Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-182/2021 19.05.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx xxx 1972-ci il tarixdə Masallı rayonu Zuvandlı kəndində anadan olmuş, İsmayıllı rayonu Kürdeldarbəyli kəndində yaşayan, Azərbaycan Respublikası vətəndaşı,subay, ali təhsilli, İsmayıllı rayon Hacıhətəmli bələdiyəsinin üzvü, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 19 may 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 08 may 2021-ci il tarixdə saat 11:10 radələrində İsmayıllı rayon İvanovka kəndinə gedən yolda “Mercedes Benz” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən avtomaşının sürücüsü tərəfindən işıq cihazından istifadə qaydaları pozulduğu üçün həmin avtomaşın polis əməkdaşları tərəfindən saxlanılmış və sürücüyə yol verdiyi qayda pozuntusu izah edilərkən sürücünün sərxoş olması və sənədlərinin olmaması müəyyən edilmiş, ondan sənədlər tələb edilərkən sürücünün yanında əyləşmiş sərnişin Şəxs avtomaşından düşərək, İsmayıllı rayon Polis Şöbəsinin DYPB-nin Yol Patrul Xidmətinin əməkdaşlarına yaxınlaşaraq, ucadan səs-küy salaraq, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığından fakt üzrə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X8 izahatında göstərdi ki, Şəxs 08 may 2021-ci il tarixdə saat 11:10 radələrində İsmayıllı rayon İvanovka kəndinə gedən yolda xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadığı üçün rayon polis şöbəsinə dəvət olunmuş və izahatı alındıqdan sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, İsmayıllı rayon Hacıhətəmli bələdiyyəsinin üzvüdür. İsmayıllı rayon Xanagah kəndində dostu Suad Səlimovla birlikdə nahar edərkən spirtli içki qəbul etmişdir. Spirtli içki qəbul etdiyindən “Mercedes Benz” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomaşınını özü idarə etməmiş, dostu Suad Səlimovdan onu yaşadığı İsmayıllı rayon Kürdeldarbəyli kəndinə aparmasını xahiş etmişdir. 08 may 2021-ci il tarixdə saat 11:10 radələrində İsmayıllı rayon İvanovka kəndi yolunda “Mercedes Benz” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən İsmayıllı rayon Polis Şöbəsinin DYPB-nin Yol Patrul Xidmətinin əməkdaşları avtomaşını saxlamış və avtomaşının sürücüsu Suad Səlimova spirtli içki qəbul etməsini və sənədlərini tələb etməsindən sonra özündən asılı olmadan əsəbləşərək avtomaşından düşmüş və polis əməkdaşları ilə mübahisə edərək tərtib olunmuş protokolun Suad Səlimov tərəfindən imza edilməsinə mane olmuşdur. Yol Patrul Xidmətinin əməkdaşları onu araşdırma aparılması üçün polis şöbəsinə dəvət etsələr də o polis şöbəsinə getməkdən imtina etmişdir. Polis Şöbəsinə getməkdən imtina etdiyindən yol patrul xidmətinin əməkdaşları əraziyə post-patrul xidmətinin əməkdaşlarını dəvət edərək onu məcburi şəkildə avtomaşına yerləşdirərək İsmayıllı rayon Polis şöbəsinə gətirmişlər. İsmayıllı rayon Polis Şöbəsinin DYPB-nin Yol Patrul Xidmətinin əməkdaşları ilə mübahisə edərkən anlaqsız vəziyyətdə olmuşdur. O, polis əməkdaşları ilə mübahisə edərkən onları söyərək təhqir etməmişdir. Odur ki, izahatında qeyd etdikləri nəzərə alınaraq barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon X9 X12 yol patrul xidməti inspektoru X2 göstərdi ki, 08 may 2021-ci il tarixdə saat 11:10 radələrində yol patrul xidməti inspektoru Bəhram Bəhramlı ilə birlikdə İsmayıllı rayon İvanovka kəndi yolunda ** YP *** dövlət qeydiyyat nişanlı patrul avtomaşını ilə xidmətdə olarkən “Mercedes Benz” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil işıq cihazından istifadə qaydalarını pozduğu üçün sürücüyə saxla işarəsi verildi. Sürücüyə yaxınlaşaraq özünü təqdim etmiş, yol verdiyi qayda pozuntusunu izah edərkən sürücünün sərxoş olması və sürücülük vəsiqəsi olmadan avtomaşını idarə etdiyi müəyyən edildiyindən barəsində protokol tərtib edilmişdir. Bu zaman sürücünün yanında əyləşmiş sərnişin Şəxs avtomaşından düşərək ona yaxınlaşmış, səsküy salaraq onunla birlikdə xidmətdə olan polis əməkdaşları ilə mübahisə etmiş, polis əməkdaşlarının qanuni işini görməyə maneçilik törədərək sürücü barəsində tərtib olunmuş protokolu çıraraq yararsız vəziyyətə salmış, onu və ailə üzvlərini nalayiq söyüşlərlə təhqir etmişdir. Bundan əlavə Şəxs kənd sakinlərinin yanında ucadan onunla birlikdə xidmətdə olan polis əməkdaşlarının üzərinə hücum çəkərək sizin paqonlarınızı sökdürəcəm, mən özümdə dövlət işçisiyəm, kənd bələdiyyəsiyəm, sizi şərləyərək tutduracam, heç bir qayda qanunlara tabe olmuram, nə bilirsiz elə də edin sözlərini dedi. Qayda pozuntusu törətmiş sürücü barəsində qanunamüvafiq tədbirlər görülmüşdür. Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən mane olaraq tabesizlik göstərdiyindən araşdırma aparılması üçün polis şöbəsinə dəvət edilmişdir. Şəxs polis şöbəsinə getməkdən imtina etdiyindən əraziyə post-patrul xidmətinin əməkdaşları dəvət edilmişdir. Şəxs post-patrul xidməti əməkdaşlarının köməkliyi ilə İsmayıllı rayon Polis Şöbəsinə gətirilərək izahatı alınmışdır. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon X9 X12 yol patrul xidməti inspektorları X3 və X5 da şahid X1 izahatının məzmununa uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etdiklərini bildirdilər. Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin 14 saylı RƏF İsmayıllı rayon Şöbəsinin 17 may 2021-ci il tarixli, **********9 saylı arayışından görünür ki, Şəxs heç bir növ əmək pensiyası və sosial müavinət almadığı qeyd edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 08 may 2021-ci il tarixdə saat 11:10 radələrində İsmayıllı rayon İvanovka kəndi yolunda “Mercedes Benz” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən avtomaşının sürücüsü işıq cihazından istifadə qaydalarını pozduğu üçün İsmayıllı rayon Polis Şöbəsinin DYPB-nin Yol Patrul Xidmətinin əməkdaşları həmin avtomaşını saxlamış, polis əməkdaşları tərəfindən avtomaşının sürücüsünə yol verdiyi qayda pozuntusu izah edilərkən sürücünün sərxoş olması və sənədlərinin olmadığı müəyyən edilmiş, sənədləri tələb edilərkən avtomaşında sürücünün yanında əyləşmiş sərnişin Şəxs avtomaşından düşərək İsmayıllı rayon Polis Şöbəsinin DYPB-nin Yol Patrul Xidmətinin əməkdaşlarına yaxınlaşaraq ucadan səs-küy salaraq, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq nalayiq ifadələrlə təhqir edərək qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin və şahidlərin izahatını dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 10 (on) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – 19 may 2021-ci il tarixdə saat 09:20-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan 19 may 2021-ci il tarixdə saat 09:20-dən hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-182/2021
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-182/2021
19.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver