Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-190/2022 10.05.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X6 X7 yol patrul xidməti inspektoru X1, Zərərçəkmiş Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, 06 iyun 1974-cü il tarixdə İsmayıllı rayonunda anadan olmuş, İsmayıllı rayonu Mican kəndində yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3, 332.4 və 511.1.3-cü maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala 10 may 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 07 may 2022-ci il tarixdə saat 12:00 radələrində İsmayıllı şəhəri M.F.Axundov küçəsində idarə etdiyi “VAZ 21099” markalı ** GC *** dövlət qeydiyyat nişanlı avtomobilə saxla işarəsi vermiş polis əməkdaşının saxlamaq tələbinin yerinə yetirməməsi, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan həmin avtomobillə hərəkətdə olarkən qarşı hərəkət zolağına çıxaraq Zərərçəkmiş şəxs idarə etdiyi avtomaşınla toqquşaraq həmin avtomaşına maddi ziyan vurması və nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxararaq yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etməsi faktı üzrə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3, 332.4 və 511.1.3-cü maddələri ilə 10 may 2022-ci il tarixli İXP ******* saylı inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X6 X7 yol patrul xidməti inspektoru İsmayıl Məmmədov izahatında göstərdi ki, 07 may 2022-ci il tarixdə saat 12 :00 radələrində post patrul xidməti əməkdaşı Anar Bəkirov bölməyə məlumat verərək İsmayıllı şəhəri, M.F.Axundov küçəsində yol nəqliyyat hadisəsinin baş verdiyini və “VAZ 21099” markalı ** GC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün hadisə yerindən uzaqlaşdığını bildirmişdir. Həmin əraziyə yaxınlaşdıqda “VAZ 21099” markalı ** GC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün avtomobili yüksək sürətlə və ziqzaqvari hərəkətlərlə idarə etdiyini görmüşdür. Həmin avtomobil müşaiət olunmuş və sonradan saxlanılaraq avtomobilin sürücüsü rayon polis şöbəsinə dəvət olunmuşdur. Yol nəqliyyat hadisəsi baş verdiyi əraziyə baxış keçirərkən yol nəqliyyat hadisəsində “VAZ 21099” markalı ** GC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs təqsiri üzündən baş verdiyi müəyyən olunmuşdur. Araşdırma zamanı həmçinin Şəxs avtomobili sürücülük hüququ olmadan idarə etdiyi müəyyən olmuşdur. Sürücü izahat verərək törətdiyi əməli etiraf etmiş və bundan sonra barəsində müvafiq maddələrlə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 07 may 2022-ci il tarixdə ona məxsus “VAZ 21099” markalı ** KC *** dövlət qeydiyyat nişanlı avtomobili Fuad Rəhimov idarə etmiş və o, özü arxada sərnişin yerində əyləşmişdir. Fuad avtomobili İsmayıllı şəhəri, M.F.Axundov küçəsində işıqforun yaşıl işığında idarə edərkən baş yola çıxmaq isəmişdir. Bu zaman “VAZ 21099” markalı ** GC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü gözləmədən yola çıxmış və Fuadın idarə etdiyi avtomobillə toqquşmuşdur. Həmin vaxt Fuad avtomobildən düşmüş və bir neçə dəqiqə sonra digər avtomobilin sürücüsü yüksək sürətlə həmin ərazidən uzaqlaşmışdır. Avtomobilinə dəymiş ziyan ödəninilməmiş və ziyanı tələb edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, 07 may 2022-ci il tarixdə saat 12:00 radələrində idarə etdiyi “VAZ 21099” markalı ** GC *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri, M.F.Axundov küçəsində işıqforun yaşıl işığında baş yola çıxaraq sola manevr etmək istəyərkən qarşıdan gələn “VAZ 21099” markalı ** KC *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. O, avtomobildən düşmüş və digər avtomobilin sürücüsünə evə təcili dərman aparacağını bildirərək avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. Həmin vaxt avtomobilinin ardınca post patrul xidmətinin əməkdaşlarının gəldiyini görmüşdür. Lakin avtomobili yüksək sürətlə idarə etdiyindən post patrul xidmətinin əməkdaşları ona çatmamışdır. O, polis şöbəsinə dəvət olunmuş və polis şöbəsində izahatı alınarkən törətdiyi əməli etiraf etmişdir. Avtomobili sürücülük hüququ olmadan idarə etmiş və avtomobili idarə edərkən avtomobilin təkərləri yolun səthi ilə sürtünməsi səslərini çıxarmışdır. Zərərçəkmiş şəxs avtomobilinə dəymiş maddi ziyanı ödəməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon Polis Şöbəsinin post patrul xidməti bölüyü polis serjantı X3 göstərdi ki, 07 may 2022-ci il tarixdə saat 12:00 radələrində polis baş serjantı Yunis Faxtiyevlə birlikdə İsmayıllı şəhərində xidmətdə olarkən, İsmayıllı şəhəri, M.F.Axundov küçəsində yol nəqliyyat hadisəsinin baş verdiyini görmüşlər. Həmin əraziyə yaxınlaşdıqda “VAZ 21099” markalı ** GC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün hadisə yerindən uzaqlaşmaq istədiyini görmüş və bu barədə yol patrul xidməti əməkdaşlarına məlumat vermişdir. Avtomobilin sürücüsü sonradan şəxsiyyəti məlum olan Şəxs həmin avtomobili yüksək sürətlə idarə etmiş və avtomobilin təkərlərindən sürtünmə nəticəsində səslər çıxmışdır. Bu da ətrafda olan sakinlərin diqqətini cəlb etmişdir. Həmin avtomobili müşaiyyət etmək istəsə də, avtomobilin sürücüsü avtomobili yüksək sürətlə idarə etdiyindən həmin avtomobilin saxlanılması mümkün olmamışdır. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon Polis Şöbəsinin post patrul xidməti bölüyü polis serjantı X4 da şahid X2 izahatının məzmununa uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etdiyini bildirdi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 5.1-ci bəndinə görə İXM-nin 327.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından inzibati xəta haqqında protokolun surəti həmin xətaya görə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə hüquqi qiymət verilməsi üçün İsmayıllı rayon X6 X10 göndərilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 07 may 2022-ci il tarixdə saat 12:00 radələrində İsmayıllı şəhəri M.F.Axundov küçəsində idarə etdiyi “VAZ 21099” markalı ** GC *** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan həmin avtomobillə hərəkətdə olarkən qarşı hərəkət zolağına çıxmaqla Zərərçəkmiş şəxs idarə etdiyi avtomaşınla toqquşmuş və həmin avtomaşına maddi ziyan vurmuşdur. Bundan sonra Şəxs nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxararaq yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin və şahidin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4 və 511.1.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddələrlə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli Qərarının 3-cü bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gələrək Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan daha ciddi xətaya görə müəyyən edilmiş sanskiya çərçivəsində nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətində inzibati həbs edilməlidir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – 10 may 2022-ci il tarixdə saat 10:50dən hesablanmalıdır. Həmçinin, inzibati xəta nəticəsində vurulmuş zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduğunu nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36-cı maddəsinə əsasən məhkəmə Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməmiş hissəsi ilə əlaqədar məsələnin baxılmamış saxlanılmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda zərərçəkmiş Zərərçəkmiş şəxs izah edilir ki, ziyanın əvəzinin ödənilməsi haqda qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 27, 34, 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4 və 511.1.3cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan 10 may 2022-ci il tarixdə saat 10:50-dən hesablansın. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında protokolun və qərarın surəti İsmayıllı rayon polis Şöbəsinə göndərilsin. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın ödənilməmiş hissəsi ilə əlaqədar məsələ baxılmamış saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-190/2022
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-190/2022
10.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver