Məhkəmə qərarları › İş №3(037)-185/2021

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-185/2021

20.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-185/2021 20.05.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1995-ci il tarixdə İsmayıllı rayonu Qalınçaq kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olan inzibati xəta haqqında materiala 20 may 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 22 aprel 2021-ci il tarixdə saat 12:45 radələrində İsmayıllı rayonu Qalınçaq kəndində yaşadığı evin qarşısındakı küçədə Mican kənd sakini Rauf Həsənov və həmkəndlisi X2 ilə mübahisə edərək ucadan nalayiq ifadələr işlətməsi, bununla da ictimai qaydanı pozması faktı üzrə onun barəsində İsmayıllı rayon X7 Qrupunun təhqiqatçısı Qoşqar Aslanlının 01 may 2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin X1 verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 18 may 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Elşən Bədəlov izahatında göstərdi ki, Şəxs 22 aprel 2021-ci il tarixdə saat 12:45 radələrində İsmayıllı rayonu Qalınçaq kəndində yaşadığı evin qarşısındakı küçədə Mican kənd sakini Rauf Həsənov və həmkəndlisi X2 ilə mübahisə edərək ucadan nalayiq ifadələr işlətməsi faktı üzrə araşdırma aparılmış və əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunan hadisə nəticəsində Şəxs xırda xuliqanlıq hərəkətləri törətdiyi üçün barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı rayon Qalınçaq kəndində yaşayır. Siyavuş Abdullayevlə həmkəndlidir. Hadisədən təxminən bir həftə əvvəl qardaşı Eltac bilmədən İsmayıllı rayonu Mican kəndi ərazisində yerləşən Mican kənd sakini Rauf Həsənova məxsus torpaq sahəsinə at arabası ilə girib əkin sahəsini tapdamışdır. Kənd camaatı Rauf Həsənovun qardaşı Eltacın arxasınca nalayiq sözlər işlətdiyini danışmışdır. Bunu eşidən Eltac 22.04.2021-ci il tarixdə saat 11:00 radələrində Rauf Həsənovun istifadəsində olan mobil nömrəni öyrənərək ona zəng etmiş və əkin sahəsini özünün tapdadığını bildirib ondan üzrxahlıq etmişdir. Həmin gün saat 12:45 radələrində Rauf Həsənov və onun əkin sahəsinə nəzarət edən həmkəndlisi Siyavuş Abdullayevlə birlikdə yaşadığı ünvana gəlmişlər. O və qardaşı Eltac evin küçə qapısına çıxmışlar. Söhbət zamanı Raufdan üzrxahlıq etmişdir. Buna baxmayaraq aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Siyavuş Eltacın üzərinə gələrək təpiklə qarnın nahiyyəsindən təpiklə vurmuşdur. Eltac da Siyavuşun ayaq nahiyyəsinə bir dəfə zərbə endirmişdir. Həmin vaxt o, Siyavuşdan yapışıb uzaqlaşdırmaq istədikdə Siyavuş yerdən daş götürərək onun üzərinə getmişdir. Bundan sonra yaxınlıqda olan ərzaq mağazasının qarşısındakı kənd camaatı onları ayırmış və Raufla Siyavuş oradan uzaqlaşmışlar. Hadisə vaxtı anası Gülbəniz həyətlərinin qarşısında səs-küy eşidərək DİN-nin 102 xidmətinə məlumat vermişdir. Anası Gülbəniz qapıya çıxanda anasını həyətə aparmış və mübahisəyə qoşulmasına imkan verməmişdir. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Eltac Məlikov izahat verərək göstərdi ki, İsmayıllı rayon Qalınçaq kəndində yaşayır. Siyavuş Abdullayevlə həmkəndlidir. Siyavuş ilə münasibətləri həmişə yaxşı olmuş, aralarında ədavət, düşmənçilik, konfilikt olmamışdır. Hadisədən təxminən bir həftə əvvəl bilmədən İsmayıllı rayonu Mican kəndi ərazisində yerləşən Mican kənd sakini Rauf Həsənova məxsus torpaq sahəsinə at arabası ilə girib əkin sahəsini tapdamışdır. 21.04.2021-ci il tarixdə kənd camaatından Rauf Həsənovun onun arxasınca nalayiq sözlər dediyini eşitmişdir. 22.04.2021-ci il tarixdə saat 11:00 radələrində Rauf Həsənovun istifadəsində olan mobil nömrəni öyrənərək ona zəng etmiş və əkin sahəsini özünün tapdadığını bildirib ondan üzrxahlıq etmişdir. Rauf Həsənov telefon əlaqəsi zamanı onu nalayiq ifadələrlə təhqir edərək yaşadığı kəndə gələcəyini bildirmişdir. Həmin gün saat 12:45 radələrində Rauf Həsənov və onun əkin sahəsinə nəzarət edən həmkəndlisi Siyavuş Abdullayev yaşadığı ünvana gəlmişlər. O və qardaşı Şəxs həyətyanı sahələrinin qapısına çıxmışlar. Söhbət zamanı qardaşı İlkin Raufa “əmi, bir səhv edib” deyə bildirdiyində Rauf “səhv etməyib, qələt edib, onun başına oyun açacam” deyə cavab vermişdir. Bundan sonra aralarında söz mübahisəsi olmuşdur. Mübahisə gedişində Rauf Həsənov oradan uzaqlaşmış, həmkəndlisi Siyavuş onu və qardaşı İlkini nalayiq ifadələrlə təhqir etmişdir. O, Siyavuşun üzərinə gedərək əli ilə onun çiynindən itələmişdir. Siyavuş onun üzərinə gələrək təpiklə qarnının sol nahiyyəsinə bir dəfə zərbə endirmişdir. Siyavuşun ona təpiklə zərbə endirməsindən sonra əsəbləşərək təpiklə Siyavuşun ayaq nahiyyəsinə bir dəfə zərbə endirmişdir. Həmin vaxt qardaşı İlkin Siyavuşdan yapışıb uzaqlaşdırmaq istədikdə Siyavuş yerdən daş götürərək qardaşı İlkinin üzərinə getmişdir. Bundan sonra yaxınlıqda olan ərzaq mağazasının qarşısındakı kənd camaatı onları ayırmış və Raufla Siyavuş oradan uzaqlaşmışlar. Hadisə vaxtı anası Gülbəniz həyətlərinin qarşısında səs-küy eşidərək çölə çıxmış və hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. İş üzrə şahid qismində dindirilmiş Siyavuş Abdullayev izahat verərək göstərdi ki, İsmayıllı rayonu Qalınçaq kəndində yaşayır. 20.04.2021-ci il tarixdə İsmayıllı rayonu Mican kəndi ərazisində yerləşən Rauf Həsənova məxsus əkin sahəsinə Rauf Həsənovla birlikdə baxış keçirərkən əkin sahəsinin at arabası ilə tapdalandığını görmüşlər. Əkin sahəsinə nəzarət etdiyindən Rauf Həsənov ondan əkin sahəsinin kimin tərəfindən tapdalanmasını öyrənməsini tapşırmışdır. 22.04.2021-ci il tarixdə Rauf Həsənov ona zəng edərək birlikdə Eltac Məlikovun yaşadığı həyətə gedəcəklərini bildirmişdir. Həmin gün saat 12:45 radələrində Rauf Həsənovla birlikdə İsmayıllı rayon Qalınçaq kəndi ərazisində yerləşən Eltac Məlikovun yaşadığı həyətə getmişlər. Həyətyanı sahənin qapısına çatanda Eltac Məlikov və qardaşı Şəxs həyətyanı sahəsinin qapısına çıxmışlar. X12 və qardaşı İlkinə tərəf baxaraq əkin sahəsinə kimin girməsini soruşduqda Eltac özünün girdiyini və əcəb etdiyini bildirmişdir. Bu zaman Şəxs Rauf Həsənova “əmi, bir səhv edib” deyə bildirdiyində Rauf Həsənov ona “qələt edib yerimə girib, əkin sahəmə ziyan vurub” deyə bildirmişdir. Eltac Məlikov cavabında Rauf Həsənovu təhqir edərək “əcəb eləmişəm” demişdir. X11 sən qanun tanımırsan deyə bildirdiyində, Eltac Raufa heç kimi saymadığını kobud formada bildirmişdir. Bundan sonra Rauf oradan uzaqlaşdıqdan sonra Eltac və İlkin onun üzərinə gəlmişlər. Eltac onu arxadan təpiklə vurmuş, çevriləndə isə sinəsindən itələmişdir. Daha sonra İlkin üzərinə gələrək ona yumruq atsa da yumruğu ona dəyməmişdir. Bu zaman Eltacı və qardaşı İlkini özündən uzaqlaşdırmaq üçün Eltaca təpiklə zərbə endirmişdir. Daha sonra hadisə baş verən yerin yaxınlığındakı mağazanın qarşısına toplaşmış həmkəndliləri onları bir-birindən ayırmışdır. İnzibati xəta haqqında protokolu nəzərdən keçirərək, iş materiallarını araşdıraraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyərək iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xətanın deyil, cinayətin əlamətləri olduğundan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, iş təhqiqat orqanına göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərilməsi barədə qərar qəbul edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. 01 may 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqında qərardan görünür ki, təhqiqatçı tərəfindən X4 və X2 barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmasından ötrü qərarın surəti İsmayıllı rayon Polis Şöbəsinin X1 verilmişdir. Həmin əsasla Eltac Məlikov və Siyavuş Abdullayev barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İsmayıllı rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli qərarı ilə hər iki inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilmiş hər iki şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olduğundan iş materialları əlavə araşdırmanın aparılması üçün İsmayıllı rayon X7 Qrupuna göndərilmişdir. Şəxs barəsində olan inzibati iş X4 və X2 barəsində olan inzibati işlərlə əlaqəli olduğundan və təhqiqatçı tərəfindən hər üç şəxs barəsində eyni qərarla cinayət işi başlanması rədd edildiyindən inzibati iş yenidən araşdırma aparılması üçün İsmayıllı rayon X7 Qrupuna göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.3-cü maddəsinə görə inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində 18 may 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilməli, baş vermiş hadisə cinayət xarakterli olduğundan iş materialları əlavə araşdırmanın aparılması üçün İsmayıllı rayon X7 Qrupuna və həmçinin məlumat üçün İsmayıllı Rayon Prokurorluğuna göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 85, 114, 128-130 -ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində 18 may 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilsin. Şəxs əməlində cinayət xarakterli hərəkətlər olduğundan iş materialları əlavə araşdırmanın aparılması üçün İsmayıllı rayon X7 Qrupuna və məlumat üçün İsmayıllı Rayon Prokurorluğuna göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar