Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-189/2021 02.06.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru: X1 İcra sənədi üzrə borclu: Şəxs və tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1980-ci ildə İsmayıllı rayonu, Nanıc kəndində anadan olmuş,Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, İsmayıllı rayonu Nanıc kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Şəxs, Ağsu Rayon Məhkəməsinin 21.05.2018-ci il tarixli, 2(016)-136/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsi əsasında ondan tutulmalı olan borcun alınmasını nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymaraq borcun ödənilməsindən boyun qaçırmış, bununla da borcunu ödəməkdən yayınmışdır. Bu hərəkətləri ilə Şəxs Аzərbaycan Рespublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Ağsu Rayon Məhkəməsinin 21.05.2018-ci il tarixli, 2(016)-136/2018 saylı qətnaməsi ilə Şəxs uşağı X5 doğulduğu gündən 3 il müddətində hər ay 40 manat və 04 dekabr 2017-ci il tarixdən başlayaraq hər ay 120 manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Lakin, Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq,o borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Onun barəsində axtarış işi açılmış və aidiyyəti üzrə polis şöbəsinə göndərilmişdir. Borclunun yeri müəyyənləşdirildikdən sonra dəfələrlə borcunu ödəməsi tələb olunmuş, lakin hazırkı vaxtadək borclu borcunu ödəməmişdir. Şəxs davranışı o nəticəyə gəlməyə əsas verir ki, o borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırkı protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı tələbkar Zərərçəkmiş şəxs göstərdi ki, xəstə valideynlərinin himayəsində yaşayır. Uşağını saxlamaqda çətinlik çəkir. 3 ildən artıqdır ki, Şəxs uşaqların aliment borcunu ödəmir. Ona görə də yığılmış aliment borcunu və hər ay ödənilməli aliment məbləğinin ödənilməsini tələb edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən Ağsu Rayon Məhkəməsinin 21.05.2018-ci il tarixli, 2(016)-136/2018 saylı qətnaməsi ilə ondan uşağı X5 doğulduğu gündən 3 il müddətində hər ay 40 manat və 04 dekabr 2017-ci il tarixdən başlayaraq hər ay 120 manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Lakin, maddi imkanı olmadığından borcunu bir dəfəyə ödəyə bilmir. Belə ki, özü heç bir yerdə işləmir və maddi cəhətdən çətinlik çəkir. Eyni zamanda o, vərəm xəstəsidir, ağ ciyərlərinin bir hissəsi işləmir və nəfəs almaqda çətinlik çəkir. Bununla belə maddi imkanı olan kimi borcunu hissə-hissə ödəyəcəkdir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. İşdə olan Ağsu Rayon Məhkəməsinin 21.05.2018-ci il tarixli, 2(016)-136/2018 saylı icra vərəqəsindən görünür ki, Şəxs uşağı X5 doğulduğu gündən 3 il müddətində hər ay 40 manat və 04 dekabr 2017-ci il tarixdən başlayaraq hər ay 120 manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İşdə olan 12.06.2018-ci il tarixli bildirişdən icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Beləliklə, icra orqanının nümayəndəsinin, borclunun və tələbkarın izahatları, eləcə də icra materialları ilə müəyyən edilir ki, Şəxs Ağsu Rayon Məhkəməsinin 21.05.2018-ci il tarixli, 2(016)-136/2018 saylı qətnaməsinin icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Аzərbaycan Рespublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh verilməlidir. İş materiallarına əlavə edilmiş, “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X9 X4 tərəfindən verilmiş 25.05.2021-ci il tarixli 1560 saylı arayışdan görünür ki, xx.xx.1980-ci il təvəllüdlü Şəxs 03.03.2021-ci il tarixdən İsmayıllı RMX-nın X2 “Vərəm” kobinetində ağ ciyərlərin infiltrativ vərəmi infiltrasiya mərhələsi, Ağ ciyər ürək çatışmamazlığı İİ dərəcə diaqnozu ilə müalicə alır. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs təqsirinin dərəcəsini, hazırda vərəm xəstəsi olmaqla müalicə aldığını, şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara a l d ı: Şəxs Аzərbaycan Рespublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-189/2021
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-189/2021
02.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver