Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-184/2024 26.04.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon X10 X11 nümayəndəsi X5, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 İsmayıllı rayon X10 X11 06 aprel 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X1 rayon X10 X11 06 aprel 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X6 şikayət ərizəsində göstərmişdir ki, 06 aprel 2024-cü il tarixdə təxminən saat 17:40 radələrində İsmayıllı rayon X10 Yol patrul polis əməkdaşları Rafiq və Cavid adlı şəxslər İsmayıllı şəhəri N.Nərimanov küçəsində fəaliyyət göstərdiyi "Bərbər" salona daxil olub ondan idarə etdiyi "VAZ 21074"minik markalı **-XL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat avtomabilini İsmayıllı rayon Polis şöbəsinin duracağına yerləşdirməsini ondan tələb etdilər. İsmayıllı rayon Polis şöbəsinin Yol patrul xidmətinin əməkdaşlarına öz haqlı narazılığını bildirməklə heç bir qayda pozmadığını onların diqqətinə çatdırmışdır. X16 Polis əməkdaşları etdiyi narazılığına baxmayaraq idarə etdiyi "VAZ 21074"minik markalı **-XL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat avtomabilini İsmayıllı rayon Polis şöbəsinə aparıb duracağa yerləşdirdilər. İsmayıllı rayon Polis şöbəsinə gətirilən "VAZ 21074"minik markalı **-XL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat avtomabilinə polis şöbəsində baxış zamanı hər hansı bir konstruksiya dəyişdikləri aparılmadığı müəyyən edilmişdir. Lakin buna baxmayaraq ona məxsus avtomaşın polis şöbəsindən buraxılmamışdır. Bununla kifayətlənməyən polis əməkdaşları onu şöbənin ikinci mərtəbəsinə apararaq orada əvvəllər tanımadığı polis əməkdaşı öz vəzifə səlahiyyətindən sui istifadə edərək onu inzibati qaydada həbs etdirəcəyi hədəsi ilə hədələmişdir. Belə ki, guya o, İsmayıllı şəhərində avtoxuliqanlıq etməklə məşğul olduğunu bu məqsədlə ona məxsus "VAZ 21074"minik markalı **-XL- *** dövlət qeydiyyat nişanlı avtomabilin ön hissəsini qaldırdığını arxa hissəsini isə endirdiyini bildirmişdir. Avtoxuliqanıq etməyi barədə çəkilişin təqdim olunması sualıma cavab verməyən polis əməkdaşları ilə arasında xoşagəlməz vəziyyət yaranmışdır. Uzun mübahisələrdən sonra İsmayıllı rayon Polis şöbəsində barəsində guya konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı, mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsinin idarə edilməsinə, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanması, ağırlıq mərkəzinin təkər bazasını və ya təkər düsturunun pozulması yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişiklər edildiyi barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsmin 342.5-ci, 342.1.3-cü, 342.2.3-cü maddələrinə əsasən müvafiq protokol tərtib edilmişdir. Tərtib olunmuş protokoldan sonra o, yol polis əməkdaşının qanunsuz hərəkəti haqqında DİN-nin 102 saylı qaynar xəttinə müraciət etmişdir. Tərtib olunmuş protokolla razı olmasa da barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci, 342.1.3-cü, 342.2.3-cü maddələrinə 06 aprel 2024-cü il tarixdə TP ******* nömrəli inzibati tənbeh etmə haqqında qanunsuz qərar qəbul edilərək 150 (bir yüz əlli) manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, barəsində tərtib olunmuş protokol əsasında qəbul olunmuş xx.xx.2024-cü il tarixli TP- 399115 saylı qərar qanunsuz və əsassızdır. Belə ki, heç bir qaydanı pozmadığı halda İsmayıllı rayon Polis şöbəsinin Yol patrul xidmətinin əməkdaşlarının hərəkətləri qərəzli hərəkətlər olduğunu düşünür. Polis adına ləkə gətirən bu hərəkətlər ona mənəvi sarsıntı və iztirab yaşatdı və eyni zamanda azadlıq hüququ kimi Konstitusion və Konvension hüquqlarını pozmuşdur. Ona görə də, İsmayıllı rayon Polis şöbəsinin Yol patrul xidmətinin inspektoru Rafiq və Cavad adlı şəxslərin qanunsuz hərəkətləri barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bildirmək istəyir ki, idarə etdiyi "VAZ 21074" minik markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilində konstruksiya dəyişiklikləri aparmamış və mövcud standartlara uyğun olan avtomobili idarə etmişdir. Texniki baxış zamanı da avtomobilində qeyd olunan nöqsanlar müəyyən edilməmişdir. Belə olan halda İsmayıllı rayon Polis şöbəsinin Yol patrul xidməti tərəfindən tərtib edilmiş protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli,TP6399115 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci,342.1.3cü,342.2.3-cü maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 83-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Şikayət verən X6 şikayət ərizəsini müdafiə edərək və ona uyğun izahat verərək göstərdi ki, 06 aprel 2024-cü il tarixdə işlədiyi bərbər salonunda olarkən yol patrul xidməti əməkdaşları oraya gələrək, “rəisin göstərişi” olduğunu və avtomobilinin duracağa yerləşdirləcəyini ona bildirərək, avtomobilini polis şöbəsinə aparmışlar. Avtomobilinə baxış keçirilmədən və protokol tərtib edilməmişdən öncə o, bu barədə 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bundan sonra onu avtoxuliqan kimi inzibati qaydada həbs olunacağı ilə təhdid etmişlər. O, hər hansı bir sübut olduğunu bildirdikdə polis əməkdaşları ona sübut təqdim edə bilməmişdir. Bundan sonra həmin gün saat 18:00 radələrində onun mobil telefonuna sms gəlmiş və 150 manat miqdarında cərimə olunması barədə məlumatı olmuşdur. Barəsində qəbul edilmiş qərarla razı deyil. Belə ki, avtomobilinə onun iştirakı ilə baxış keçirilmədən və iştirakı olmadan protokol tərtib olunmuşdur. Protokola baxılması ilə bağlı ona heç bir məlumat verilmədən qərar qəbul edilmişdir. Həmin günün səhərəi şöbəyə gedərək protokolu və qəbul edilmiş qərarı əldə edərək şikayət vermişdir. Avtomobili ayın 6-dan polis şöbəsinin duracağındadır. Avtomobilində heç bir konstruksiya dəyişikliyi yoxdur, və avtomobilinə mütəxəssisin iştirakı ilə baxış keçirilməsini və qəbul edilmiş qərarın ləğv edilməsini xahiş edir. İnzibati tənbeh vermə haqqında qərar qəbul edən orqan İsmayıllı rayon X10 X11 nümayəndəsi X7 izahat verərək göstərdi ki, çoxsaylı xəbərdarlıqlara baxmayaraq Elsevər Məlikov avtomobilini konstruksiya dəyişikliyi aparmaqla idarə etmişdir. 06 aprel 2024-cü il tarixdə Elsevər Məlikovun idarə etdiyi avtomobil rayon polis şöbəsinin duracağına yerləşdirilmişdir. “X4 Mərkəzindən” nümayəndə gələrək avtomobilə baxış keçirilmiş və həmin avtomobilin arxa yaylarına müdaxilə olunması mümkün olmamışdır. Bundan sonra Elsevər Məlikov barəsində müvafiq maddələrlə protokol tərtib olunmuş və həmin protokol əsasında qərar qəbul edilərək 150 (yüz əlli) manat məbləğində cərimə edilmişdir. Elsevər Məlikov protokoldan narazı olduğu üçün avtomobilə baxış və tərtib olunmuş protokol onun iştirakı olmadan olunmuşdur. Həmçinin qərar da onun iştirakı olmadan qəbul edilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla qəbul edilmiş qərarın qüvvədə saxlanılmasını, şikayətin təmin edilməməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İsmayıllı rayon X10 X11 06 aprel 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X6 AR İXM-nin 342.1.3, 342.5 və 342.2.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İsmayıllı rayon X10 X11 06 aprel 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 06 aprel 2024-cü il tarixdə saat 18:08-də nəqliyyat vasitəsinin konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin idarə edilməsinə, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulması yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə Azərbaycan Respublikası İXMnin 342.5, 342.1.3 və 342.2.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 150 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə şikayət verən X2 şikayətini, iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, yəni İsmayıllı rayon X10 X11 06 aprel 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və hazırkı qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Təqdim olunmuş materiallarda X2 Azərbaycan Respublikası İXM-nin 342.5, 342.1.3 və 342.2.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmamış və araşdırma aparılarkən heç bir mötəbər sübutla və ya sübutlarla möhkəmləndirilməmişdir. Məhkəmə hesab edir ki, işin hallarını tam, obyektiv və hərtərəfli araşdırmadan, inzibati xətanın Azərbaycan Respublikası İXM-nin 342.5, 342.1.3 və 342.2.3-cü maddələrində oğlu tərəfindən törədilib-törətməməsi hər hansı bir əsasın olubolmamasını müəyyən etmədən, onun barəsində formal olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında qərar qəbul edilmişdir. Bundan başqa, məhkəmə iclasında müəyyən edildi ki, inzibati orqanın vəzifəli şəxsi işə baxarkən barəsində inzibati qaydada icraat aparılan şəxsin iştirakı olmadan işə baxaraq qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: 61.1.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; 61.1.2. maddəsinə əsasən izahat vermək; 61.1.3. sübutlar təqdim etmək; 61.1.4. vəsatət və etirazlar vermək; 61.1.5. işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; 61.1.6. inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; 61.1.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; 61.1.8. inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq; Həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İş materiallarından göründüyü kimi İsmayıllı rayon X10 X15 tərəfindən X2 qeyd olunan inzibati xətanı törətməsinə dair işin araşdırılması ilə əlaqədar olaraq ona bildirişin göndərilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmiş, həmin protokol Elsevər Məlikovun məlumatı və iştirakı olmadan tərtib olunmuşdur. Tərtib olunmuş protokolun surətinin göndərilməsini və Elsevər Məlikov tərəfindən qəbul edilməsi barədə hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Onun barəsində tərtib olunmuş protokola baxılması vaxtı və yeri barədə məlumatı olmamış, protokola onun iştirakı olmadan baxılaraq qərar qəbul edilmişdir. Həmçinin avtomobilə mütəxəssisin iştirakı ilə baxılarkən, Elsevər Məlikovun iştirakı təmin edilməmişdir. Bu da Elsevər Məlikovun qeyd olunan hüquqlardan istifadə etməsinə maneçilik törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Göründüyü kimi, İsmayıllı rayon X10 X11 inspektoru X8 qanunvericiliyin tələbini nəzərə almadan X2 əməlində Azərbaycan Respublikası İXM-nin 342.5, 342.1.3 və 342.2.3-cü maddələri ilə təqsirli bilərək onu 150 (yüz əlli) manat inzibati qaydada cərimə etmişdir. Halbu ki, qərarı qəbul etmiş şəxs AR İXM-nin 34-cü maddəsinə əsasən şəxsi daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh etməli idi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, İsmayıllı rayon X10 X15 tərəfindən qəbul edilmiş 06 aprel 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İXM-nin tələblərinə əməl edilməklə əlavə araşdırılması üçün İsmayıllı rayon X10 X14 göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X2 şikayəti qismən təmin olunsun. İsmayıllı rayon X10 X15 tərəfindən qəbul edilmiş 06 aprel 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün İsmayıllı rayon X10 X14 göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş İsmayıllı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-184/2024
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-184/2024
26.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver