Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-187/2022 05.05.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1978-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 47-də yaşayan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 05 may 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli 2 (037) – 373 / 2021 saylı nömrəli qətnaməsinə əsasən Şəxs 500 (beş yüz) manat məbləği alınaraq Zərərçəkmiş şəxs1 və 430 (dörd yüz otuz) manat məbləği alınaraq Zərərçəkmiş şəxs2 verilməsi qət edilmişdir. İş üzrə icra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və hazırda tələbkarlara ödənilməli olan məbləğ ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 05 may 2022-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İcra məmuru Rahim Mustafayev izahat verərək göstərdi ki, icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi barədə borcluya bildiriş göndərilmiş, lakin borclu icra sənədini vaxtında və tam icra etməmişdir. İcra sənədi icraatda olduğu müddət ərzində müvafiq orqanlara sorğular göndərilmiş, ancaq borcluya məxsus, tələbin yönəldilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclu ötən müddət ərzində tələbkara olan borcundan heç bir məbləğdə ödəniş etməmişdir. Şəxs çağırışlara gəlməmiş və onun barəsində axtarış qərarı qəbul edilmişdir. Həmin qərar əsasında Şəxs 05 may 2022-ci il tarixdə polis vasitəsi ilə şöbəyə gətirilmişdir. İş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, heç yerdə işləmədiyinə görə borcunu vaxtında ödəyə bilməmişdir. Hazırda borcundan 350 (üç yüz əlli) manat Zərərçəkmiş şəxs1 və 350 (üç yüz əlli) manat isə Zərərçəkmiş şəxs2 ödəmişdir. Qalan borcunu tələbkarlar ondan tələb etmir. Onun tərəfindən hər hansı inzibati xətaya yol verilməmişdir. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərəçəkmiş Zərərçəkmiş şəxs2 izahat verərək göstərdi ki, Şəxs ona 430 (dörd yüz otuz) manat borcu olmuşdur. Vüqar hazırda ona olan borcundan 350 (üç yüz əlli) manatını məhkəmə iclasında ödəmişdir. Qalan 80 (səksən) manat məbləğində puldan imtina edir və həmin borcu Vüqardan istəmir. Onun Vüqara qarşı hər hansı tələb və şikayəti yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla işin icraatına xitam verilməsini xahiş edir. Zərəçəkmiş Zərərçəkmiş şəxs1 izahat verərək göstərdi ki, Şəxs ona 500 (beş yüz) manat borcu olmuşdur. Vüqar hazırda ona olan borcundan 350 (üç yüz əlli) manatını məhkəmə iclasında ödəmişdir. Qalan 150 (yüz əlli) manat məbləğində puldan imtina edir. Bu barədə İsmayıllı rayon İcra və Probasiya şöbəsinədə bprcdan imtina etməsi barədə ərizə verəcəkdir. Vüqara qarşı hər hansı tələb və şikayəti yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla işin icraatına xitam verilməsini xahiş edir Zərərçəkmiş şəxs2 05 may 2022-ci il tarixdə verdiyi qəbzdən görünür ki, Şəxs borcundan 350 (üç yüz) manatını ona ödəmişdir. Zərərçəkmiş şəxs1 05 may 2022-ci il tarixdə verdiyi qəbzdən görünür ki, Şəxs borcundan 350 (üç yüz) manatını ona ödəmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli 2 (037) – 373 / 2021 saylı nömrəli qətnaməsinə əsasən Şəxs 500 (beş yüz) manat məbləği alınaraq Zərərçəkmiş şəxs1 və 430 (dörd yüz otuz) manat məbləği alınaraq Zərərçəkmiş şəxs2 verilməsi qət edilmişdir. İş üzrə icra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. İcra Şöbəsi tərəfindən borclu Ruslan Bayramov barəsində inzibati qaydada protokol tərtib edilmiş, həmin protokolda borclunun qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyi qeyd edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, məhkəmə prosesində Şəxs borcundan tələbkar Zərərçəkmiş şəxs2 350 (beş yüz) manat və Zərərçəkmiş şəxs1 350 (beş yüz) manat məbləğində ödəniş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxslər qalıq qalan borcdan imtina etdiklərini və Şəxs qarşı tələb və şikayətlərinin olmadığını bildirmişlər. Göründüyü kimi icra məmurunun qeyd etdiyi hallar məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin qərəzli şəkildə yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulur. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-187/2022
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-187/2022
05.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver