Məhkəmə qərarları › İş №3(037)-185/2023

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-185/2023

06.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-185/2023 06.04.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X3 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1990-cı il tarixdə İsmayıllı rayonunda anadan olmuş, İsmayıllı şəhəri, M.P.Vaqif küçəsi. Ev 26-da yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 06 aprel 2023-cü il tarixdə İsmayıllı şəhərində, İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 29 mart 2023-cü il tarixdə İsmayıllı şəhəri, M.F.Axundov küçəsində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanın pozması faktı üzrə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 06 aprel 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X3 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Rəhim Bədəlov izahatında göstərdi ki, Şəxs 29 mart 2023-cü il tarixdə İsmayıllı şəhəri, M.F.Axundov küçəsində yol patrul xidməti əməkdaşı ilə mübahisə edərək ucadan nalayiq ifadələr işlətmişdir. Həmin faktla bağlı araşdırma aparılmış və Şəxs ictimai qaydanın pozaraq xırda xuliqanlıq hərəkətləri törətməsi öz təsdiqini tapmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, 29 mart 2023-cü il tarixdə qardaşı Şakir ona məxsus avtomobili idarə etmişdir. Şakirin sürücülük hüququ olmadığı üçün yol patrul xidməti inspektoru Cəlal Hüseynli tərəfindən saxlanılmış və inzibati qaydada cərimə edilmişdir. Qardaşı bu barədə ona məlumat verdikdən sonra, o Cəlal zəng etmiş və onunla görüşmək istədiyini bildirmişdir. Həmin gün rayon mərkəzi xəstəxanasının qarşısında Cəlal Hüseynli ilə rastlaşmış və ondan nə üçün qardaşı barəsində inzibati xəta haqqında protokol tərtib etdiyini soruşmuşdur. Həmin vaxt əsəbi olmuş və Cəlal Hüseynli ilə mübahisə edərək ucadan nalayiq ifadələr işlətmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş İsmayıllı rayon X5 X7 yol patrul xidməti inspektoru X2 izahat verərək göstərdi ki, 29 mart 2023-cü il tarixdə Şəxs qardaşı Şakir Mustafayev avtomobili sürücülük hüququ olmadan idarə etdiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin gün Azər onun istifadəsində olan mobil telefona dəfələrlə zəng edərək onunla görüşmək istədiyini bildirmişdir. Mərkəzi xəstəxananın qarşısında Azərlə rastlaşmış və o, qardaşına protokol yazdığı üçün əsəbi halda onunla mübahisə etmişdir. Azər rayon sakinlərinin sıx olduğu ərazidə ucadan nalayiq ifadələr işlətmiş və ictimai qaydanı pozmuşdur. Həmin vaxt yaxınlıqda olan sakinlər Azəri sakitləşdirərək oradan uzaqlaşmışdır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 29 aprel 2023-cü il tarixdə İsmayıllı şəhəri, M.F.Axundov küçəsində yol patrul xidməti inspektoru ilə mübahisə edərək ucadan nalayiq ifadələr işlətmiş və bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri törətmişdir. Məhkəmə iş materiallarını və video görüntüyə baxış keçirib, tərəflərin izahatlarını, şahid ifadəsini dinləyərək hesab edir ki, Azər Şəxsbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gələrək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 06 (altı) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – 06 aprel 2023-cü il tarixdə saat 18:10-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 06 (altı) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – 06 aprel 2023-cü il tarixdə saat 18:10-dan hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar