Məhkəmə qərarları › İş №3(037)-181/2024

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-181/2024

19.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-181/2024 19.04.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon X10 X12 nümayəndəsi X1, İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X6 iştirakı ilə, X6 İsmayıllı rayon X10 X12 30 mart 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: X9 məhkəməyə müraciət edərək İsmayıllı rayon X10 X14 tərəfindən 30 mart 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, 30 mart 2024-cü il tarixdə saat 21:40 radələrində idarə etdiyi "VAZ 2107" minik markalı 90- BC-153 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İsmayıllı şəhəri K.Məmmədov dalan 3 küçəsində hərəkətdə olarkən İsmayıllı rayon Polis şöbəsinin Yol patrul xidmətinin inspektoru X4 tərəfindən saxlanılmışdır. Sənədlərə baxış keçirilərkən heç bir nöqsan aşkar edilməmişdir. Bütün sənədlərin qaydasında olduğu və heç bir xəta törətmədiyi halda, inspektor inzibati xətanın tərtib edilməsi üçün əsası guya onun etibarnamə ilə idarə etdiyi "VAZ 2107"minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomaşında xarici işıq cihazları və qabaq şüşənin şüşə silgəcləri və şüşə yuyanları nasaz olan və belə nasazlığı aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarını pozduğumu bildirmişdir. Bununla razı olmasa da barəsində inzibati tənbeh etmə haqqında qərar qəbul edilmişdir və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə müvafiq protokol tərtib edilmişdir. Tərtib edilmiş protokola öz narazılığını bildirsə də polis inspektorları etdiyi narazılığına heç bir əhəmiyyət verməmiş, tərtib olunmuş həmin protokolla tanış olmasını və imza etməsini ondan tələb etmişlər. Uzun mübahisələrdən sonra protokola imza etməsini imza etməyəcəyi təqdirdə Polis şöbəsindən Post Patrul Xidməti çağıracağı və barəsində təsirli tədbirlər görəcəyi hədəsi ilə onu hədələmişlər. Polis əməkdaşı ilə arasında xoşagəlməz vəziyyət yaranmaması üçün protokolu imzalayıb ona təqdim etmişdir. Bundan sonra yol polis əməkdaşının qanunsuz hərəkəti barədə DİN-nin 102 saylı qaynar xəttinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə 30 mart 2024-cü il tarixdə TP ******* nömrəli qanunsuz qərar qəbul edilərək 50 (əlli) manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, barəsində tərtib olunmuş protokol əsasında qəbul olunmuş xx.xx.2024-cü il tarixli TP- ******* saylı qərar qanunsuz və əsassızdır. Belə ki, heç bir qaydanı pozmadığı halda İsmayıllı rayon Polis şöbəsinin Yol patrul xidmətinin inspektoru X2 ona qarşı olan hərəkətləri qərəzli idi. Polis adına ləkə gətirən bu hərəkətləri ona mənəvi sarsıntı və iztirab yaşatdı və eyni zamanda azadlıq hüququ kimi Konstitusion və Konvension hüquqlarını pozmuşdur. Ona görə də, İsmayıllı rayon Polis şöbəsinin Yol patrul xidmətinin inspektoru X2 qanunsuz hərəkətləri barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, idarə etdiyi avtomabildə, xarici işıq cihazlarında qabaq şüşə yuyanlarında hər hansı bir nasazlıq olmamışdır. Texniki baxış zamanı da avtomabilində qeyd olunan nöqsanlar müəyyən edilməmişdir. Belə olan halda İsmayıllı rayon Polis şöbəsinin Yol patrul xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli,İXP ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli,TP6383559 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, 30 mart 2024-cü il tarixdə saat 22:00 radələrində idarə etdiyi "VAZ 2107" markalı avtomobillə Qaraməryam-İsmayıllı magistral yolunda hərəkətdə olarkən, avtomobilin ön sağ işığı yanmadığı üçün yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmışdır. Avtomobili saxlamış və polis əməkdaşlarına avtomobilinin köhnə olduğunu, işıqlarında boşluq olduğu üçün yanmadığını bildirmişdir. O. yerində işıqları düzəltsə də, polis əməkdaşı onun barəsində protokol tərtib etmişdir. İlk öncə protokola imza etmək istəməsə də, sonradan özü imzalamışdır. Barəsində tərtib olunmuş protokoldan narazıdır. Belə ki, avtomobildən düşən kimi işıqda olan nasazlığı aradan qaldırsa da, polis əməkdaşı buna məhəl qoymayaraq barəsində protokol tərtib etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla barəsində qəbul edilmiş qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İsmayıllı rayon X10 X12 nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, 30 mart 2024-cü il tarixdə saat 22:00 radələrində xidmətdə olarkən "VAZ 2107" minik markalı 90- BC-153 dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən, ön sağ işıq cihazı yanmadığı üçün saxlanılmışdır. Sürücüyə törətdiyi əməl izah olunmuş və sürücü avtomobilinin köhnə olduğunu, xətanı aradan qaldıra bilməyəcəyini bildirmişdir. Bundan sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və sürücü protokola imza edərək törətdiyi xətanı etiraf etmişdir. Protokol tərtib olunduqdan sonra sürücü xətanı aradan qaldırmış və hərəkətini davam etdirərək oradan uzaqlaşmışdır. Həmin sürücü bir gün əvvəl eyni xətaya görə tərəfindən saxlanılsa da, sürücü nasazlığı aradan qaldıracağını bildirdiyi üçün, onun barəsində protokol tərtib olunmamışdır. Qeyd etdikləri nəzərə alınmaqla, qəbul edilmiş qərarın dəyişdirilmədən saxlanmasını məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarının dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İsmayıllı rayon X10 X12 30 mart 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X9 "VAZ 2107" minik markalı 90- BC-153 dövlət qeydiyyat nişanlı avtomobillə 30 mart 2024-cü il tarixdə saat 21:40-da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 50 (əlli) manat miqdarında cərimə edilmişdir. Videomaterial görüntülərinə məhkəmə iclasında baxılarkən müəyyən edilmişdir ki, X9 30 mart 2024-cü il tarixdə "VAZ 2107" minik markalı 90- BC-153 dövlət qeydiyyat nişanlı avtomobili ön sağ işıq cihazı nasaz vəziyyətdə idarə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, X9 30 mart 2024-cü il tarixdə "VAZ 2107" minik markalı 90- BC-153 dövlət qeydiyyat nişanlı avtomobili ön sağ işıq cihazı nasaz vəziyyətdə idarə etmiş və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X9 xx.xx.2024-cü il tarixdə xarici işıq cihazlarının nasaz vəziyyətdə olmaması barədə nə polis əməkdaşlarına, nə də ki məhkəməyə heç bir sübut təqdim etmədiyi üçün onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. X13 məhkəmə iclasında verdiyi izahatı özünümüdafiə xarakteri daşıyır və işin həqiqi hallarını əks etdirmir. Ona görə də, onun əməli haqlı olaraq inzibati xəta kimi qiymətləndirilmiş və 50 manat məbləğində cərimə edilməsinə dair qanuni qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda apellyasiya instansiyası məhkəməsi qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İsmayıllı rayon X10 X12 30 mart 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni və əsaslı olduğundan X6 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X6 şikayəti təmin edilməsin. X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair İsmayıllı rayon X10 X12 30 mart 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan İsmayıllı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar