Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-18/2021 15.01.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs-İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1972-ci il tarixdə İsmayıllı rayonu İstisu kəndində anadan olmuş, İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, ev 24 A-da yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala xx xxxxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 18:00 radələrində İsmayıllı şəhəri, N.Səmədov küçəsində karantin rejimi qaydalarını pozması, həmin ərazidə xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması faktı üzrə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 izahatında göstərdi ki, xx xxxxxx 2021-ci il tarixdə saat 18:00 radələrində İsmayıllı şəhəri, N.Səmədov küçəsində polis əməkdaşları xidmətdə olarkən, Şəxs karantin rejimi qaydalarını pozmuş, onu nizam-intizsama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Şəxs rayon polis şöbəsinə dəvət olunmuş və izahatı alınarkən o, törətdiyi xətanı etiraf etmişdir. Şəxs tibbi müayinədən keçirilərkən onun sərxoş vəziyyətdə olması məlum olmuşdur. Bundan sonra o, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, ailə üzvləri ilə birlikdə İsmayıllı şəhərində yaşayır. xx xxxxxx 2021-ci il tarixdə əmisi oğlu hərbi xidmətdən qayıtdığı üçün İsmayıllı rayonu İstisu kəndinə qonaq getmişdir. Orada bir qədər spirtli içki qəbul etdikdən sonra qohumunun avtomobili ilə İsmayıllı şəhərinə gəlmişdir. İsmayıllı şəhəri, N.Səmədov küçəsində olarkən polis əməkdaşları avtomobili saxlamış və avtomobildə olan sərnişinlərin icazəsinin olub-olmamasını yoxlamışlar. Onun yaşayış yerini tərk etmək üçün icazəsi olmamışdır. Həmin vaxt sərxoş vəziyyətdə olduğundan öz hərəkətlərini idarə edə bilməmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. Hazırda əməlindən peşmandır və ona qanunda nəzərdə tutulmuş daha yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində izahat verən X3 göstərdi ki, xx xxxxxx 2021-ci il tarixdə saat 18:00 radələrində polis əməkdaşı Raqib Əhmədovla birlikdə İsmayıllı şəhəri, N.Səmədov küçəsində xidmətdə olarkən “VAZ-2106” markalı avtomobil tərəfindən saxlanılmışdır. Həmin avtomobilin sürücüsünün və sərnişinlərin müvafiq icazələrinin olub-olmaması yoxlamaq istəmişdir. Həmin vaxt avtomobildə olan sərnişin sonradan şəxsiyyəti məlum olan Şəxs avtomobildən düşərək nalayiq ifadələr işlədərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. İlham Əliyev həmin vaxt sərxoş vəziyyətdə olmuşdur. Bundan sonra onu rayon polis şöbəsinə dəvət etsələr də o, polis şöbəsinə getməkdən imtina edərək təkrarən tabesizlik göstərmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Şəxs yaşayış yerini tərk etmək üçün müvafiq icazəsi olmamışdır. xx xxxxxx 2021-ci il tarixli 02 nömrəli inzibati qaydada tutma protokolundan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 18:30-da inzibati qaydada tutulmuşdur. xx xxxxxx 2021-ci il tarixli 11 nömrəli tibbi müayinə aktından müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 18:15-də tibbi müayinədən keçirilərkən onun orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 18:00 radələrində İsmayıllı şəhəri, N.Səmədov küçəsində karantin rejimi qaydalarını pozmuş və həmin ərazidə xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir və o, həmin maddələrlə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi, inzibati xətanı sərxoş vəziyyətdə törətməsini isə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gələrək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilərək 200 (iki yüz) manat miqdarında inzibati cərimə tətbiq etməyi, inzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında həbsdən azad edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 34, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilərək 200 (iki yüz) manat miqdarında inzibati cərimə edilsin. Şəxs məhkəmə iclas zalında dərhal inzibati həbsdən azad edilsin. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-18/2021
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-18/2021
15.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver