan tərəfindən inzibati məsuliyyətə cəlb edilərək inzibati qaydada tənbeh edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinin məzmununa görə inzibati xəta haqqında protokoldan verilən şikayətə və ya protestə baxılarkən qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadıqda həmin qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinin tələbinə əsasən qərara gəlir ki, İsmayıllı rayon X10 X13 polis kapitanı X8 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadığından X1 hazırki şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X1 İsmayıllı rayon X10 X13 polis kapitanı X8 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar