Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-187/2021 20.05.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Mustafayev Rahim Seyfəddin oğlunun, Tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Hasilov Şəxs və müdafiəçisi Vəkil, Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1988-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuş, həmin kənddə yaşayan Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, İsmayıllı rayonu Talıstan kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Buzovna qəsəbəsi, Albalı Bağlar massivində yaşayan fərdi identifikasiya nömrəsi xxxxxxx Hasılov Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 20 may 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli 2 (037) – 770 / 2018 saylı icra vərəqəsinə əsasən 06 iyul 2018-ci il tarixdən başlayaraq Hasılov Şəxs 14 may 2008-ci il təvəllüdlü Hasılov İsmayıl Şəxs oğlu və 28 iyun 2010-cu il təvəllüdlü Hasılova Günel Şəxs qızının yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 110 (yüz on) manat olmaqla cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş üzrə icra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu həmin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və hazırda tələbkara ödənilməli olan 6780 (altı min yeddi yüz səksən) manat aliment borcu ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 20 may 2021-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İcra məmuru Rahim Mustafayev izahat verərək göstərdi ki, Şəxs Hasılova icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi barədə bildiriş göndərilmiş, lakin borclu icra sənədini vaxtında və tam icra etməmişdir. Məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən “Elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılmışdır. İcra sənədi İcra Şöbəsinin icraatında olduğu müddət ərzində borclunun əmlak vəziyyətini yoxlamaq üçün müvafiq orqanlara sorğular göndərilmiş, borclunun adına daşınmaz əmlaklar, avtomobil, banklarda əmanəti, qızıl-zinət əşyaları və ya tələbin yönəldilə biləcəyi pul vəsaiti və hər hansı başqa əmlakın olması müəyyən edilməmişdir. Borclu İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə dəvət edilsə də icra məmurunun çağırışlarına da gəlməmişdir. Bununla da borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və tələbkar Zərərçəkmiş şəxs ödənilməli olan 6780 (altı min yeddi yüz səksən) manat aliment borcu ödöməkdən qərəzli olaraq yayınmışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan borclu Şəxs Hasılov izahat verərək göstərdi ki, Bakı şəhərində kirayədə yaşamaqla fəhləliklə məşğuldur. Uzun müddət karantin qaydaları tətbiq olduğundan heç yerdə işləməmişdir. Maddi imkanı daxilində bir neçə ay aliment borcundan ödənişlər etmişdir. Hazırda tələbkara 6780 (altı min yeddi yüz səksən) manat aliment borcu yaranmışdır. Həmin aliment məbləğini tam şəkildə ödəməyə maddi imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, borclu hazırki günədək təyin olunmuş aliment məbləğindən yalnız 700 (yeddi yüz) manat məbləğində ödəniş etmişdir. Hazırda Şəxs ona 6780 (altı min yeddi yüz səksən) manat aliment borcu vardır. İş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İsmayıllı Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli 2 (037) – 770 / 2018 saylı icra vərəqəsinin surətindən görünür ki, 06 iyul 2018-ci il tarixdən başlayaraq Hasılov Şəxs 14 may 2008-ci il təvəllüdlü Hasılov İsmayıl Şəxs oğlu və 28 iyun 2010-cu il təvəllüdlü Hasılova Günel Şəxs qızının yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 110 (yüz on) manat olmaqla cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 20 may 2021-ci il tarixli arayışdan görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 05 dekabr 2020-ci il tarixli 2 (037) – 770 / 2018 saylı icra vərəqəsinə əsasən Şəxs Hasılovun tələbkar Zərərçəkmiş şəxs 6780 (altı min yeddi yüz səksən) manat məbləğində aliment borcu yaranmışdır. Məhkəmə araşdırma zamanı müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli 2 (037) – 770 / 2018 saylı icra vərəqəsinə əsasən 06 iyul 2018-ci il tarixdən başlayaraq Hasılov Şəxs 14 may 2008-ci il təvəllüdlü Hasılov İsmayıl Şəxs oğlu və 28 iyun 2010-cu il təvəllüdlü Hasılova Günel Şəxs qızının yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 110 (yüz on) manat olmaqla cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra vərəqəsi icra olunması üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra məmuru tərəfindən icraata başlamaq haqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. İcra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən “Elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılmışdır. İcra sənədi İcra Şöbəsinin icraatında olduğu müddət ərzində borclunun əmlak vəziyyətini yoxlamaq üçün müvafiq orqanlara sorğular göndərilmiş, borclunun adına daşınmaz əmlaklar, avtomobil, banklarda əmanəti, qızıl-zinət əşyaları və ya tələbin yönəldilə biləcəyi pul vəsaiti və hər hansı başqa əmlakın olması müəyyən edilməmişdir. Zəruri icra tədbirləri həyata keçirilməsinə baxmayaraq hazırda Zərərçəkmiş şəxs ödənilməli olan 6780 (altı min yeddi yüz səksən) manat aliment borcu ödənilməmiş qalmışdır. Bununla da Şəxs Hasılov qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını və müdafiəçinin fikrini dinləyərək qərara gəlir ki, Şəxs Hasılov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs Hasılov barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs Hasılov tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Hasılov Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gəlir və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 15 (on beş) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – 20 may 2021-ci il tarixdə saat 15:30-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Hasılov Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - 20 may 2021-ci il tarixdən saat 15:30-dan hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-187/2021
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-187/2021
20.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver