Məhkəmə qərarları › İş №3(037)-191/2021

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-191/2021

31.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-191/2021 31.05.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində protokol tərtib edilmiş: Şəxs iştirakı ilə xx.xx.1987-ci ildə İsmayıllı rayonu Sumağallı kəndində anadan olmuş, Аzərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 2 azyaşlı uşağı olan, işsiz, İsmayıllı rayonu Sumağallı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Şəxs 25 aprel 2021-ci il tarixdə saat 15:00 radələrində İsmayıllı rayonu Sumağallı kəndində Zərərçəkmiş şəxs vuraraq onun sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən zərər yetirmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin izahatı və işdə olan sənədlərlə təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun xalasının əridir. Təxminən 5 ay öncə xalası oğlu xidmət etdiyi hərbi hissədə həbs olunduğunu eşitmiş, bununla bağlı atasına, yəni hazırkı zərərçəkmiş şəxsə telefonla zəng edərək nə baş verdiyini, xalası oğlu barəsində məlumat əldə etmək istədiyini bildirmiş və bu zaman heç bir problem olmamışdır. Zərərçəkmiş şəxs həmin hadisənin üstündən 5 ay vaxt keçməsinə baxmayaraq, içkili vəziyyətdə onun yaşadığı evə gələrək, əsgərlikdə olan oğlunun haqqında nəyə görə maraqlandığını irad bildirərək, onun ünvanına nalaiq söyüşlər söymüş və getmişdir. Sonradan onun mobil telefon nömrəsinə zəng edərək, nalayiq söyüşlər işlətmiş və görüşmək istədiyini bildirmiş, o da dediyi yerə gələrək əsəbləşmiş və Zərərçəkmiş şəxs üz nahiyəsinə sillə ilə vurmuşdur. Hazırda əməlindən peşmandır, bir neçə dəfə zərərçəkmişlə barışıq əldə etməyə təşəbbüs etsə də o bundan imtina etmişdir. Ona görə də məhkəmədən ona daha yüngül inzibati tənbeh təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı göstərdi ki, Şəxs onun baldızının oğludur. 2021-ci ilin əvvələrində Saslana zəng edərək ona maddi kömək etməsini xahiş etmiş, o isə cavabında sənin oğlun oğrudur əsgərlikdə oğurluq etdiyinə görə tutulmuşdur, oğrunun atasına pul düşmür deyərək, pul verməkdən imtina etmişdir. 25.04.2021-ci ildə evlərində spirtli içki qəbul edərək Saslana niyə ona belə deməsini irad tutmaq üçün zəng etmiş və onu görüşməyə bu məsələyə aydınlıq gətirməyə dəvət etmiş, bir neçə dəqiqə sonra Saslan onun olduğu yerə gələrək,onunla mübahisə etmiş və onun üz nahiyyəsinə şillə ilə vurmuşdur.Hazırda Şəxs şikayətçidir. Odur ki, məhkəmədən onun barəsində qanuni tədbir görülməsini xahiş edir. İşdə olan 30.04.2021-ci il tarixli 136 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət-üzün sol yarısının qançırı küt əşyanın təsirindən törənmiş, törənmə müddəti 25.04.2021-ci il tarixə uyğun gəlir. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs 25 aprel 2021-ci il tarixdə saat 15:00 radələrində İsmayıllı rayonu Sumağallı kəndində Zərərçəkmiş şəxs vuraraq onun sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən zərər yetirməklə qəsdən döymüşdür. Məhkəmə, törədilmiş xətanın хаrаkterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, əməlindən peşman olmasını, himayəsində iki azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxsin şikayətçi olmasını və inzibati xəta törətmiş şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbət tutuaraq,məhkəmə qərara a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan alındığı və ya təqdim olunduğu gündən 10 (on) gün müddətində Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar