Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-179/2025 19.05.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Sərdarov küçəsi. ev 7, mənzil 15-də qeydiyyatda olmaqla, İsmayıllı rayonu Quşencə kəndində yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olan inzibati xəta haqqında materiala 19 may 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 30 iyul 2024-cü il tarixdə İsmayıllı rayonu “bazar” adlanan ərazidə Quşencə kənd sakini Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncuya sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməsi faktı üzrə İsmayıllı rayon X5 Bölməsinin təhqiqatçısının 27 avqust 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin X1 verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 19 may 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X4 izahat verərək iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməmiş və ona qarşı hər hansı zorakı hərəkətlər etməmişdir. Böyükxanımın barmağındakı xəsarət həkim tərəfindən də müayinə olunmuş və həmin xəsarəti o, çox əvvəl almışdır. Bütün bunları nəzərə alaraq iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, İsmayıllı şəhərində yerləşən bazarın yanında kəndə avtomobillərin yanında olarkən, Babək Əzimov onunla mübahisə etmiş və mübahisə zamanı Babək onun barmağından tutaraq ona xəsarət yetirmişdir. Hazırda Babəki bağışlamamış və onunla barışmamışdır. Qeyd etdikləri nəzərə alınmaqla Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına olan 27 avqust 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə inzibati tədbir görülməsinin təmin edilməsi üçün İsmayıllı rayon Polis Şöbəsinin X1 göndərilmişdir. Məhkəmə-Tibbi Ekspertiza və X3 X8 330 №-li 30 iyul 2024-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət –sol əl barmaqlarında bağların gərilməsi ilə müşayiət edilən sol əlin İİ barmağın əsas falanqasının, sol əlin arxa səthinin və sol saidin qançırları küt alət (əşya) təsirindən törənməklə, qərarın təsviri hissəsində göstərilən Zərərçəkmiş şəxs qeyd etdiyi xx.xx.2024cü il tarixdə və şəraitdə törənməsi istisna edilmir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Beləliklə, məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sübutlarla tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində İXM-nin 157-ci maddəsinin tərkib əlamətlərinin olması və həmin əməmlin törədilməsində təqsirli olması tam sübuta yetirilir. Məhkəmə həmçinin qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında qeyd edilən inzibati xətanın törədilməməsinə dair göstərilən xüsusatlara tənqidi yanaşılır və onun tərəfindən verilmiş özünü müdafiə xarakterli məlumat kimi qiymətləndirilir. Lakin, məhkəmə araşdırması ilə müəyyən edilmişdir, xəta hadisəsinin xx.xx.2024-cü il tarixdə törədilməsinə, faktla bağlı aparılan araşdırma nəricəsində cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın xx.xx.2024-cü il tarixdə qəbul edilməsinə baxmayaraq, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol qərarın qəbul edildiyi vaxtdan 08 (səkkiz) ay 22 (iyirmi iki) gün sonra, 19 may 202-ci il tarixdə tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edildiyi vaxtdan 3 ay müddət keçdiyinə görə, yəni şəxsin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinə görə -Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyi üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 53, 105, 114-117, 128-130 və 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə İsmayıllı rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 19 may 2025-ci il tarixli MN seriyalı, ******* nömrəli protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-179/2025
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-179/2025
19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver