Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-184/2021 20.05.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində protokol tərtib edilmiş: Şəxs iştirakı ilə xx xxxxxx 1998-ci ildə İsmayıllı rayonu Qalınçaq kəndində anadan olmuş, həmin kənddə yaşayan, subay, orta təhsili, işləməyən, Şəxs barəsində İsmayıllı rayon Polis şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olan inzibati xəta haqqında materiala 20 may 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 22 aprel 2021-ci il tarixdə saat 12:45 radələrində İsmayıllı rayonu Qalınçaq kəndində yaşadığı evin qarşısındakı küçədə Mican kənd sakini Rauf Həsənov və həmkəndlisi Zərərçəkmiş şəxs ilə mübahisə edərək ucadan nalayiq ifadələr işlətməsi, bununla da ictimai qaydanı pozması faktı üzrə onun barəsində İsmayıllı rayon X5 Qrupunun təhqiqatçısı Qoşqar Aslanlının 01 may 2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin X1 verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 18 may 2021-ci il tarixli MN №0966492 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Elşən Bədəlov izahatında göstərdi ki, Şəxs 22 aprel 2021-ci il tarixdə saat 12:45 radələrində İsmayıllı rayonu Qalınçaq kəndində yaşadığı evin qarşısındakı küçədə Mican kənd sakini Rauf Həsənov və həmkəndlisi Zərərçəkmiş şəxs ilə mübahisə edərək ucadan nalayiq ifadələr işlətməsi faktı üzrə araşdırma aparılmış və əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunan hadisə nəticəsində Şəxs xırda xuliqanlıq hərəkətləri törətdiyi üçün barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı rayon Qalınçaq kəndində yaşayır. Zərərçəkmiş şəxslə həmkəndlidir. Siyavuş ilə münasibətləri həmişə yaxşı olmuş, aralarında ədavət, düşmənçilik, konfilikt olmamışdır. Hadisədən təxminən bir həftə əvvəl bilmədən İsmayıllı rayonu Mican kəndi ərazisində yerləşən Mican kənd sakini Rauf Həsənova məxsus torpaq sahəsinə at arabası ilə girib əkin sahəsini tapdamışdır. 21.04.2021-ci il tarixdə kənd camaatından Rauf Həsənovun onun arxasınca nalayiq sözlər dediyini eşitmişdir. 22.04.2021-ci il tarixdə saat 11:00 radələrində Rauf Həsənovun istifadəsində olan mobil nömrəni öyrənərək ona zəng etmiş və əkin sahəsini özünün tapdadığını bildirib ondan üzrxahlıq etmişdir. Rauf Həsənov telefon əlaqəsi zamanı onu nalayiq ifadələrlə təhqir edərək yaşadığı kəndə gələcəyini bildirmişdir. Həmin gün saat 12:45 radələrində Rauf Həsənov və onun əkin sahəsinə nəzarət edən həmkəndlisi Zərərçəkmiş şəxs yaşadığı ünvana gəlmişlər. O və qardaşı İlkin Məlikov həyətyanı sahələrinin qapısına çıxmışlar. Söhbət zamanı qardaşı İlkin Raufa “əmi, bir səhv edib” deyə bildirdiyində Rauf “səhv etməyib, qələt edib, onun başına oyun açacam” deyə cavab vermişdir. Bundan sonra aralarında söz mübahisəsi olmuşdur. Mübahisə gedişində Rauf Həsənov oradan uzaqlaşmış, həmkəndlisi Siyavuş onu və qardaşı İlkini nalayiq ifadələrlə təhqir etmişdir. O, Siyavuşun üzərinə gedərək əli ilə onun çiynindən itələmişdir. Siyavuş onun üzərinə gələrək təpiklə qarnının sol nahiyyəsinə bir dəfə zərbə endirmişdir. Siyavuşun ona təpiklə zərbə endirməsindən sonra əsəbləşərək təpiklə Siyavuşun ayaq nahiyyəsinə bir dəfə zərbə endirmişdir. Həmin vaxt qardaşı İlkin Siyavuşdan yapışıb uzaqlaşdırmaq istədikdə Siyavuş yerdən daş götürərək qardaşı İlkinin üzərinə getmişdir. Hadisə baş verərkən Rauf Həsənov kənardan baxaraq mübahisəyə müdaxilə etməmişdir. Hadisə baş verərkən yaxınlıqdakı mağazanın qarşısına toplaşmış kənd sakinlərindən Elvin Abdallı hadisə yerinə yaxınlaşaraq onları bir-birindən ayırmışdır. X2rı ayırdıqdan sonra Rauf və Siyavuş hadisə baş verən yerdən uzaqlaşmışlar. Hadisə vaxtı anası Gülbəniz həyətlərinin qarşısında səs-küy eşidərək çölə çıxmış və hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Anası Gülbəniz qapıya çıxanda qardaşı İlkin anasını həyətə aparmış və mübahisəyə qoşulmasına imkan verməmişdir. Hazırda Zərərçəkmiş şəxslə qarşılıqlı olaraq barışmışlar. Ona görə də onun və Zərərçəkmiş şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı rayonu Qalınçaq kəndində yaşayır. Şəxs həmkəndlisidir. 20.04.2021-ci il tarixdə İsmayıllı rayonu Mican kəndi ərazisində yerləşən Rauf Həsənova məxsus əkin sahəsinə Rauf Həsənovla birlikdə baxış keçirərkən əkin sahəsinin at arabası ilə tapdalandığını görmüşlər. Əkin sahəsinə nəzarət etdiyindən Rauf Həsənov ondan əkin sahəsinin kimin tərəfindən tapdalanmasını öyrənməsini tapşırmışdır. 22.04.2021-ci il tarixdə Rauf Həsənov ona zəng edərək birlikdə Şəxs yaşadığı həyətə gedəcəklərini bildirmişdir. Həmin gün saat 12:45 radələrində Rauf Həsənovla birlikdə İsmayıllı rayon Qalınçaq kəndi ərazisində yerləşən Şəxs yaşadığı həyətə getmişlər. Həyətyanı sahənin qapısına çatanda Şəxs və qardaşı İlkin Məlikov həyətyanı sahəsinin qapısına çıxmışlar. X9 və qardaşı İlkinə tərəf baxaraq əkin sahəsinə kimin girməsini soruşduqda Eltac özünün girdiyini və əcəb etdiyini bildirmişdir. Bu zaman X10 Həsənova “əmi, bir səhv edib” deyə bildirdiyində Rauf Həsənov ona “qələt edib yerimə girib, əkin sahəmə ziyan vurub” deyə bildirmişdir. Şəxs cavabında Rauf Həsənovu təhqir edərək “əcəb eləmişəm” demişdir. X8 sən qanun tanımırsan deyə bildirdiyində, Eltac Raufa heç kimi saymadığını kobud formada bildirmişdir. Bundan sonra Rauf oradan uzaqlaşdıqdan sonra Eltac və İlkin onun üzərinə gəlmişlər. Eltac onu arxadan təpiklə vurmuş, çevriləndə isə sinəsindən itələmişdir. Daha sonra İlkin üzərinə gələrək ona yumruq atsa da yumruğu ona dəyməmişdir. Bu zaman Eltacı və qardaşı İlkini özündən uzaqlaşdırmaq üçün Eltaca təpiklə zərbə endirmişdir. Daha sonra hadisə baş verən yerin yaxınlığındakı mağazanın qarşısına toplaşmış həmkəndlilərindən Elvin Abdallı hadisə yerinə yaxınlaşaraq onları bir-birindən ayırmışdır. Hazırda Şəxsla qarşılıqlı olaraq barışmışlar. Ona görə də onun və Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokolu nəzərdən keçirərək, iş materiallarını araşdıraraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyərək iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xətanın deyil, cinayətin əlamətləri olduğundan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, iş təhqiqat orqanına göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.3-cü maddəsinə görə inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Göründüyü kimi Şəxs 22 aprel 2021-ci il tarixdə saat 12:45 radələrində İsmayıllı rayonu Qalınçaq kəndində yaşadığı həyətin qarşısında qardaşı İlkin Məlikovla birlikdə Mican kənd sakini Rauf Həsənov və onun əkin sahəsinə nəzarət edən həmkəndlisi Zərərçəkmiş şəxslə mübahisə etmişlər. Mübahisə gedişində Eltac həmkəndlisi Siyavuşun üzərinə gedərək əli ilə onun çiynindən itələyərək təpiklə ayağına zərbə endirmişdir. Siyavuş isə əvəzində təpiklə Eltacın qarnının sol nahiyyəsinə zərbə endirmişdir. Hadisə baş verərkən yaxınlıqdakı mağazanın qarşısına toplaşmış kənd sakinlərindən Elvin Abdallı hadisə yerinə yaxınlaşaraq onları bir-birindən ayırmışdır. Ona görə də, Şəxs əməlində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən xuliqanlıq hərəkətləri olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərilməsi barədə qərar qəbul edilir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində 18.05.2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilməli, Şəxs əməlində Azərbaycan Respublikası CMnin 221-ci maddəsinin tərkib əlamətləri olduğundan iş materialları əlavə araşdırmanın aparılması üçün İsmayıllı rayon X5 Qrupuna və həmçinin məlumat üçün İsmayıllı Rayon Prokurorluğuna göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 85, 114, 128-130 -ci maddələrini rəhbər tutaraq məhkəmə qərara a l d ı: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığından onun barəsində 18.05.2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilsin. Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkib əlamətləri olduğundan iş materialları əlavə araşdırmanın aparılması üçün İsmayıllı rayon Polis Şöbəsinə və məlumat üçün İsmayıllı rayon Prokurorluğuna göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-184/2021
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-184/2021
20.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver